Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2558/2024 05.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunma tələbi və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İlkin İddiaçı Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün ödəməli olduğu aliment üzrə yaranmış 17.000 (on yeddi min) manat aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 10 mart 2016-cı il tarixli, 2(060)-2263/2016 saylı (hakim İlqar Məmmədov) qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə X11 arasında Sumqayıt şəhəri Qeydiyyat şöbəsində 08 may 2008-ci il tarixdə bağlanmış və 456 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2009-cu il təvəllüdlü X6 anaları X5 himayəsinə verilməsi, İddiaçı hər ay uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat miqdarında aliment xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X7 verilməsi qət olunmuşdur. Onların arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Qeyd edir ki, o, xx.xx.2020-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında PHŞ-da cərrahiyyə əməliyyatı keçirtmişdir. (L4- fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərəarası diskin yırtığın çıxarılması icra olundu. Bundan sonra xx.xx.2021-ci il tarixdə (L4-L5 fəqərəarası diskin arxa sol paramedian yırtığı aşkarlanmışdır) cərrahiyyə əməliyyatı keçirtmişdir. “Soldan L4 fəqərəsinin hissəvi hemilaminektomiyası. Meningoradikuloliz. L4-L5fəqərəarası disk yırtığın xaric edilməsi” icra olunmuşdur. Həmçinin Virus C xəstəliyindən əziyyət çəkir. Mütəmadi müalicə olunur. Hazırda 3-cü əməliyyatı labüddür. İynə-dərmanları çox bahadır. Hazırda aliment üzrə 17.000 (on yeddi min) manat borcu yaranmışdır. Mütəmadi surətdə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat miqdarında aliment ödənilir. Hazırda yaranmış 17.000 (on yeddi min) manat aliment borcumun ödənilməməsi onun xəstəliyi və maddi imkanının yol verməməsi ilə əlaqədardır. Məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarından biri də aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsidir. Hazırda yaranmış aliment borcunun ödənilməməsi onun maddi və xəstəliyi ilə əlaqədardır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2009-cu il təvəlldlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün aliment məbləğində dəyişiklik edilərək hər uşağa görə hər ay 235 AZN (iki yüz otuz beş) ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəlldlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladıları olmuşdur. Nikahlarının ilk vaxtlarında normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Onun iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2263/2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəlldlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat ümumilikdə cəmi 200 (iki yüz) manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Onun ödədiyi aliment bu günki iqtisadi münasibətlərlə uyğun gəlmir. Uşaqlar günü gündən böyüyür. Böyüdükcə xərcləri də artmaqdadır. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bir uşağın minumum yaşayış məbləği 235 manat təşkil edir. Ona görə də qarşılıqlı iddia vermək qərarına gəlmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirdi ki, bir müddət ilkin iddia üzrə cavabdeh ilə bir yerdə yaşamışlar. Yaşamışdan öncə onu məhkəməyə vermiş və tutmuşdurlar. Daha sonra isə aralarında barışıq olmuşdur. Daha sonra isə bir daha ayrılmış və ilkin iddia üzrə cavabdeh öz atası evinə getmişdir. Kağızı təqdim etmişdir ki, altı və yaxud yeddi il ərzində onlar arasında razılaşma olmuşdur. Əgər razılaşma olmasa idi, müəyyən edilə bilər ki, altı və yaxud yeddi il ərzində onun heç bir şikayəti olmamışdır. Şikayət olunandan sonra pul onun ailəsi tərəfindən ödənilir. 2018-ci ildən 2023-cü ilə kimi heç bir şikayət olmamışdır. Böyüklər arasında razılaşma olmuşdur. Ona görə də ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, onun qardaşı, uşaqların boğazından kəsməmiş, xarici ölkəyə getməmiş və obyekt tikdirməmişdir. Sənədlər də təqdim etmişlər ki, ilkin iddia üzrə iddiaçı iki dəfə onurğadan, bir dəfə boyundan əməliyyat olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ilkin iddia tələbini qəbul etmirlər. Nümayəndəsi olduğu şəxs ilə də əlaqə saxlamış, o da bildirmişdir ki, elə bir razılaşma olmamışdır. Onu sıxmamış və nə zaman imkanı olarsa, o zaman da ödəməsi üçün şərait yaratmışdır. Lakin həddini aşdıqdan sonra, yəni pul yığıldıqdan sonra alimenti tələb edir. Qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X9 Şəxs xəstənin X10 971 nömrəli çıxarışdan (epikriz) görünür ki, X3 “L4-L5-fəqərəarası diskin sol tərəfi yırtığı” diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat aparılmış, “L4 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L4-L4fəqərəarası diskin yırtığı çıxarılması” icra olunmuşdur. Əməliyyat fəsadsız keçmişdir. Sol aşağı ətrafında olan ağrılar azalmışdır. Nevroloji statusda sol pəncənin parezi qalmaqdadır. Xəstə nevropatoloqun nəzarətinə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X9 Şəxs xəstənin X10 521 nömrəli çıxarışdan (epikriz) görünür ki, X3 “L4-L5-fəqərəarası diskin sol tərəfi yırtığını residivi” diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixdə cərrahi əməliyyat aparılmış, “L4 fəqərəsinin hissəvi hemilaminektomiyası, meningoradikuloliz, L4-L4-fəqərəarası disk yırtığın xaric edilməsi” icra olunmuşdur. Əməliyyat fəsadsız keçmişdir. Yarası sağalır. Xəstə durub, gəzir. Əvvəlki ağrıları qeyd etmir. Kobud nevroloji itkilər əməliyyatdan əvvəlki səviyyədə qalmışdır. Xəstəyə qoruyucu rejim, bel korsetindən istifadə və nevroloq nəzarətinə yazılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cıil tarixli, 2(060)- 2263/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X11 arasında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsində 08 may 2008-ci il tarixdə bağlanmış və 456 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları – X5 himayəsinə verilmələri, İddiaçı hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumillikdə 200 (iki yüz) manat miqdarında aliment xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X7 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 60 manat məbləğində rüsum ödəmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02760 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 12:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh bildiriş göndərilmiş, ilkin mediasiya sessiyasının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat verilmiş, buna baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 80 manat məbləğində rüsum ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2800/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim olunmuş icra işinin materiallarında iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən, yəni müəyyən müddət icranın dayandırılmasını təsdiq edən məlumatlar müəyyən edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan iki övladları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-2263/2016 saylı qətnaməsi ilə İddiaçı ilə X11 arasında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsində 08 may 2008-ci il tarixdə bağlanmış və 456 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları – X5 himayəsinə verilmələri, İddiaçı hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumillikdə 200 (iki yüz) manat miqdarında aliment xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X7 verilməsi qət edilmişdir. Hazırda ilkin İddiaçı yenidən müalicə olunduğunu, xəstəliklərdən əziyyət çəkdiyini qeyd edərək aliment üzrə yaranmış 17.000 (on yeddi min) manat aliment borcundan azad edilməyini xahiş edir. Qarşılıqlı iddiaçı isə İddiaçı ödədiyi alimentin bu günki iqtisadi münasibətlərə uyğun gəlmədiyini, böyüdükcə xərclərinin artmağını qeyd edərək aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə ilk öncə ilkin iddia tələbi ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda,həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və sair) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbini əsassız hesab edir. Məhkəmə hesab edir ki, aliment borcunun silinməsi yolverilməzdir, ədalətli və ağlabatan deyildir, aliment borcunun silinməsi aliment alan uşaqların mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Belə ki, iddiaçının müalicə olunmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqelərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddiaçı aliment borcunun silinməsi bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların saxlanılmasında onların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməli olması baxımından onun qanunvericiliyin, həmçinin mənəvi cəhətdən valideyn borcu olmaqla, uşaqların mənafeyinə təsir göstərən amildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeyinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Göründüyü kimi iddiaçının maddi vəziyyətində olan dəyişiklik aliment borcunun silinməsinə əsas olmamalıdır. Məhkəmə qeyd edir ki, eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia tələbi də əsassızdır. Məhkəmə yenidən AR MPM-nin yuxarıda qeyd olunan 112.1-ci maddəsinin tələbinə əsaslanaraq qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, lakin alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də AR MPM-nin 112.1-ci maddəsinin tələbi baxımından əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, ilkin iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tərəfin özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə isə iddiaçı rüsum ödənilməsindən azaddır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunma tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2558/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2558/2024
05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver