Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-3452/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Bakı şəhəri, Yasamal ray, Ak.Landau, mən 60 ünvanında yerləşən Kreditor Borclu qarşı «borcun tutulması» haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, borcludan Kreditor MMC-nin xeyrinə 155.64 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 165.64 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu Borclu ilə Kreditor MMC-nin Sumqayıt filialı arasında xx.xx.2018-ci il tarixdə Nisyə-satış müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kreditor borcluya 1268(0 manat ilkin ödınişlə) manat məbləğində məişət məhsulunu kreditlə-nisyə satmışdır. Həmin müqavilənin 0.03-cü bəndinə görə “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0.3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür.Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş «Ödəniş qrafikinin» şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 106 manat məbləğində icra etməmiş və nəticədə onun kredit qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbardarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ona görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1980-ci ildə ünvan 2 m.91 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMCnin xeyrinə 155.64 (yüz əlli beş manat, altmış dörd) manat əsas borc, 10 (on) manat cərimə borcu, cəmi 165.64(yüz altmış beş manat, altmış dörd qəpik) və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(060)-3452/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-3452/2021
18.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver