Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-301/2025 15.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən aliment məbləğinin 235 manat məbləğinə artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, aliment məbləğinin artırılaraq 235 manat məbləğində təyin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4013/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X5 arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə 1953 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X6 anası X1 yanında qalması, 12 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016- cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, "xxxx" ASC ilə X5 arasında bağlanmış 13 dekabr 2021ci il tarixli 3-Y-2-0-1663-19 saylı kredit müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək kreditin aylıq 51,73 manat ödənişinin 1 /2 hissəsi, "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli №R0008786 saylı alqı-satqı müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək kreditin aylıq 54 manat (son ay 48 manat) ödənişinin 1 /2 hissəsi, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək kreditin aylıq 111,68 (son ay 117,68 manat) manat ödənişinin 1 /2 hissəsi, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021- ci il tarixli kredit və bank hesabı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək kreditin aylıq 51 (son ay 35,10) manat ödənişinin 1 /2 hissəsinin Cavabdeh alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. İş materiallarında olan AZ- İİİ № 878507 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə doğulmuş, atası Cavabdeh, anası X4r. İş materiallarında olan mediasiya arayışından görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2 maddəsinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin qərarın 8.4-3 maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110- cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddiaçı öz iddia tələbində ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırıldığını əsas götürərək aliment məbləğinin artırılmasını tələb etmişdir. Belə ki, iddia tələbinin mahiyətindən müəyyən edilir ki, həmin tələb həmçinin minimum əmək haqqı məbləğinin artımına əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1 maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin məcəllənin 261.0.1 maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4 maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iş üzrə icrata xitam verilməlidir. Həmçinin iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq ərizə ilə “alimentin indeksasiyası” ilə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş üzrə xitam verildiyi üçün iş üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq ərizə ilə “alimentin indeksasiyası” ilə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat İddiaçı qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-301/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-301/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver