Məhkəmə qərarları › İş №e-2(060)-2763/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2763/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2763/2024 03.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "alimentin azaldılması tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair qarşılıqlı ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 656 nömrəli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun yanında saxlanılmaları və xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin və xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 göz xəstəlikləri ilə əlaqədar olaraq həkim müayinə və müalicə xərcləri olaraq, hər bir uşaq üçün 100 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Hüseynova (Məmmədova) Aynur Güləhməd qızı arasında xx.xx.2011 -ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 656 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 ananın - iddiaçı Cavabdeh yanında qalmaları, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilmişdir. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarında doğulmuş 20 mart 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər sabit şəkildə aylıq 450 manat aliment məbləği İddiaçı tərəfindən Cavabdeh ödəniləcək, aliment məbləği hər ilin iyun, iyul və avqust ayları üçün 300 manat olmaqla müəyyən edilir, aliment ödəyəcək şəxs İddiaçı bəyan edir ki, bu aliment məbləğinə iki yerdə işlədiyi üçün razılaşır. İddiaçı əgər işdən çıxarsa alimentin məbləğini yenidən Cavabdeh ilə müzakirə etmək hüququnu özündə saxlayır, birgə nikah dövründə əldə etmiş olduqları 2012-ci il istehsallı Honda CRV markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobil üzərində 1/2 olmaqla payları müəyyənləşdirilmişdir. Tərəflər özləri və ya nümayəndələri vasitəsilə bu saziş imzalandığı vaxtdan 1 ay müddətində avtomobilin texniki müayinə ilə bazar dəyərinin müəyyən olunmasını həyata keçiricəklər və paylara uygun olaraq tərəflər biri digərinə 3 ay müddətində pul verməklə həmin avtomobilə qarşı tərəfin mülkiyyət hüquqlarını əldə etmiş olacaqdır. Əgər tərəflər bir-birinə pulu verməkdə maddi çətinliklə üzləşmiş olsalar bu halda avtomobil satılacaq və əldə olunan məbləğ paylara uygun şəkildə bölüşdürüləcəkdir. Bununla bərabər tərəflər Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə avtomobil üzərindən məhdudiyyətin götürülməsinə dair ərizəni təqdim edəcəkdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 12 sentyabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı birgə nikahlarında doğulmuş 20 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 350 manat manat məbləğində müəyyəndilmiş alimentin miqdarının azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 2(060)-2644/2023 saylı qətnaməsinə dəyişiklik edilərək, cavabdeh İddiaçı əmək haqqı və gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanların izahatı olaraq qəbul edilməsini və qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Hüseynova (Məmmədova) Aynur Güləhməd qızı arasında xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 656 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ananın – iddiaçı Cavabdeh yanında qalmaları, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında mediator X2 iştirakı ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər razılaşırlar ki, birgə nigahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər sabit şəkildə aylıq 450 manat aliment məbləği İddiaçı tərəfindən Cavabdeh ödəniləcək, aliment məbləği hər ilin iyun, iyul və avqust ayları üçün 300 manat olmaqla müəyyən edilir, alimenti ödəyəcək şəxs İddiaçı bəyan edir ki, bu aliment məbləğinə iki yerdə işlədiyi üçün razılaşır. İddiaçı əgər işdən çıxarsa alimentin məbləğini yenidən Cavabdeh ilə müzakirə etmək hüququnu özündə saxlayır, birgə nikah dövründə əldə etmiş olduqları 2012-ci il istehsallı Honda CR-V markalı, **-XE-*** dövlət nömrə nişanlı avtomobil üzərində 1/2 olmaqla payları müəyyənləşdirilmişdir. Tərəflər özləri və ya nümayəndələri vasitəsilə bu saziş imzalandığı vaxtdan 1 ay müddətində avtomobilin texniki müayinə ilə bazar dəyərinin müəyyən olunmasını həyata keçirəcəklər və paylara uyğun olaraq tərəflər biri digərinə 3 ay müddətində pul verməklə həmin avtomobilə qarşı tərəfin mülkiyyət hüquqlarını əldə etmiş olacaqdır. Əgər tərəflər bir-birinə pulu verməkdə maddi çətinliklə üzləşmiş olsalar bu halda avtomobil satılacaq və əldə olunan məbləğ paylara uyğun şəkildə bölüşdürüləcəkdir. Bununla bərabər tərəflər Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə avtomobil üzərindən məhdudiyyətin götürülməsinə dair ərizəni təqdim edəcəkdir.

9. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, övladınız xx.xx.2014-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək, X4 doğum günündə, yəni hər ilin 20 mart tarixində saat 18:00-dan 21:00-dək bayram günlərində saat 14:00-dan 19:00-dək ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata qəbul edilmiş, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin tələb təmin olunmamışdır. Sonradan borclu Cavabdeh icra sənədində göstərilən ünvanda yaşamadığı, habelə “Elektron icra” sistemindən əldə edilmiş məlumatdan ölkəni tərk etdiyi müəyyən edilmiş, buna görə də barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Sumqayıt şəhər olis İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il il tarixdə müvafiq axtarış işi açılmışdır. Axtarış tədbirlərinin nəticəsindən asılı olaraq tələbin təmin edilməsi istiqamətində zəruri icra tədbirləri davam etdiriləcəkdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS-MT030-2024-00321 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödəmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 096 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixindən işə qəbul edilib, hal-hazırda Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsində tam ştat dosent vəzifəsində işləyir, aylıq əmək haqqı 1310 manat təşkil edir.

12. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MAA-nın «Ali riyaziyyat» kafedrasında 0,5 ştat və saathesabı əvəzçiliklə dosent vəzifəsində çalışır. Aylıq vəzifə maaşı 1600 manatdır. İddiaçı və MAA arasında xx.xx.2023-cü ildə imzalanmış müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixində bitir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 656 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ananın yanında qalmaları, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan tərəflər arasında bağlanılmış barışıq sazişinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər sabit şəkildə aylıq 450 manat aliment məbləği İddiaçı tərəfindən Cavabdeh ödəniləcək, aliment məbləği hər ilin iyun, iyul və avqust ayları üçün 300 manat olmaqla müəyyən edilir, alimenti ödəyəcək şəxs İddiaçı bəyan edir ki, bu aliment məbləğinə iki yerdə işlədiyi üçün razılaşır. İddiaçı əgər işdən çıxarsa alimentin məbləğini yenidən Cavabdeh ilə müzakirə etmək hüququnu özündə saxlayır. Hazırda iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 350 manat alimentin miqdarının azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) isə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2644/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma formasının dəyişdirilərək, əmək haqqı və gəlirlərin ¼ hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsini tələb edirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Beləliklə, göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir.

15. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

17. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

18. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

20. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

21. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

23. Məhkəmə qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) alimentin azaldılaraq, uşağa görə 100 manat məbləğində alimentin müəyyən edilməsi iddiasını əsaslandıraraq, övladı xx.xx.2014-cü il təvəllüdlü X4 harada olduğunu, habelə sağ olubolmadığını bilmədiyinə, bununla əlaqədar cavabdeh barəsində axtarış işinin açıldığına istinad etmişdir.

24. Bununla əlaqədar, məhkəmə qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 350 manat alimentin azaldılmasını tələb edir. Halbuki həmin qətnamədə 350 manat məbləğ iki uşağın - xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır.

25. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış barışıq sazişinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər sabit şəkildə aylıq 450 manat aliment məbləği İddiaçı tərəfindən Cavabdeh ödənilməsi, aliment məbləği hər ilin iyun, iyul və avqust ayları üçün 300 manat olmaqla müəyyən edilməsinə dair razılığa gəlmişlər.

26. Həmçinin, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) öz izahatında tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanılmış barışıq sazişinə uyğun olaraq vaxtlı-vaxtında alimenti ödədiyini bildirmişdir.

27. Hazırki halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı uşağı görə bilməməsi məhkəmə qaydasında müəyyən olunmuş, sonradan tərəflər arasında bağlanılmış barışıq sazişinə əsasən ödənilən aliment məbləğinin azaldılması üçün səbəb ola bilməz. Belə ki, alimentin məbləğinin azaldılması uşağın təminat səviyyəsinin maksimal saxlanılmasına mənfi təsir göstərəcəkdir.

28. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir.

29. Məhkəmə, “xx.xx.2023-cü il tarixli, 2(060)-2644/2023 saylı qətnaməsinə dəyişiklik edilərək, cavabdeh İddiaçı əmək haqqı və gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulması tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı “xx.xx.2023-cü il tarixli, 2(060)-2644/2023 saylı qətnaməyə dəyişiklik edilməsini bildirsə də, sözügedən qətnaməni məhkəməyə təqdim etməmişdir.

31. İş materiallarında tərəflər arasında alimentlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi, sonradan tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış barışıq sazişi öz əksini tapmışdır.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, Cavabdeh da valideyn olaraq öz uşaqlarını saxlamağa borcludur.

33. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O cümlədən, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

34. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun.

35. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

36. İlk öncə qeyd edilməlidir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Məhkəmə hesab edir ki, hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, cavabdehin (ilkin iddia üzrə iddiaçının) etirazı və mövcud vəziyyəti nəzərə alınmaqla qarşılıqlı iddia haqlı sayılmır.

38. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentə dəyişiklik edilərək, İddiaçı əmək haqqı və gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulmasını xahiş etsə də, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

39. Bunun əksinə olaraq, Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası tərəfində verilmiş arayışdan görünür ki, İddiaçı ilə MAA arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir.

40. Həmçinin, Bakı Dövlət Universiteti tərəfindən verilmiş arayışa əsasən İddiaçı aylıq əmək haqqı 1310 manat təşkil edir ki, əmək haqqının 1/4 hissəsi 327,5 manat təşkil edir. Lakin ödədiyi alimentin məbləği 450 manat təşkil edir.

41. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 mənafeyini diqqətdən kənar qoymamaq ilə yanaşı cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) rəsmi təqdim edilmiş sənəd əsasında onun əmək haqqı məbləğinin ¼ -dən çox hissəsinin aliment kimi ödənilməsi nəzərə alınmalı və qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

42. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

50. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "alimentin azaldılması tələbi"nə dair ilkin iddia tələbi rədd edilsin. Məhkəmə xərci ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar