Məhkəmə qərarları › İş №e-2(060)-2741/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2741/2022

04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2741/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızınıns ədrliyi, Əsədli İlahə Yusif qızınını katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində 04 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 33250 (otuz üç min iki yüz əlli) manat məbləğində pul tutulması və tərəfindən ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş və hər iki uşaq cavabdehin himayəsində saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə AR Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ №269994 saylı nikahlarının pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə Bəkirov Azər Müzəffər oğlu ona 78000 AZN məbləğində borca pul vermiş və həmin məbləğdən 11500 manatə birgə nikah dövründə Bəkirov Azər Müzəffər oğluna qaytarmış, borc aldığı pulun 60000 manatı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı 5 otaqlı mənzili AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin borcun qaytarılması üçün Bəkirov Azər Müzəffər oğlu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmiş və xx.xx.2016-cı il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Bəkirov Azər Müzəffər oğlu 66.500 manat pulun ondan alınıb ona qaytarılmasına dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4841/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2841/2019 saylı qərarı ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4841 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bəkirov Azər Müzəffər oğluna 66500 manat məbləğində borc pulu ödədiyinə görə Sumqayıt şəhər İcra İdarəsi xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icrata xitam verilmişdir. Cavabdeh ona qarşı ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilin 2/1 hissədə bölünməsinə dair iddiası Sumqayıt şəhər Məhkəməsinin 2(060)-40/2019 saylı, xx.xx.2019-cu il qətnaməsi ilə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3762/2019 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Həmin mənzillə bağlı AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Həmin mənzil üzərində hər ikisinin 2/1 hissə mülkiyyət hüququ tanınmışdır. Bəkirov Azər Müzəffər oğlundan aldığı pul ilə həmin mənzili əldə etmiş, lakin, Bəkirov Azər Müzəffər oğluna həmin borcu o, özü nikah pozulduqdan sonra tam şəkildə ödəmişdir. Mənzilin dəyəri üçün ödənilən pul cavabdehlə aralarında bölünməlidir, ona görə ki, o, mənzilin 2/1 hissəsinin mülkiyyətçisi olduğuna görə onun ödədiyi 66500 manat pul aralarında bölünməlidir, cavabdehdən 33250 (otuz üç min iki yüz əlli) manat məbləğində pul alınıb ona verilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-8398/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi mediasiya haqqında qanuna əsasən mediasiya prosesində iştirak etməyinə dair sənəd təqdim etmədiyinə görə sənədlər geri qaytarılmışdır və məhkəmə tərəfindən həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyi izah edilmişdir. Sumqayıt şəhər Mediasiya Mərkəzinin xx.xx.2022-ci il tarixli. № 2021-MŞİH-10437 arayışı iddia ərizəsinə əlavə edərək məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı Sumqayıt şəhər məhkəməsində "pul tələbinə” dair iddia qaldırmışdır. MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim etməyə haqlıdırlar. İlkin olaraq məhkəmənin diqqətini iddiaçı tərəfin təqdim etdiyi mediasiya prosedurunun keçirilməsinə və ona dair xx.xx.2022-ci il tarixli “arayışa” yönəltmək istəyir. Belə ki, arayışın Sumqayıt şəhər Mediasiya Mərkəzi tərəfindən verildiyi göstərilir. Qeyd edir ki, AR Mediasiya Şurasının tərkibinə “Sumqayıt şəhər Mediasiya Mərkəzi” adlı qurum daxil deyildir. Belə olan halda iddiaçının təqdim etdiyi arayışı böyük şübhə doğurur. Azərbaycan Respublikasının MPM-nin 152.1.6-1 ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edir ki, işə cəlb edilmiş tərəflər iyun 2009-cu ildə rəsmi nikaha girərək ailə qurmuş və 2016-ci ilin mart ayına kimi ailə münasibətlərində olmuş, həmin tarixdən sonra isə tərəflər məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rəsmi nikaha xitam verilmiş və hər iki uşaq valideyn olaraq onun himayəsinə verilmişdir. Qeyd edir ki, xx.xx.2019-cu il tarixdən o, Xankişiyeva soyadını daşıyır. İddiaçı ilə o, rəsmi nikah dövründə (2009-2017) ər-arvad olaraq 2 ədəd daşınmaz əmlaka mülkiyyətçi kimi sahib olmuşdurlar. Həmin daşınmaz əmlaklar 2 ünvan üzrə: 1. ünvan 3 3 otaqlı mənzil; 2. ünvan 4vanında yerləşən, 35 saylı - 5 otaqlı mənzildən ibarətdir. İddiaçı ilə ailə həyatının son illərində münasibətləri gərginləşmiş və bunun nəticəsi olaraq o, məcburiyyət qarşısında qalaraq uşaqları ilə birgə yaşadıqları mənzili tərk etmiş, xx.xx.2016-cı il tarixdə “nikahın pozulması və aliment tələbi” ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin gedişində ailə münasibətlərinin düzələcəyinə ümid edərək iddianın “nikahin pozulması” hissəsindən imtina etmişdir. Aralarında olan rəsmi nikah münasibətləri Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və yalnız bundan sonra o, əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmiş, həmin iş üzrə keçirilən məhkəmənin hazırlıq iclasında birgə nikah dövründə qazanılmış hər iki daşınmaz əmlakın iddiaçı və onun yaxınları tərəfindən özgənikələşdirilməsindən xəbərdar olmuş və dərhal pozulmuş əmlak hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı olaraq o, cavabdehlər İddiaçı, Qurbanov Qurban Həmid oğluna və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlak dövlət reyestrindəki qeydin ləğv edilməsi və əmlak tələbinə dair ilkin, ilk iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Qurbanov Qurban Həmid oğlunun cavabdehlər X3 və İddiaçı qarşı ümumi birgə mülkiyyətdə payların müəyyən edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(06xx-xx/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddiası qismən təmin edilmiş, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Tərəflər arasındakı məhkəmə mübahisəsinin yekunu olaraq X9 və İddiaçı hər iki mənzil üzərində 1/2 pay hüquq üzrə mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş üzrə yekun məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədi verilmişdir. Göründüyü kimi İddiaçı və onun yaxınları 2016-cı ildən başlayaraq birgə nikah dövründə əldə edilmiş hər iki daşınmaz əmlakı, sonuncu tərəfindən müxtəlif manipulyasiyalar aparmaqla və müxtəlif saxta yollar ilə və hər vəclə çalışıblar ki, onun mülkiyyət hüquqlarına qəsd etsinlər. Məqsəd isə məlumdur, onunla birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın bölgüsündən yayınmaq. Sonda göründüyü kimi, haqqədalət zəfər çalmış, onun və azyaşlı uşaqlarının pozulmuş əmlak hüquqları məhkəmə qaydasında bərpa edilmişdir. Nəticə olaraq artıq 6 ildir ki, iki azyaşlı uşaqları ilə kirayədə yaşamaq məcburiyyətindədir. Onlar isə mülkiyyət hüququ tanınmış - Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2 ünvanında yerləşən, 57 saylı mənzili kirayəyə verməklə ancaq qazanc etməyi fikirləşirlər. Hazırkı məhkəmə mübahisəsi də, əsası olmayan və “cəfəng” iddia olmaqla iddiaçı tərəfdən atılmış qondarma bir iddiadır. Qeyd edirlər ki, qanunvericilik daşınmaz əmlakın alqı-satqısına dair əqdlərin bağlanması üçün ilk növbədə, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi kimi birmənalı göstərişlər nəzərdə tutmuşdur. Bu göstərişlər mülki qanunvericiliyin əsas vəzifələrindən olan mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə xidmət edir. Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə də tənzimlənir. Bu maddəyə müvafıq olaraq ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Eyni zamanda Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı Sumqayıt şəhər məhkəməsində ''pul tələbinə” dair iddia qaldırmışdır. MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim etməyə haqlıdırlar. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 33250 (otuz üç min iki yüz əlli) manat pul tələb edir. İş materiallarından da görünür ki, işə cəlb edilmiş tərəflər 2009-2016-cı illərdə rəsmi nikahda olmuş və tərəflər arasındakı nikah xx.xx.2017ci ildə məhkəmə qaydasında pozulmuşdur. Hazırkı iddia ilə İddiaçı məhkəməyə müraciət etsə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələblərinə əsasən - nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İşin materiallarından görünür ki, iddiaçı məhkəməyə yalnız aprel 2022-ci il tarixində müraciət etmiş, bununla da nəzərdə tutulmuş müddəti ötürmüşdür. MM-nin 375.2.-ci maddəsinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanlanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı “pul tələbinə dair” iddia tələbi üzrə icraata iddia müddətini tətbiq edilməsini və tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh Qktay qızına qarşı birgə nikah dövründə qazandıqları birgə mülkiyyətin alınması üçün borc alınmış 33 250 (otuz üç min iki yüz əlli) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "pul tələbinə dair" iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək tərəflər arasında nikah xx.xx.2017-ci ildə pozulduğuna görə və iddiaçı aprel 2022-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə istinad edərək AR Ailə Məcəlləsinin 36.9-cu və AR Mülki Məcəlləsinin 375-ci maddəsinə istinad edərək, ər-arvad arasında ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik müddət tətbiq edildiyinə görə qanunla nəzərdə tutulan müddət ötürüldüyündən iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsassız olduğu üçün rədd edilməlidir, belə ki, iddiaçının pul tələbinə dair iddiası birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə bağlı deyildir, hazırkı iddia tələbi birgə nikah dövründə əldə edilmiş əmlakın alınması üçün, yəni birgə nikah dövründə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 32 saylı evin 5 otaqlı 35 saylı mənzilin alınması üçün Bəkirov Azər Müzəffər oğlundan alınmış borc pul 66 500 manat pulun yarısının cavabdehdən 33 250 manat pulun tələbinə dairdir. Tərəflər arasında həmin əmlakın bölünməsi və tərəflərin paylarının müəyyən edilməsinə dair qanuni qüvvə almış məhkəmə qətnamələri vardır və cavabdehin nikah pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia müddətinin tətbiqinə dair ərizəsi düzgün əsaslandırmadığına görə rədd edilməlidir. Bəkirov Azər Müzəffər oğlunun ondan 66 500 manat pul tələbinə dair iddiasının təmin edilməsi barədə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi AR Ali Məhkəməsinin 17.04. 2019-cu il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır, yəni predusial qüvvəyə malik iş üzrə məhkəmə qətnamələri mövcuddur və həmin qətnamələr məhkəməyə təqdim edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4841 saylı,xx.xx.2018-ci il tarixli İcra sənədinə əsasən o, A.Bəkirova 66 500 manat pulu ödədiyinə gorə xx.xx.2020-ci il tarixdə Sumqayıt İcra İdarəsinin Qərarı əsasında icraata xitam verilmişdir və həmin icra sənədi mülki işə əlavə edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizədə tərəflər arasında nikah xx.xx.2017-ci ildə pozulduğuna görə və iddiaçı aprel 2022-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini əsaslandırmışdır. Hesab edir ki, cavabdehin qeyd etdiyi dəlillər əsassızdır belə ki, onun iddia tələbi AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı və həmin Qərardan sonra Sumqayıt İcra İdarəsinin xx.xx.2020-ci il tarixli borcu ödədiyinə görə icraata xitam verildiyi andan hesab edilməlidir, hər iki halda o, iddia müddətini ötürməmiş, o, iddia tələbi ilə 2022-ci ilin aprel ayında deyil, ilk dəfə 2021-ci ilin sentyabr ayında müraciət etmiş, lakin Mediasiya haqqında Qanunun Tələblərinə riayət etmədiyinə görə Sumqayıt şəhər məhkəməsinin 01 oktyabr 2021 -ci il tarixli Qərardadı ilə iddia ərizəsi və sənədlər geri qaytarılmışdır və yenidən xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və AR Mülki Məcəlləsinin 377.1-377.4-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, 78 min manat pulu 2012-ci ilin noyabr və dekabr aylarında götürmüş və 2013-cü ilin yanvar ayında ev almışdırlar. Mübahisəli mənzil 11-ci mikrorayon.-da yerləşir və o, özü isə hazırda 42-ci məhəllədə yaşayır. Qeyd edir ki, ev almaq üçün həmin pulu Azər Bəkirovdan almışdır. Aldığı borc pulla mənzili almışdır. Mübahisəli mənzildə hər ikisi bir müddət yaşamış və hər ikisi həmin mənzilə qeydiyyata düşmüşdür. Əlavə olaraq onu da bildirir ki, Azər Bəkirovdan aldığı borcu tam şəkildə ona qaytarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli üzrə nümayəndəsi Vəkil1 Hüsyen qızı iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikaha xitam verilmişdir və hər iki uşaq cavabdehin himayəsində saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə AR Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İddiaçı cavabdehlə birlikdə yaşadığı dövrdə Bəkirov Azər Müzəffər oğlundan 78000 manat məbləğində borc pul almış, həmin məbləğdən 11500 manat birgə nikah dövründə Bəkirov Azər Müzəffər oğluna qaytarılmış, geridə qalan pul ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı 5 otaqlı mənzili xx.xx.2013-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Qalan borcun qaytarılması üçün Bəkirov Azər Müzəffər oğlu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmiş və xx.xx.2016-cı il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Bəkirov Azər Müzəffər oğlu 66.500 manat pulun iddiaçıdan alınıb ona qaytarılmasına dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və onun iddiası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4841/2018 saylı qətnaməsi ilə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2841/2019 saylı qərarı ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4841 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə iddiaçı Bəkirov Azər Müzəffər oğluna 66500 manat məbləğində borc pulu ödədiyinə görə Sumqayıt şəhər İcra İdarəsi xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icrata xitam verilmişdir. Hazırkı iş üzrə cavabdehin qeyd olunan mənzilin ½ hissədə bölünməsinə dair iddiası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddiaçı hesab edir ki, mənzil üçün ödənilən pul cavabdehlə arasında bölünməlidir, ona görə ki cavabdeh mənzilin ½ hissəsinin mülkiyyətçisi olduğuna görə ödənilmiş məbləğin də yarısını ödəməlidir. İddia tələbinə etirazın əsası kimi “Mediasiya haqqında” Qanunun tələblərinin pozulduğu qeyd olunur. Lakin hesab edir ki, məhkəməyəqədər prosedura tam əməl olunmuşdur. Mediasiya Şurası yeni yarandığına və hüquqi statusu tam müəyyən olunmadığına görə onun ilk fəaliyyəti dövründə anlaşılmazlıqlar olmuşdur. Həmin dövrdə Mediasiya Şurası fəaliyyət göstərmirdi, ayrı-ayrı mediatorlar var idi. Arayışda möhürün olmaması isə texniki səhvdir. İddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə isə hesab edir ki, qaldırdıqları iddia ancaq pul tələbi ilə bağlıdır. Cavabdeh tərəf ümumi əmlakın bölgüsünə görə 3 il müddət tətbiq olunduğuna istinad edir, hesab edir ki, bu fikir tam əsassızdır. Belə ki, onların tələbi əmlak bölgüsü barədə deyil, əmlakın əldə edilməsi ilə bağlı olan borc pulun alınmasını ehtiva edir. Pul məsələsi ilə bağlı bir daha qeyd edir ki, iddiaçı borc almış, onun müəyyən hissəsini ödəmişdir. Hazırda iddiaçı 33250 manat məbləğində pul tələbi ilə müraciət etmişdir. Qeyd edir ki, Azər Bəkirova olan borcun ödənilməsi barədə məhkəmə qətnaməsi 2018-ci ildə qəbul edilmişdir. Onlar isə məsələ ilə əlaqədar 2021-ci ildə mediasiyaya müraciət etmiş, yəni, iddia müddətini ötürməmişdirlər. Həmçinin pul mübahisəsi üzrə sonuncu məhkəmə qərarı Ali Məhkəmənin 2019-cu il tarixli qərarıdır. Hesab edir ki, iddia ərizəsi ilə qanunla müəyyən olunmuş müddətdə müraciət edilmişdir. Qarşı tərəfin borc ödənildiyi təqdirdə icraya niyə 7 ay sonra xitam verilməsi ilə əlaqədar qeyd edir ki, o həmin məsələlərdə iştirak etmiş, sözügedən qərarın gec qəbul olunmasının səbəbi 7 faiz icra xərcinin ödənilməli olub-olmaması məsələsinin öz həllini tapması ilə əlaqədar olmuşdur. Qeyd edilənlərə əsasən vəkil, sözügedən ərizənin rədd olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 etiraza uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbini qəbul etmir. İlk növbədə təqdim olunan sənədlərlə bağlı fikrini bildirir ki, mediasiya arayışı çox şübhə doğurur. Belə ki, arayışın möhürü, kodu, nömrəsi yoxdur. Həmçinin qarşı tərəfə mediasiya ilə bağlı təklif göndərildikdən sonra müəyyən vaxt gözlənilməli, daha sonra mediasiyaya müraciət olunmalı idi, lakin qanunveriliklə nəzərdə tutulmuş müddət gözlənilməmişdir. Belə olan halda hesab edir ki, hazırda işə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. İddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər 2009-cu ildə birgə nikaha daxil olmuş və tərəflərin birgə nikahdan iki övladları var. Birgə nikah dövründə tərəflərin iki mənzil olmuş, lakin həmin mənzillər iddiaçının atasının və ya başqasının adına gizli olaraq özgəninkiləşdirilmişdir. Cavabdeh bunu 2017-ci ildə öyrəndiyi zaman tərəflərin mübahisələri yaranmışdır. Mənzilə dair mübahisələrin nəticəsi olaraq məhkəmə qərarı ilə cavabdehin Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı saylı mənzilə ½ mülkiyyət hüququ tanınmışdır. Qarşı tərəf qeyd olunan məbləğin mənzil almaq üçün götürüldüyünü bildirsə də, bu ağlabatan deyildir. Belə ki, borc müqaviləsi ilə bağlı Mülki Məcəllənin tələbi var. Həmin tələblərə görə məbləğ 3000 manatdan artıq olduğu zaman tərəflər arasında rəsmi şəkildə borc müqaviləsi bağlanmalıdır. Hazırkı vəziyyətdə həmin müqavilə Cavabdeh münasibətdə vəziyyəti pisləşdirirsə, həmin müqavilə yalançı əqd kimi etibarsız hesab olunmalıdır. Qeyd edir ki, iddiaçı o məbləği ticarətlə məşğul olmaq üçün götürmüşdür. Əgər iddiaçı borc pulu 2012-ci ildə almışdısa, həmin məbləği daha tez müddətə tələb edə bilərdi. Qarşı tərəf birinci məhkəmənin qərarından asılı olaraq hərəkət etmişdir. 2017-ci ildə cavabdeh kimi borcu etiraf etmişdir. Halbuki, 2012-ci ildə verilmiş borca iddia müddətinin tətbiqi barədə ərizə verə bilərdi, işə xitam verilərdi. Çünki 5 il müddət keçmişdi. Lakin bu olunmamışdır. Bundan başqa qeyd edir ki, borc ödənildiyi təqdirdə 7 ay sonra icra icraatına xitam verilməsi də müəmmalıdır, onlar bununla bağlı İcra İdarəsinə müraciət ediblər. Onu da qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi maraqlarına toxunan şəxs kimi X9 tərəfindən mübahisələndirilsə də, həm Sumqayıt Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən onun şikayətlərinin təmin edilməməsinin səbəbi yalnız borcun onun maraqlarına toxunmaması olub. Bu barədə ona məhkəmə iclasında da bildirilib. Qeyd edilənlərə əsasən vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)-4841/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Bəkirov Azər Müzəffər oğlunun cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 66.500 (altmış altı min beş yüz) manat məbləğində pulun alınaraq iddiaçı Bəkirov Azər Müzəffər oğluna verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsi ilə X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(012)-4841/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(102)-2841/2019 saylı qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8398/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İşdə olan “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4841 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata tələbkarın ərizəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 269994 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X9 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 291 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(060)-40/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ikin iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2 ünvanında yerləşən, 57 saylı mənzilə dair X10 ilə Qurbanov Qurban Həmid oğlu arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/4 saylı evin, 57 saylı mənzili üzərində X2 3/5 hissədə, İddiaçı 2/5 hissədə mülkiyyət hüququ tanınmış, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmiş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində X2 1/2 hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququ tanınmış, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı alınıb X4 verilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Qurbanov Qurban Həmid oğlunun X4 və İddiaçı qarşı ümumi birgə mülkiyyətdə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(105)-3762/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-40/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzilində pay bölgüsü və mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzili üzərində X2 1/2 hissədə, İddiaçı 1/2 hissədə payları müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, qətnamənin qalan hissədə - Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2 ünvanında yerləşən, 57 saylı mənzilə dair X10 ilə Qurbanov Qurban Həmid oğlu arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəlı Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində X2 1/2 hıssədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun İddiaçı alınıb X4 verilməsi, ilk ıddia tələbinın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(102)-5766/2021 saylı qərarından görünür ki, Qurbanov Qurban Həmid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-253/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli 2021-MŞİH-10437 saylı arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyasında İddiaçı iştirak etmiş və onun tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan reyestrdə 7E-15186 nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Bəkirov Azər Müzəffər oğlu xx.xx.2020-ci il tarixədək X1 məhkəmə qərarlarının icrası orqanlarında və bütün dövlət orqanlarında iddiadan imtina etmək, iddianı etiraf etmək, imza etmək və bu tapşırıqların yerinə yetirilməsi üçün bütün hərəkətləri etməyi etibar etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflər nikahda olduğu dövrdə İddiaçı Bəkirov Azər Müzəffər oğlundan 78000 manat məbləğində borc pul almış, həmin məbləğdən 11500 manat hissəsi birgə nikah dövründə Bəkirov Azər Müzəffər oğluna qaytarılmış, geridə qalan pulun əsas hissəsi ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı 5 otaqlı mənzil alınmışdır. Həmin mənzil üzərində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən X2 1/2 hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4841/2018 saylı qətnaməsi ilə İddiaçı 66.500 manat borc pulun alınaraq Bəkirov Azər Müzəffər oğluna ödənilməsi qərara alınmışdır. Sözügedən qətnamə iddiaçı tərəfindən icra edilmiş, həmin məbləğ Bəkirov Azər Müzəffər oğluna qaytarılmışdır. Hazırda iddiaçı ödədiyi 66.500 manat borc pulun yarısını - 33250 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. Məhkəmə hesab edir ki, birgə nikah dövründə götürülmüş borcun bölünməsi barədə hazırki iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4841/2018 saylı qətnaməsi ilə İddiaçı 66.500 manat borc pulun alınaraq Bəkirov Azər Müzəffər oğluna ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edilən zaman C.X14 Müzəffər oğlundan borc götürdüyü pulun 11500 manatını qaytardığını, qalan məbləğə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı mənzilini aldığını bildirmişdir. Həmin qətnamə maraqlarına toxunan şəxs kimi X9 tərəfindən mübahisələndirilmiş, lakin sonda Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarına əsasən qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən icra edilmiş, Bəkirov Azər Müzəffər oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 66500 manat məbləğində borcun İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə tam məbləğdə ödənilməsi ilə əlaqədar icra icraatına xitam verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə tələbkarın ərizəsinə əsasən Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə tərəflər ailəli olduqları vaxt, yəni birgə nikah dövründə iddiaçı C.X14 Müzəffər oğlundan borc götürmüş, borcun bir hissəsi birgə nikah dövründə qaytarılmış, borcun əsas hissəsi ailə ehtiyaclarının (mənzil alınması və digər ehtiyaclar) təmin edilməsi üçün xərclənmişdir. Götürülmüş borcun əsas hissəsinə Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşən 32 saylı evin 35 saylı mənzilinin alındığı qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Sözügedən mənzil üzərində isə iddiaçı və cavabdehin 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı) Məhkəmə hesab edir ki, hazırki halda İddiaçı götürdüyü borc məbləğinin əsas hissəsinin ailə ehtiyaclarına sərf edildiyi öz təsdiqini tapdığından və həmin borc nikah münasibətlərinə xitam verildikdən sonra İddiaçı tərəfindən tam məbləğdə ödənildiyindən sözügedən borcun yarısı – 33.250 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qeyd olunmalıdır ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin yaranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər. Bu da əmlaka dair mülkiyyət hüququna malik ərin (arvadın) hüquqlarının pozulması ilə, eləcə də mülki dövriyyənin digər iştirakçılarının (məsələn, ümümi mülkiyyətdə olan əmlakın yeni sahibi) hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də ümumi birgə mülkiyyətdəki əmlaka dair adına dövlət qeydiyyatı aparılmış ər və ya arvad özü də nikah pozularkən həmin əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün digər tərəfin payının müəyyənləşdirilməsi və bölünməsi tələbi ilə çıxış etməsini gözləmədən belə təşəbbüs irəli sürməkdə maraqlı olmalıdır. Qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Göründüyü kimi, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ərarvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alan məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iddia müddətinin axımı müvafiq tərəfin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)-4841/2018 saylı qətnaməsi üzrə tutulması qət edilən borc məbləği iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin axımı həmin tarixdən hesablanmaqla iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cavabdeh İddiaçı 66.500 (altmış altı min beş yüz) manat məbləğində pulun alınaraq iddiaçı Bəkirov Azər Müzəffər oğluna verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)- 4841/2018 saylı qətnaməsi qanuni qüvvəsini xx.xx.2019-cu il tarixdə almış və qətnamə yalnız bundan sonra icraya yönəldilmişdir. Göründüyü kimi qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablandığı təqdirdə də iddia müddəti ötürülməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk dəfə hazırki tələblə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə cavabdehin vəkilinin mediasiya arayışının şübhəli olması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, vəkil sözügedən arayışın araşdırılması ilə bağlı Mediasiya Şurasına müraciət etdiyini, bununla bağlı növbəti iclaslarda məhkəməyə sənədlər təqdim edəcəyini bildirsə də, məhkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Sözügedən arayışın möhürünün olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa möhür vurulmalı olması barədə hər hansı müddəa yoxdur. Məhkəmə cavabdehin vəkilinin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin maraqlarına toxunan şəxs kimi X9 tərəfindən mübahisələndirilsə də, həm Sumqayıt Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən onun şikayətlərinin təmin edilməməsinin səbəbinin yalnız borcun onun maraqlarına toxunmaması olması ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(102)-2841/2019 saylı qərarının məzmunundan görünür ki, hazırki iddianın İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsindən yayınma məqsədi ilə qaldırılması işdə olan sübutlarla təsdiq olunmadığından məhkəmə kassasiya şikayətinin həmin dəlili ilə razılaşmamış və kassasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 33250 (otuz üç min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 195 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 33.250 (otuz üç min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar