Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-2944/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Kreditor MMC-nin borclu X4 qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: Kreditor MMC borclu X4 qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 nisyə satış müqaviləsi üzrə 150 manat əsas borcun, 10 manat cərimə borcunun, cəmi 160 manat borcun və 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, kreditorun tələbi aşkar olduğundan, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından ərizə təmin edilməlidir. İş materiallarında olan Kreditor MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə borclu X3 150 manat əsas borcu, 10 manat cərimə borcu, cəmi 160 manat məbləğində borcu vardır. İş materiallarında olan Kreditor MMC ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli XBK05730 nömrəli nisyə satış müqaviləsindən və ona edilmiş 1 nömrəli əlavədən görünür ki, Kreditor MMC dəyəri 1699 manat olan avadanlığı X4 nisyə satmağı, alıcı isə 80 manat ilkin ödəniş etməyi, qalan məbləği 12 ay müddətində hər ay 135 manat, sonuncu ay 134 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, borclu X5 Kreditor MMC-dən xx.xx.2018-ci il tarixli XBK05730 saylı nisyə satış müqaviləsində nəzərdə tutulmuş avadanlıqları - 3 ədəd kondisioneri təhvil almış, texniki göstəricilərinə və yararlığına dair iradlar bildirməmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Kreditor MMC tərəfindən X1 xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin vaxtından əvvəl ləğv olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci və 276.2.2-ci maddələrinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə əmri verilməsi üçün kreditor tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : X1 150 (yüz əlli) manat əsas borc, 10 (on) manat cərimə borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 180 (yüz səksən) manat məbləğində pul tutulub Kreditor xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2944/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-2944/2021
23.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver