Məhkəmə qərarları › İş №e-2(060)-2943/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2943/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2943/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X2 iclas katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh3 432 manat, Cavabdeh2 64 manat, Cavabdeh1 562 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.58 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və əlavə araşdırmanın aparılması, həmçinin tərəfləri çağıraraq izahatların alınması zəruridir. Ona görə də məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X10 arasında bağlanmış 07 mart 2020-ci il tarixli MAS-262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(011)- 2445/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 3075.60 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh3 o. 1. BNA1578232 saylı protokola görə 32 manat; 2. BNA1607160 saylı protokola görə 32 manat; 3. BNA1941335 saylı protokola görə 32 manat; 4. BNA2143088 saylı protokola görə 32 manat; 5. BNA2308938 saylı protokola görə 32 manat; 6. BNA10682018 saylı protokola görə 16 manat; 7. BNA2308941 saylı protokola görə 32 manat; 8. EQ10682021 saylı protokola görə 16 manat; 9. EQ10682020 saylı protokola görə 16 manat; 10. EQ10682012 saylı protokola görə 16 manat; 11. EQ10682013 saylı protokola görə 16 manat; 12. EQ10682045 saylı protokola görə 32 manat; 13. EQ10682092 saylı protokola görə 64 manat; 14. EQ10682119 saylı protokola görə 64 manat. Cavabdeh1 o. 1. BNA1350296 saylı protokola görə 32 manat; 2. BNA0920778 saylı protokola görə 32 manat; 3. BNA1350297 saylı protokola görə 32 manat; 4. BNA1350298 saylı protokola görə 32 manat; 5. BNA1350299 saylı protokola görə 32 manat; 6. BNA1350300 saylı protokola görə 32 manat; 7. BNA1350301 saylı protokola görə 32 manat; 8. BNA1350302 saylı protokola görə 64 manat; 9. BNA1533167 saylı protokola görə 64 manat; 10. BNA1838186 saylı protokola görə 32 manat; 11. BNA1839655 saylı protokola görə 32 manat; 12. BNA1812971 saylı protokola görə 32 manat; 13. BNA1762354 saylı protokola görə 32 manat; 14. BNA1819427 saylı protokola görə 32 manat; 15. BNA1813889 saylı protokola görə 32 manat; 16. BNA1906228 saylı protokola görə 18 manat. X4 İXP4854553 saylı protokola görə 64 manat. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1058 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMCyə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X12 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.

Tərəflərin izahatları.

4. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh1 izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İXM-də qeyd olunub ki, həmin cərimələri X14 əməkdaşları çəkə bilər. Qanunda qeyd olunub ki, kamera ilə cəriməni çəkə bilməz. Kamera ilə cərimənin çəkilməsi qanunsuzdur. Ona deyilmişdir ki, DİN-ə aid olan cərimə ödənilməlidir. Lakin digər cərimələr qanuni deyildir. Avtomobili 2021-ci il tarixdə təhvil vermişdir. İddiaçı həmin məbləği ödəmiş, indi də ondan həmin məbləği tələb edir. Avtomobili də işləmədiyi üçün təhvil vermişdir.

6. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2262 saylı daxili lizinq müqaviləsindən görünür ki bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində, illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.

8. xx.xx.2020-ci il tarixli, MAS-2262 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alqı-satqı qiyməti 13300 manat olan “Khazar SD minik” markalı, NVAW01HHFLE220246 ban nömrəli, boz rəngli avtomobil.

9. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD minik” markalı, NVAW01HHFLE220246 ban nömrəli, boz rəngli avtomobil İddiaçı MMC tərəfindən X8 təhvil verilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 “Khazar SD minik” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi nətcəsində yaranmış borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə bununla bağlı tələblə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 “Khazar SD minik” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi nətcəsində yaranmış borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə bununla bağlı tələblə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh3 “Khazar SD minik” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi nətcəsində yaranmış borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə bununla bağlı tələblə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2445/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X5 1532.40 manat əsas, 381.96 manat mükafat, 153 manat dəbbə pulu və 858 manat dəymiş zərər olmaqla, cəmi 2925,36 manat borc tutularaq İddiaçı MMC-yə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, iddia qismən təmin edildiyi üçün 100.40 manat dövlət rüsumunun 83%-i, yəni 83.33 manat cavabdeh X5 İddiaçı MMC-nin xeyrinə tutulmuş, qalan 17%, yəni 17.07 manat iddiaçının özünə aid edilmiş, eyni zamanda iddia qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 83%-i, yəni 41.50 manat cavabdeh X5, 17%-i, yəni 8.50 manat isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilmişdir.

14. 11.03.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 30.58 manat məbləğində dövlət rüsumu ödəmişdir.

15. 21.06.2024-cü il tarixli, 60891807 №-li qəbzdən görünür ki, Cavabdeh2 İXP4854553 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir.

16. 21.06.2024-cü il tarixli, 60892492 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1906228 №-li protokol üzrə 18 manat cəriməni ödəmişdir.

17. 21.06.2024-cü il tarixli, 60892533 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1813889 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

18. 21.06.2024-cü il tarixli, 60892575 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1819427 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

19. 21.06.2024-cü il tarixli, 60892732 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1762354 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

20. 21.06.2024-cü il tarixli, 60892689 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1812971 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

21. 21.06.2024-cü il tarixli, 60892651 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1839655 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

22. 21.06.2024-cü il tarixli, 60892616 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1838126 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

23. 21.06.2024-cü il tarixli, 60892844 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1533167 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir.

24. 21.06.2024-cü il tarixli, 62892888 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350302 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir.

25. 21.06.2024-cü il tarixli, 60892933 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350301 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

26. 21.06.2024-cü il tarixli, 60892981 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350300 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

27. 21.06.2024-cü il tarixli, 60893014 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350299 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

28. 21.06.2024-cü il tarixli, 60893066 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350298 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

29. 21.06.2024-cü il tarixli, 60893095 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350297 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

30. 21.06.2024-cü il tarixli, 60893191 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA0920778 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

31. 21.06.2024-cü il tarixli, 60893145 №-li qəbzdən görünür ki, Cavabdeh1 BNA1350296 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

32. 21.06.2024-cü il tarixli, 60891846 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682119 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir.

33. 21.06.2024-cü il tarixli, 60891900 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682092 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir.

34. 21.06.2024-cü il tarixli, 60891958 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682045 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

35. 21.06.2024-cü il tarixli, 60891999 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682013 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir.

36. 21.06.2024-cü il tarixli, 60892097 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682012 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir.

37. 21.06.2024-cü il tarixli, 60892139 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682020 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir.

38. 21.06.2024-cü il tarixli, 60892222 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682021 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir.

39. 21.06.2024-cü il tarixli, 60892277 №-li qəbzdən görünür ki, Cavabdeh3 BNA2308941 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

40. 21.06.2024-cü il tarixli, 60892320 №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ10682018 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir.

41. 21.06.2024-cü il tarixli, 60892373 №-li qəbzdən görünür ki, Cavabdeh3 BNA2308938 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

42. 21.06.2024-cü il tarixli, 60892420 №-li qəbzdən görünür ki, Cavabdeh3 BNA2143088 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

43. 21.06.2024-cü il tarixli, 60892458 №-li qəbzdən görünür ki, Cavabdeh3 BNA1941335 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

44. 21.06.2024-cü il tarixli, 60892778 №-li qəbzdən görünür ki, Cavabdeh3 BNA1607160 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

45. 21.06.2024-cü il tarixli, 60892812 №-li qəbzdən görünür ki, Cavabdeh3 BNA1578232 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir.

İşin faktiki halları.

46. Mülki iş materiallarından müəyyən olunur ki, “Azərmaş" MMC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-262 saylı Daxili lizinq müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alan - X6 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, eyni zamanda həmin avtomobil idarə edilməsi üçün cavabdehlərə verilmişdir. Nəqliyyat vasitəsi cavabdehlərin istifadəsində olan zaman onlar tərəfindən müxtəlif vaxtlarda inzibati xətalar törədilmiş və barələrində inzibati cərimə tənbeh tədbirləri tətbiq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş qəbzlərdən müəyyən olunur ki, cavabdehlər cərimə məbləğlərini ödəməkdən yayındıqlarına görə həmin cərimələr iddiaçı cəmiyyət tərəfindən ödənilmişdir.

Tətbiq edilən hüquq.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

49. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. İddianın dəlillərindən də müəyyən olunur ki, Lizinq alan – X10 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı ASC ilə aralarında olan razılığa əsasən lizinq müqaviləsi ləğv edilmiş, avtomobil iddiaçıya geri qaytarılmışdır. Bundan sonra iddiaçı ASC nəqliyyat vasitəsi üzərində ödənilməmiş cərimə tənbeh tədbirlərinin olduğunu müəyyən etmiş və bütün cərimələri ödəmişdir. Belə ki, cavabdehlər nəqliyyat vasitəsini idarə edən zaman məhz onlar tərəfindən inzibati xətalar törədilmişdir ki, bu fakt iş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarlarla və inzibati xəta haqqında protokollarla təsdiq olunur. Cavabdehlər tətbiq olunmuş cərimə məbləğlərini ödəməmiş, nəticədə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı cəmiyyət cərimə məbləğlərini ödəməli olmuş, bununla da ona zərər dəymişdir. Dəymiş zərərin əsasını cavabdehlərin hüquq pozuntusu törədərək ödəməli olduğu cərimə məbləğlərini ödəməməsi təşkil edir, yəni hüququ pozuntusu ilə zərər arasında səbəbli əlaqə vardır.

50. Belə olan halda mülki qanunvericiliyə əsasən zərərvuranlar, hüquqi şəxsə vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməli olduğundan, iddiaçı tərəfindən cavabdehlərin törətdiyi inzibati xətalara görə ödədiyi və hazırda məhkəmə qaydasında tələb etdiyi pul məbləğini tam həcmdə iddiaçıya ödəməlidirlər.

Məhkəmə xərcləri.

51. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

52. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

53. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3 432 manat, Cavabdeh2 64 manat, Cavabdeh1 562 manat məbləğində pul vəsaiti və 30,58 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

54. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh3 432 manat, Cavabdeh2 64 manat, Cavabdeh1 562 manat məbləğində pul vəsaiti və 30,58 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar