Məhkəmə qərarları › İş №e-2(060)-265/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-265/2025

21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-265/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlk iddia üzrə İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi, aliment tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019- cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 300 manat olmaqla cəmi iki uşağa görə 600 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları – xx.xx.2017- ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Qeyd edir ki, xx.xx.2024-cü ildən onlar ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmır, uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. O, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X3 təkbaşına saxlaya bilmir. Uşaqlarını çətinliklər saxlayır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 300 manat olmaqla cəmi iki uşağa görə 600 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Qeyd edir ki, o, ilk olaraq mediasiyaya müraciət etmişdir. Cavabdehə bu barədə təklif məktubu göndərmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən ilkin mediasiya sessiyası baş tutmamış, ona bu barədə arayış təqdim olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olumuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Bildirir ki, o, mediasiya zamanı 60 manat rüsum ödəmişdir. Bundan əlavə hüquqi xidmət üçün vəkilə 325 manat ödəmişdir. Hesab edir ki, həmin rüsumlar cavabdehə aid olunmalıdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixində Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 618 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, cavabdeh İddiaçı ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər onun (atasının) Cavabdeh himayəsində qalması, cavabdeh İddiaçı ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentn tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-6056/2024 saylı mülki işi hazırda Sumqayıt şəhər Məhkəməsinin hakimi Aynur Behbudovanm icraatındadır. Sumqayıt şəhər Məhkəməsinin hakimi Aynur Behbudova tərəfindən e2(060)-6056/2024 saylı mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi Sumqayıt şəhər Məhkəməsinin binasmda keçirilməklə xx.xx.2024-cü il tarixə, saat 10:10-a təyin edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı ona qarşı yazdığı iddia tələbi barədə məlumatı xx.xx.2024-cü il tarixində ona e-məhkəmədən gələn sms zamanı olmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə üzrə cavabdeh İddiaçı ona qarşı yazdığı iddia ərizəsinin surətini o, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 22.0.2024-cü il tarixində almışdır. Azərbaycan Respublikasmm Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsində qeyd edilir ki, (qarşlıqlı iddianın verilməsi) cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşlıqlı iddia verməyə haqlıdır. Hal-hazırki iş üzrə qaşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edir. Bildirir ki, o, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə xx.xx.2016-cı il tarixində Sumqayıt “Asan Xidmət” Mərlcəzi Qeydiyat şöbəsində 618 nömrəli Akt qeydi ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Evliliklərinin ilk günlərində ailə daxili münasibətləri normal olsa da müəyyən vaxtdan sonra cavabdeh İddiaçı ailədəki yersiz, əsassız söz-söhbətləri nəticəsində, atası Tağıyev Oktaym və anası Tağıyeva Gülsarənin ailəsinə yersiz və əsassız müdaxilə etməsi nəticəsində münasibətləri kəskinləşərək dözülməz həddə çatmışdır. Onlar hazırda ayrıayrılıqda yaşayırlar. Bu gün cavabdeh İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə lazımi qaydada maraqlana bilmir. Buna səbəb olaraq bildirir ki, cavabdeh İddiaçınm sağlamlığında ciddi problemlər var, tez-tez nevroloji və psixoloji cəhətdən müalicə üçün adını bilmədiyi dərmanlar istifadə etmişdir. Evlilik müddətində cavabdeh İddiaçı özü, valideyinləri, atası Tağıyev Oktay və anası Tağıyeva Gülsarə bu məlumatları ondan bilərək gizlətmişdirdilər. Dəfələrlə cavabdeh İddiaçı özündən getmişdir, dili qatlanmışdır. Belə vəziyyətdə olan cavabdeh İddiaçı nəyinki özünü idarə etmək, hətta azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X4 lazımi qaydada baxa bilməz. Bu hal bir valideyin, ata olaraq onu çox narahat edir. Yetkinlik yaşma çatmayan azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və 03 .01.2019-cu il təvəllüdlü X6 isə hazırda cavabdeh İddiaçı yanındadırlar. Ailələrindəki şiddətli keçimsizliyə görə, cavabdeh İddiaçınm səhv hərəkətlərinə görə, yersiz hərəkətlərinə görə ailəni heç bir tutarlı səbəb olmadan dağıtmaq istədiyinə görə o, dəfələrlə onun valideyinləri ilə danışıqlar aparmışdır. Cavabdehin özü və valideyinləri ona hədə qorxular gəlmişdirlər, onu öldürəcəklərini bildirmişlər. O, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət eləmişdir. Cavabdeh İddiaçı evdə hərgün onunla mübahisələr və dava dalaşlar etmişdir. O, cavabdeh İddiaçı bütün bu və buna bənzər yersiz, iki azyaşlı övladı olan anaya yaraşmayan hərəkətlərinə məcburiyyət qarşısında göz yummağa çalışmışdır. Heç bir tutarlı səbəb olmadan, azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehə kifayət qədər maddi yardım göstərməyinə baxmayaraq, cavabdeh İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət eləmişdir. Məhz bu səbəblərə görə o, cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi, aliment tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Barışıq üçün müddət verilməsinə ehtiyac yoxdur. Məhkəmənin barışıq üçün görəcəyi tədbirlər heç bir müsbət nəticə verməyəcəkdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6056/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən İddiaçı qarşı nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi, aliment tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə İddiaçı izahatında bildirdi ki, özü işləyir. Əmək haqqı 500 manata yaxındır. Müvəqqəti aliment olaraq hər iki uşağa 200 manat təyin olunmuşdur. Qarşı tərəfin təqribən 1500 manata yaxın gəliri olur. VÖEN-i olmamasına baxmayaraq taksi fəaliyyəti ilə məşğul olur. 9 il ailəli olmuşlar. 7 ilini taksi fəaliyyəti ilə ailə saxlamışdır. İlk iki il rəsmi işdə işləmiş, daha sonra onu işdən çıxarmışlar. Ən az evə 1000 manat pul gətirir. Qarşı tərəfin barışmaq məqsədi yoxdur. Nikahın pozulması hissəsində iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili Vəkil izahatında bildirdi ki, qarşı tərəf süni şəkildə işi uzadır. Dəfələrlədir ki, məhkəmə iclasına da gəlmir. Nikahın pozulması hissəsində qarşılıqlı iddia tələbini qəbul edir və məhkəmədən nikahın pozulmasını xahiş edirlər. Aliment ilə bağlı hər uşaq üçün 300 manat olmaqla, 600 manat miqdarında aliment tələb edirlər. Ailəli olduqları müddətdə cavabdeh kifayət qədər yüksək səviyyədə ailəsinə baxmışdır. Ona görə də hesab edir ki, 600 manat miqdarında pul ödəmək iqtidarındadır. Cavabehin nümayəndəsi vəkil Cavabdeh elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin başqa bir tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq mülki işə cavabdehin və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iddia ərizələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2016cı il tarixli, AZ-İİ seriyalı, 092263 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov X12 Gülnar Oktay qızı arasında 11 mart 2016-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 618 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra Qurbanov, arvada isə Qurbanova soyadı verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 986981 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 229188 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02255 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. X8 sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01755 saylı arayışdan göründüyü kimi, tərəflər prossesin davam etdirilməsinə razlıq verməmişdilər. İddiaçı 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/717 nömrəli rəyindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X6 əqli və psixi inkişaflarına görə öz fikirlərini ifadə etmək qabiliyyətinə malikdirlər. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. X7 və X2 hal-hazırda anaları İddiaçı bağlılıqları üzə çıxmaqla, ataları Cavabdeh bağlılıqları müəyyən olunmur. X7 və X2 hal-hazırda psixoloji vəziyyətləri qənaətbəxş olmaqla, onların emosional-iradi sferalarında və idrak prosesslərinin inkişafında normadan kənaraçıxma halları, eləcə də psixikası və davranışlarında hansı valideyninin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 11/717 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-psixoloji ekspertizasının tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 90 saylı, 18 mart 2025-ci il tarixli rəyindən görünür ki, tərəflərin izahatını, uşaqların azyaşlı olmasını və biri-birinə olan bağlılıqları, onların daha çox ana sevgi və qayğısına ehtiyacı olmasını, bir-birindən ayrılmasının yolverilməz olmasını, həmçinin hər iki valideyinin ayrıca olaraq uşaqları saxlama imkanını nəzərə alaraq, komissiya xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019cu il təvəllüdlü X6 anaları ilk idda üzrə İddiaçı himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, ilk öncə nikahın pozulması və uşaqların himayəsi məsələsinə qiymət verilməsi öncəlik olmalı, bu isə qarşılıqlı iddia tələbində nəzərdə tutulduğu üçün birinci növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən nikah qadınla kişinin könüllülüyü əsasında bağlanılır. Həmin Məcəllənin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən ər-arvaddan hər hansı birinin və ya onların hər ikisinin ərizəsi əsasında məhkəmə qaydasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması, ailənin saxlanması qeyri-mümkün olduğundan, qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasını təkid etdiyindən və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bununla razılaşdığından ilk iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 11 mart 2016-cı il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilməsi qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Tərəflərin birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 ana nəvazişi və qayğısına daha çox ehtiyacı olduğunu, uşaqların mənafeyini və qəyyumluq və himayəçilik orqanının rəyini,o cümlədən ekspert rəyini nəzərə alaraq, Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 boşanmadan sonra X9 (ananın) yanında qalması məqsədə uyğundur. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, ailədə başlıca vəzifə uşağın mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Buna görə də, məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların üstün mənafeyi nəzərə alınmaqla, boşanmadan sonra uşaqların yaşayış yerinin analarının yanında saxlanılması uşaqların maraqlarına uyğundur. Məhkəmə ilk iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (§21) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§16, §22) Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2024-cü il üzrə ölkə üzrə mövcud olan 345 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, ilk iddia üzrə cavabdehdən aliment 2024-cü il üzrə ölkə üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,68 misili (235 manat (tutulan aliment) : 345 (2024-cü il üzrə minimum əmək haqqı) = 0,68) həddində tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulmasının başlanğıcı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, (§15) ilk idida üzrə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsisinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə hesab edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat məbləğində hüquqi yardım göstərilməsinə görə vəsait yüklənmişdir. Məhkəmə hüquqi yardım ilə bağlı qeyd edir ki, bu hissədə 150 manat məbləğində vəsait ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ilk və qarşılıqlı iddia tələbini qismən əsaslı sayır və onların qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 11 mart 2016-cı il tarixli, 618 saylı nikah qeydi ləğv edilməli, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməli, hazırki miqdarda alimentin tutulmasının əvvəli 29 avqust 2024cü il tarixdən hesablanmalı (e-16(060)-333/2024 nömrəli xx.xx.2024-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərara əsasən ödənilmiş məbləğlər istisna olmaqla), qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməli, hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməli, ilk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, ekspertiza xərci 100 manat təşkil etdiyindən, həmin xərc tərəflərdən bərabər şəkildə alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360, 362-ci maddələrini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Qurbanova (Tağıyeva) Gülnar Oktay qızı ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 11 mart 2016cı il tarixli, 618 saylı nikah qeydi ləğv edilsin. xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Hazırki miqdarda alimentin tutulmasının əvvəli 29 avqust 2024-cü il tarixdən hesablansın. (müvəqqəti təminat tədbiri ilə bağlı e-16(060)-333/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək edilmiş ödənişlər istisna olmaqla) Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat və İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar