Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3744/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh məxsus 21 adda cehiz əmlaklarının 1) taxt çarpayı (1 ədəd-150 manat) 2) termo (1 ədəd-100 manat) 3) qonaq stolu (1 ədəd-100 manat) 4) stul (6 ədəd-120 manat) 5) döşək (3 ədəd-150 manat) 6) yorğan (3 ədəd-120 manat) 7) yastıq (tük) (6 ədəd-120 manat), 8) balaca divan üçün mütəkkə (2 ədəd-20 manat) 9) nahar dəsti (12 nəfərlik-40 manat) 10) rumka (6 ədəd-20 manat) 11) bakal (6 ədəd-20 manat) 12) sadə stəkan (6 ədəd-10 manat) 13) stəkan (armudu) (6 ədəd-10 manat) 14) güldan (1 ədəd-10 manat) 15) meyvə qabı (1 ədəd-5 manat) 16) samsung markalı çörək sobası (70 manat) 17) qazan dəsti (80 manat) 18) sadə qazan dəsti (40 manat) 19) qaşıq-çəngəl dəsti (12 dəst-30 manat), 20) tək künc divan (400 manat), 21) xalça (1 ədəd-100 manat) olmaqla, 1715 manat məbləğində cehiz əmlakın iddiaçıya məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29A, 16 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, oğlu X3, Cavabdeh ilə ailə həyatı qurmuşdur. Onlar nikahlarını qeydiyyatdan keçirməmiş və faktiki olaraq yaşamışdırlar. Cavabdeh onun keçmiş gəlinidir. İddiaçının cehiz əmlakları ünvan 1-da yerləşir. Onlar artıq 7 ildir ki, ayrılmış və birgə yaşamırlar. Qohumların dediyinə görə X1 Federasiyasındadır və orada ailə həyatı qurmuşdur. Sonuncu danışıqlardan da aydın oldu ki, bir daha Azərbaycana qayıtmayacaq.
Tərəflərin mövqeləri:
1. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh onun keçmiş gəlinidir. Cehiz əmlak ona məxsusdur. 6-7 ildir ki, cavabdeh evdən çıxmışdır. Qohumların dediyinə görə X1 Federasiyasındadır və orada ailə həyatı qurmuşdur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
2. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2 uşağı vardır. Cavabdehin oğlu neçə ildir ki, Rusiyada yaşayır. Rəsmi nikahları olmuşdur. Uşaqların saxlanması üçün 180 manat məbləğində aliment alır. Əşyalardan sınan vardırsa, düzəltsin, yaxud da dəyərini ödəsin.
Tədqiq olunan sübutlar:
3. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
4. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 64,35 kv.m, köməkçi sahəsi 25,1 kv.m-dən ibarət olan 29a saylı evin 16 nömrəli mənzili (evin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər DTİ, MHQ və ŞKİ-nin 23 dekabr 2005-ci il tarixli, 51 nömrəli protokolu əsasında İddiaçı adına xx.xx.2006-cı il tarixində 14 nömrəli reyestr kitabında qeydə alınmışdır.
Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh arasında rəsmi nikah qeydiyyata alınmamışdır. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların onun mənzilində qalmasının mülkiyyət hüququnu məhdudlaşdırdığına istinad edərək, iddia ərizəsində göstərilən əşyaların mənzilindən çıxarılmasını tələb edir.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
12. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Bu baxımdan mülkiyyətçinin razılığı olmadığı halda cavabdehin mənzildən istifadə etmək hüququ yoxdur. Cavabdehə məxsus cehiz əmlakın çıxarılması xahiş olunan ünvan 1 ünvanında yerləşən mənzil isə İddiaçı xüsusi mülkiyyətindədir.
13. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması, eləcə də mənzillə bağlı hər hansı əşya hüququnun mövcudluğu müəyyən edilmir.
14. İddiaçının keçmiş gəlini olan Cavabdeh özünə məxsus cehiz əmlakını İddiaçı məxsus mənzildə saxlamaqla ona mülkiyyətçi kimi öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bu hal iddiaçını şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.
15. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev29A, 16 saylı mənzildən Cavabdeh məxsus, ) taxt çarpayı (1 ədəd-150 manat) 2) termo (1 ədəd-100 manat) 3) qonaq stolu (1 ədəd-100 manat) 4) stul (6 ədəd- 120 manat) 5) döşək (3 ədəd-150 manat) 6) yorğan (3 ədəd-120 manat) 7) yastıq (tük) (6 ədəd-120 manat) 8) balaca divan üçün mütəkkə (2 ədəd-20 manat) 9) nahar dəsti (12 nəfərlik-40 manat) 10)rumka (6 ədəd-20 manat) 11)bakal (6 ədəd-20 manat) 12)sadə stəkan (6 ədəd-10 manat) 13)stəkan (armudu) (6 ədəd-10 manat) 14)güldan (1 ədəd-10 manat) 15)meyvə qabı (1 ədəd-5 manat) 16)samsung markalı çörək sobası (70 manat) 17)qazan dəsti (80 manat) 18)sadə qazan dəsti (40 manat) 19)qaşıq-çəngəl dəsti (12 dəst-30 manat), 20)tək künc divan (400 manat), 21) xalça (1 ədəd-100 manat) siyahıya alınmaqla çıxarılmalıdır.
Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev29A, 16 saylı mənzildən Cavabdeh məxsus, ) taxt çarpayı (1 ədəd-150 manat) 2) termo (1 ədəd- 100 manat) 3) qonaq stolu (1 ədəd-100 manat) 4) stul (6 ədəd-120 manat) 5) döşək (3 ədəd-150 manat) 6) yorğan (3 ədəd-120 manat) 7) yastıq (tük) (6 ədəd-120 manat) 8) balaca divan üçün mütəkkə (2 ədəd-20 manat) 9) nahar dəsti (12 nəfərlik-40 manat) 10)rumka (6 ədəd-20 manat) 11)bakal (6 ədəd-20 manat) 12)sadə stəkan (6 ədəd-10 manat) 13)stəkan (armudu) (6 ədəd-10 manat) 14)güldan (1 ədəd-10 manat) 15)meyvə qabı (1 ədəd-5 manat) 16)samsung markalı çörək sobası (70 manat) 17)qazan dəsti (80 manat) 18)sadə qazan dəsti (40 manat) 19)qaşıq-çəngəl dəsti (12 dəst-30 manat), 20)tək künc divan (400 manat), 21) xalça (1 ədəd-100 manat) siyahıya alınmaqla çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva