Məhkəmə qərarları › İş №e-2(060)-3292/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3292/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3292/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızınını katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh pul tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahı dövründə "xxxx" ASC-dən götürülmüş və "xxxx" MTK-ya ödənilmiş 18.910 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsi və həmin məbləğin yarı hissəsi olan 9455 (doqquz min dörd yez əlli beş) manat məbləğində pulun və ödənilmiş 115 manat məbləğində dövlət rüsumunun Cavabdeh Natiq qızından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2690/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2690/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(060)-1774/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçı Cavabdeh payı 33/100 hissədə müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6191/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 14 iyul 2022-ci il tarixli, 3190 saylı məktubundan görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 05 aprel 2017-ci il tarixli ********* saylı payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Sumqayıt şəhəri, 9-cu mkr, 23 nömrəli məktəbin yanında tikilməkdə olan 5-ci bina, 5-ci mərtəbə, 37 nömrəli, 2 otaqlı, sahəsi 39.6 kv.m. təşkil edən mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi qiyməti 51750 manat müəyyən edilmiş, onun 15000 manatı ilkin ödəniş kimi ödənilmiş, yerdə qalan hissə isə 60 ay müddətinə aylıq 612,50 manat məbləğində MTK-ya ödənilməli idi. İddiaçı 2017-ci ilin may-dekabr ayları ərzində hər ay 615 manat olmaqla, ümumilikdə 4920 manat ödəniş etmişdir. Beləliklə 2017-ci il ərzində onun ödənişləri ilkin ödəniş də daxil olmaqla 19305 manat (15000+4920=19920) təşkil etmişdir. 2018-ci il üzrə İddiaçı tərəfindən yanvar-dekabr ayları ərzində hər dəfəsində 615 manat olmaqla, ümumilikdə 7380 manat aylıq ödəniş ödənilmişdir. 2019-cu il üzrə isə İddiaçı yalnız yanvar, fevral və mart aylarında hər ay üçün 615 manat ödəniş etməklə, 1845 manat məbləğində pul ödəmişdir. Ümumilikdə 2017-2019-cu illər ərzində İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən İddiaçı tərəfindən ilkin ödəniş də daxil olmaqla 29145 manat məbləğində pul ödənilmişdir. İddiaçı 2019-cu ilin aprel ayında MTK-ya müraciət edərək aylıq ödənişləri ödəməyə imkanının çatmadığını, bu səbəbdən də yeni qrafik açaraq müqavilənin müddətini uzatmağı və aylıq ödənişin məbləğinin aşağı salınmasını xahiş etmişdir. İddiaçı müraciəti nəzərə alınaraq qarşılıqlı razılıq əsasında mənzil geri alınmadan əvvəlki müqavilə ləğv olunaraq onunla 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin mənzil yenidən pay şəklində onun mülkiyyətinə verilmiş, müqaviləyə əsasən mənzilin dəyəri 40738 manat təşkil etmiş, həmin məbləğin 21828 manatı İddiaçı əvvəlki müqavilə üzrə ödədiyi ilkin ödəniş və aylıq ödəmələr əsasında əvəzləşdirilmiş, qalan 18910 manatı isə üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən MTK-ya ödənilmiş, İddiaçı 10 il müddətinə aylıq ödənişi 249,89 manat təşkil edən yeni qrafik açılmışdır. Hazırda həmin aylıq ödənişlər İddiaçı tərəfindən banka ödənilir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsi üzrə ödənilmiş 21828 manat məbləğində pula onun bundan əvvəlki 05 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsi üzrə ödədiyi 15000 manat məbləğində ilkin ödəniş və aylıq kredit ödənişlərinin bir hissəsi, yəni 6828 manat aiddir. İddiaçı 2017-2019-cu illər ərzində "xxxx" MTK arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən İddiaçı tərəfindən 29145 manat məbləğində pul ödənilmişdir. Daxili kredit banka keçirilən zaman həmin məbləğin 21828 AZN-i ilkin ödəniş kimi, yerdə qalan 7317 AZN isə payçının ərizəsinə əsasən mənzilində təmir işlərinin görülməsinə yönləndirilmişdir. Tərəflər xx.xx.2018-ci ildə nikaha girmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Onların ailə münasibətlərinə faktiki olaraq xitam verilmiş, onlar faktiki ayrılmışlar və birgə təsərrüfat idarə etməmişlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 14 iyul 2022-ci il tarixli, 3190 saylı məktubunda qeyd olunduğu kimi, İddiaçı 2017-ci il ərzində daxili kredit müqaviləsinə əsasən MTK-ya ödənişlərinin ilkin ödəniş də daxil olmaqla 19305 manat (15000+4920=19920) olmasını və 2018-ci ildə cəmi 7380 manat aylıq ödəniş etməsini və tərəflərin rəsmi nikaha daxil olma tarixlərinin xx.xx.2018-ci il tarixi olmasını nəzərə aldıqda, buradan belə nəticə hasil olur ki, İddiaçı Cavabdeh ilə nikaha daxil olanadək artıq 23610 manat məbləğində (buraya həm 15 min ilkin ödəniş, həm 2017-ci il üzrə kredit ödənişləri, və 2018-ci il üzrə ödədiyi ümumi məbləğin – 7380 manatın yarısı - yəni nikaha daxil olanadək ödənilən məbləğlər aiddir) pul ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaları nəzərə alınmaqla, 2018-ci ilin iyul-dekabr ayları, yəni 6 ay ərzində "xxxx" MTK-ya 3690 (615 manat x 6 ay) manat ödəniş edilmişdir. 2019-cu il üzrə isə İddiaçı yalnız yanvar, fevral və mart aylarında hər ay üçün 615 manat ödəniş etməklə, 1845 manat məbləğində pul ödəmişdir. Beləliklə, 01 aprel 2019-cu il tarixə, yəni 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlananadək tərəflərin birgə nikahda olduqları müddətdə mənzil üçün "xxxx" MTK-ya ödənilmiş məbləğ 5535 (3690 manat + 1845 manat) manat təşkil etmisdir. 01 aprel 2019- cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlandıqdan sonra isə mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTKya ödənilmişdir. Göründüyü kimi, tərəflərin birgə nikahda olduqları müddətdə "xxxx" MTKya ödənilmiş məbləğ 24445 (5535 manat + 18910 manat) manatdır. Belə olan halda, həmin məbləğdə iddiaçının payı 12222,50 (24445 manat : 2) manatdır. 01 aprel 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən mənzilin dəyərinin 40738 manat olduğu nəzərə alınmaqla, buna mütənasib olaraq mənzildə iddiaçının payı 33/100 (40738 manat : 12222,50 manat ) hissə təşkil edir. Kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəf olaraq tərəflərin birgə nikah dövründə 01 aprel 2019-cu il tarixə, yəni 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlananadək "xxxx" MTK-ya ödənilmiş məbləğin 5535 (3690 manat + 1845 manat) manat təşkil etməsi barədə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşır. Lakin 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlandıqdan sonra mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ödənilməsi faktına məhkəmənin verdiyi qiyməti hüquqi və əsaslı qiymət hesab oluna bilməz. Çünki, həmin məbləğ kreditə götürülmüş məbləğdir və cavabdeh faizləri ilə birlikdə həmin məbləği banka qaytarmalıdır. Apellyasiya və kassasiya instansiyası məhkəməsi kredit müqaviləsi bağladıqdan və 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ödənilməsindən sonra tərəflərin ailə birliyinin hansı müddətdə davam etdiyini və bu müddət ərzində banka nə qədər kredit ödənildiyini hesablayaraq iddiaçının payını həm banka həm də MTK-ya tərəflərin ailə birliyi dövründə hansı məbləğdə pul vəsaitinin ödənildiyini müəyyən etməklə, əldə olunan məbləğ hesabına pay təyin etməli olduğu halda, kredit götürülmüş məbləği ər-arvadın ümumi birgə mülkiyyəti hesab etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarında (43-cü bənd). apellyasiya instansiyası məhkəməsinə göstəriş verilmişdir ki, mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaitlərinin hüquqi statusu düzgün müəyyən edilməli, əgər həmin ödəniş (və ya onun bir hissəsi) tərəflərin ailə birliyi çərçivəsində əldə olunmuş ümumi əmlak hesabına aparılmışdırsa, yaşayış sahəsi üzərində tərəflərin pay nisbətləri də buna uyğun qaydada müəyyən olunmaqla, ümumi mülkiyyət hüququnun tanınmasına dair iddia həll edilməlidir. Ali Məhkəmənin həmin qərarının 37-38-ci bəndləri də kredit məbləğinə münasibətdə hazırki iş üçün mühüm əhəmiyyət kəsb edir. 37. Məhkəmələr onu da nəzərə almamışlar ki, hər hansı şəxsin kreditordan aldığı kredit vəsaiti borcluya verildiyi andan onun mülkiyyətinə keçir. Başqa sözlə, əvəzedilən əşya sayılan pul vəsaiti borcluya verildiyi məqamdan kreditor həmin əşya üzərində mülkiyyət hüququnu itirir, borclu mülkiyyət hüququ qazanır. Buna müvafiq olaraq, bankın borcluya qarşı müqavilədən irəli gələn tələb hüququ, sonuncunun isə borcu qaytarmaq öhdəliyi meydana gəlir. Odur ki, əşyanın dəyərinin ödənilməsi üçün alınmış kredit vəsaitinin istər alıcı tərəfindən bilavasitə, istərsə də onun tapşırığına uyğun olaraq kreditor tərəfindən satıcıya verilməsi, alıcının mülkiyyətində olan pul vəsaiti hesabına ödəniş hesab olunur. 38. Bu baxımdan ərin və ya arvadın ailənin ehtiyacları (o cümlədən mənzil alınması) üçün bankdan götürdüyü kredit (pul vəsaiti) əldə edildiyi andan onların ümumi birgə mülkiyyətinə keçir. Çünki, həmin vəsaitin banka qaytarılması öhdəliyi də ümumi öhdəlik sayılmaqla onların hər ikisinə aid olur. Ona görə də, əşya kredit vəsaiti hesabına alınsa belə, ər-arvadın ümumi mülkiyyəti hesab edilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Səbinənin evin alınması üçün götürülmüş kreditdən xəbəri olmayıb, həmin kreditlə bağlı heç yerə də imza atmayıb. Evin aylıq ödənişlərini etmək üçün həmin evi kirayəyə veriblər. Tərəflər evin kirayəsindən 250 manat məbləğində ödəniş alırdılar. Qalan 400 manat məbləğində pulu idə iddiaçı ailə büdcəsindən götürürdü. Qızının razılığı olmadan mübahisəli evin ipoteka ilə yüklü edilməsi sual doğurur. Onlar ipoteka məsələsini məhkəmədə öyrənmişdirlər. Məhkəmə qətnaməsinin olmasına baxmayaraq iddiaçı evi tam hissədə öz adına keçirmək üçün xx.xx.2023-cü il tarixində çıxarış alıb. Hazırda onlar borcun bölünməsinə razı deyillər. Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsində qeyd olunub ki, ümumi paya münasibətdə borc bölünməlidir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı evi kirayə vermiş və həmin kirayə haqlarının hesabına evin borcunu ödəmişdir. Tərəflər 2020-ci ilin iyun ayında boşanıblar və cavabdeh borcun bölünməsinə etiraz edir. Səbinə hələ də məhkəmə qətnaməsi əsasında tanınmış payına çıxarış ala bilməmişdir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olamadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək bildirmişdir ki, tərəflər arasında mənzilə dair məhkəmə çəkişmələri olub. Mənzil nikahdan əvvəl daxili ipoteka ilə yolu ilə iddiaçı tərəfindən alınıb. Belə olanda aylıq ödənişlərin məbləği daha çox olur. Alıcı ödəniş edə bilməyəndə yenidən bank kreditinə salınır. Beləliklə müddət uzanır, aylıq ödənişlər alınır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin mübahisəli mənzilə 33/100 hissədə payı müəyyən edilib. Həmin qərardan tərəflərindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmənin mövqeyinə əsasən kreditlə alınan əmlak tərəflərin ümumi mülkiyyəti hesab olunur. Belə olan halda kreditlə alınan əmlak ümumi mülkiyyətdirsə, kredit də ümumi mülkiyyətdir. Evə pay müəyyən edilibsə, kredit də mütləq ödənilməlidir. Onu da qeyd edir ki, Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişdirlər, həmin qərarı mübahisələndirilsə də, lakin şikayət hələ icraata götürülməyib. Hazırda kredit məbləğinin yarısının cavabdehdən alınmasını istəyirlər. Məhkəməninin nəzərinə çatdırırlır ki, kredit 10 il müddətinə götürülmüşdü, müəyyən ödənişlər edilib və artıq 6 il qalıb. Aylıq kredit ödənişlərini iddiaçı edir, müqavilə üzrə öhdəliklər davam edir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hiiquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli, 000362 nömnəli Protokoldan çıxarışına, 23 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2690/2021 nömrəli qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(060)-1774/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş,iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçı Cavabdeh payı 33/100 hissədə müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvə minmiş məhkəmə aktlarına əsasən tərəflərin birgə nikahda olduqları müddətdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzil üçün "xxxx" MTK-ya ödənilmiş məbləğ 5535 (3690 manat + 1845 manat) manat təşkil etmişdir. 01 aprel 2019cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlandıqdan sonra isə mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Göründüyü kimi, tərəflərin birgə nikahda olduqları müddətdə "xxxx" MTK-ya ödənilmiş məbləğ 24445 (5535 manat + 18910 manat) manatdır. Belə olan halda, həmin məbləğdə Cavabdeh payı 12222,50 (24445 manat : 2) manatdır. 01 aprel 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən mənzilin dəyərinin 40738 manat olduğu nəzərə alınmaqla, buna mütənasib olaraq mənzildə Cavabdeh payı 33/100 (40738 manat : 12222,50 manat) hissə təşkil edir. Hazırda iddiaçı tərəflərin birgə nikahı dövründə "xxxx" ASC-dən götürülmüş 18.910 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsi və həmin məbləğin yarı hissəsi olan 9455 manat məbləğində pulun Cavabdeh Natiq qızından onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. Məhkəmə hesab edir ki, birgə nikah dövründə mübahisəli mənzil üçün Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülmüş 18.910 manat kredit borcunun bölünməsi barədə hazırki iddia tələbi əsaslıdır. Belə ki, tərəflər ailəli olduqları vaxt, yəni birgə nikah dövründə bankdan kredit götürülmüş, həmin kredit ailə ehtiyaclarının (mənzil alınması) təmin edilməsi üçün xərclənmiş, götürülmüş kredit Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin alınmasına sərf edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Bankdan götürülmüş kredit məbləğinə (18910 manat) cavabdehin ½ hissədə hüququ tanınmaqla və birgə nikah dövründə edilmiş ödənişlər nəzərə alınmaqla onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzil üzərində 33/100 hissədə payı müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı) Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı tərəfindən mübahisəli mənzillə əlaqədar götürülmüş 18.910 manat borcun ailə ehtiyaclarına – mənzil alınmasına sərf edildiyi öz təsdiqini tapdığından sözügedən borcun yarısı olan 9455 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu (65 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9455 (doqquz min dörd yüz əlli beş) manat məbləğində pul və 115 (bir yüz on beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar