Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3555/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsindən azad edilməyi və yığılmış 1500 manat aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş X4 (xx.xx.2014-cü il təvəllüdlü) saxlanılması ilə bağlı ondan alimentin tutulması barədə azad edilməyi və hazıradək hesablanaraq yığılmış 1500 manat aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 2011-ci il tarixdə nikaha daxil olmuşlar və sonradan onunla olan nikahları Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikahları pozularkən onunla birgə nikahdan olmuş övladları X4 iddiaçının himayəsində saxlanılması qət olmuşdur. Sonradan cavabdehin hərəkətləri nəticəsində uşaqları X7 onun himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsi müvəqqəti təminat tədbirinə dair 24 iyun 2023-cü il, 16(060)-48/2023 qərarına əsasən ondan X1 üçün qeyd olunan qərardada əsasən hər ay ondan 220 manat aliment tutulması qərar almışdır. Cavabdeh 3000-5000 manat əmək haqqı alır o isə himayəsində yeni nikahdan anadan olmuş 11 aylıq övladı var və uşağa baxmağı ilə bağlı işləmək qabiliyyəti yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun oğlu uşağa görə 40000 manat pul ödəyib. Lakin iddiaçı uşağa baxmadığına görə uşaq hazırda atanın himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün aliment ödəməlidir. Lakin o alimenti ödəməkdən yayınır. İddiaçının cavabdehə 1500 manat borcu var, cavabdeh onun silinməsinə razı deyil. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan AZ-İİ №538274 saylı, xx.xx.2022-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 Nərmin Nərmayıl qızı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X9 adlı bir övladları doğulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №16(060)-48/2023 saylı qərardadının surətindən görünür ki, ərizə təmin edilərək, xx.xx.2023-cü il tarixdən başlayaraq iş üzrə qətnamə çıxarılanadək xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Namazova (Bağırova) Nərmin Nərmayıl qızından tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. İşə əlavə olan Bayramova Nərmin Nərmayıl qızının ərizəsinin surətindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 2(043)-2372/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X5 18 yaşına kimi olunmuş aliment tam ödənilmişdir. Onun Cavabdeh qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müəyyən edilmiş aliment tələbinə dair tərəf olduğu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2014-cü il Bağırzadə Elnurun yetkinlik yaşın çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Bayramova Nərmin Nərmayıl qızına verilməlidir. Sumqayıt şəhəri üzrə icra idarəsində bağlanmış icraat zamanı uşağa yetkinlik yaşına çatanadək ödənilməli olan aliment məbləğinin tamlıqla tələbkarın xeyrinə ödənildiyi eləcə də tələbkarın müvafiq ərizəsi nəzərə alınmaqla,”İcra haqqında” Qanun 20.1.5-ci maddəsinə uyğun olaraq, icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli № e-2(125)-162/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 atası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Bayramova (Namazova) Nərmin Nərmayıl qızı apellasiya şikayəti təmin edilməyərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli №e-2(125)-162/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3798/2023 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1018/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılaraq, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(060)-27/2024 saylı qətnamsinin surətindən görünür ki, iddia təmin edilməsi, xx.xx.2023cü il tarixindən etibarən xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Bayramova (Namazova) Nərmin Nərmayıl qızından tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, № e-2(125)-132/2023 saylı hökmdən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2337/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bayramova Nərmin Nərmayıl qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(104)-3519/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Gəncə Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2984/2021 saylı Qərarı ilə aliment tələbi barədə Bayramova Nərmin Nərmayıl qızının kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3519/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2024-cü il tarixində saat 11:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsinin izahatından görünür ki, hazırda iddiaçının 1500 manat borcu olduğunu qeyd etmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsindən azad edilməyi və yığılmış 1500 manat aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3555/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3555/2024
29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver