Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2614/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Borclu qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Kreditor Binəqədi rayonu Binəqədi Bələdiyyəsi Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3021 (üç min iyirmi bir) manat məbləğində pulun Borclu tutularaq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndil, Kurort zonası, 11355-ci keçid xüsusi mülkiyyət hüququ üzrə Borclu adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli əmlak məlumatlarından isə görünür ki, Borclu mülkiyyətində hal-hazırda daşınmaz əmlakın (vergi ödənilməsi tələb edilən torpaq sahəsinin) olması barədə məlumat yoxdur. Göründüyü kimi sözügedən torpaq sahəsinin hal-hazırda Borclu mülkiyyətində olubolmamasını, eləcə də torpaq sahəsi borclunun mülkiyyətində deyilsə hansı tarixdən olmamasını iş materialları əsasında müəyyən etmək mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki işdə ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kreditor Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 279-cu maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz (279.3). Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur (279.4) Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 276, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina haqqında qərardaddan şikayət verilə bilməz. X1
Məhkəmə qərarları › İş №e-2(060)-2614/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2614/2024
12.03.2024 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver