Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-3144/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – Kreditor (ünvan: Bakı şəh., Nəsimi rayonu, N.Yusifbəyli, 42 C) borclu – Borclu (ünvanı: ünvan 3rimə borcu olmaqla cəmi 265.73 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasına dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Tələbkar – Kreditor ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu (ünvanı: ünvan 3rimə borcu olmaqla cəmi 265.73 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, tələbkarın ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, tələbkar Kreditor MMC Borclu arasında bağlanmış 25.08.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən Borcluya 408 (0 manat ilkin ödəniş olmaqla) manat məbləğində məişət məhsulu kreditlə - nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 27 manat məbləğində icra etməmiş və nəticədə onun tələbkar qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin 0.3-cü bəndinə görə, “Alıcı” (Borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0.3%-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 10.2. Qarşılıqlı razılaşma yolu ilə həll olunmayan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məçəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məçəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı kecirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş Borclu (ünvanı: ünvan 6orcu olmaqla cəmi 265.73 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbkar Kreditor MMC-nin (ünvan: Bakı şəh., Nəsimi rayonu, N.Yusifbəyli, 42 C) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3144/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-3144/2021
03.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver