Məhkəmə qərarları › İş №e-2(060)-2644/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2644/2023

31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2644/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Maraqlı şəxs iştirakları ilə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış 12 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 15 avqust 2011-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı 01 may 2011-ci il təvəllüdlü X4 və 20 mart 2014-cü il təvəllüdlü X5 vardır. 29 mart 2019-cu il tarixli «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. O və cavabdeh Bakı 6 saylı Mediasiya Təşkilatının müdiatoru Ramil Süleymanovun 23 sentyabr 2022-ci il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında qanunvericiliyə uyğun olaraq iştirak etmişlər. Birgə nikahdan dogulmuş 20 mart 2014-cü il təvəllüdlü X2 üçün aliment ödənişi verilməsi barədə və ümumi birgə əmlakları olan avtomobilin dəyərinin müəyyən olunması və satışından əldə olunan məbləğin paylara bölünməsi barədə 12 sentyabr 2022-ci il tarixli barışıq sazişi bağlamışlar. Lakin cavabdeh barışıq şərtlərinin həyata keçirilməsinə əməl etmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs iddianı qəbul etdi və bildirdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Barışıq sazişi bağlandıqdan sonra o aliment ödənişləri könüllü edir. Hazırda barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməldir. İş materialları ilə müəyyən edildi ki, tərəflər 15 avqust 2011-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçmişlər, bu nikahdan 01 may 2011-ci il təvəllüdlü X4 və 20 mart 2014-cü il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 12 sentyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: Tərəflər razılaşırlar ki, onların birgə nikahlarında doğulmuş 20 mart 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər sabit şəkildə aylıq 450 manat aliment məbləği Maraqlı şəxs tərəfindən İddiaçı ödəniləcək; aliment məbləği hər ilin iyun, iyul və avqust ayları üçün 300 manat olmaqla müəyyən edilir; aliment ödəyəcək şəxs Maraqlı şəxs bəyan edir ki, bu aliment məbləğinə iki yerdə işlədiyi üçün razılaşır. Maraqlı şəxs əgər işdən çıxarsa alimentin məbləğini yenidən İddiaçı ilə müzakirə etmək hüququnu özündə saxlayır; birgə nikah dövründə əldə etmiş olduqları 2012-ci il istehsallı Honda CR- V markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobil üzərində ½ olmaqla payları müəyyənləşdirilmişdir. Tərəflər özləri və ya nümayəndələri vasitəsilə bu saziş imzalandığı vaxtdan 1 (bir) ay müddətində avtomobilin texniki müayinə ilə bazar dəyərinin müəyyən olunmasını həyata keçiricəklər və paylara uygun olaraq tərəflər biri digərinə 3 (üç) ay müddətində pul verməklə həmin avtomobilə qarşı tərəfin mülkiyyət hüquqlarını əldə etmiş olacaqdır. Əgər tərəflər bir-birinə pulu verməkdə maddi çətinliklə üzləşmiş olsalar bu halda avtomobil satılacaq və əldə olunan məbləğ paylara uygun şəkildə bölüşdürüləcəkdir. Bununla bərabər tərəflər Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə avtomobil üzərindən məhdudiyyətin götürülməsinə dair ərizəni təqdim edəcəkdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 12 sentyabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddiaçı A.G,Hüseynovanın cavabdeh Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilsin. Tərəflər arasında 12 sentyabr 2022-ci il bağlanmış barışıq sazişi təstiq edilsin və iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar