Məhkəmə qərarları › İş №e-2(060)-3790/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3790/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3790/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, ümumilikdə hər ay 600 (altı yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər biri üçün hər ay 90 manat olmaqla,cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı,24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla,cəmi 240 manat məbləğində müəyyən edilmiş,qarşılıqlı iddia isə təmin olunmamışdır. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minsə də, cavabdeh tərəfindən icra olunmamışdır. Belə ki,həmin dövrdə iddiaçı Türkiyə Respublikasına işləmək üçün getmək məcburiyyətində qaldığından, övladlarının da onunla birlikdə getmələri üçün cavabdehin razılığı tələb olunmuşdur. Cavabdeh isə razılığı yalnız artırılmış aliment məbləğindən imtina edəcəyi təqdirdə verəcəyini bildirdiyindən,i ddiaçı həmin məhkəmə qətnaməsinin icrasından imtina etmək məcburiyyətində qalmışdır. Bunun əsasında Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru Elburus Hacıyev tərəfindən xx.xx.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı,xx.xx.2019 cu il tarixli icra sənədinə xitam verilmişdir. Ancaq cavabdeh nəinki artırılmış aliment məbləğini ödəməmiş, ümumiyyətlə alimentin ödənilməsindən yayınaraq bugünədək uşaqlarının saxlanılmasından kənarlaşmışdır. Hal-hazırda iddiaçının maddi durumunun ağırlaşması,eyni zamanda Türkiyə Respublikasında infliasiyanın yüksəlməsi səbəbindən uşaqların saxlanılma xərcləri də artdığından və övladının saxlanması daha çox xərc tələb etdiyindən iddiaçı aliment məbləğinin artırılmaqla cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki,həm qeyd etdiyim hallarla əlaqədar olaraq,həm də övladlarım böyüdükcə onların saxlanma xərcləri də artırmışdır ki, bu xərclər çox çətinliklə mənim tərəfimdən çəkilir.Halbuki,bu xərclərdə övladlarımın atası kimi cavabdeh də iştirak etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh etirazla məhkəməyə müraciət edərək İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ailə qurduqdan sonra onların 09.11,2007-ci il təvəllüdlü Aişə Rzayeva və xx.xx.2010-cu il təvəllüdlü Araz Rzayev adlı övladları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrılmışlar. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4698/2014 saylı. xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü Aişə Rzayeva və xx.xx.2010-cu il təvəllüdlü Araz Rzayevin saxlanılması üçün hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı. xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq xx.xx.2007-ci il təvəllüdlü Aişə Rzayeva və xx.xx.2010-cu il təvəllüdlü Araz Rzayevin saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin məndən Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəfindən aliment təyin edilmə barədə qərar elan edildiyi andan tələbkarla razışlaşdıqları anadək olan bütün müddətin alimenti vaxtı-vaxtında ödənilmişdir. xx.xx.2020-ci il tarixində tələbkarla aralarında razılaşma olmuş və buna görə də tələbkar İddiaçı notarial ərizə verərək Sumqayıt şəhər məhkəməsinin 2(060)-8352/2019 saylı. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ona (Cavabdeh) qarşı heç bir tələbinin olmadığını bildirmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bunadan sonra Şəki rayon İcra və Probasiya şöbəsinin İcra məmuru E.Hacıyev tərəfindən Sumqayıt şəhər məhkəməsinin 2(060)- 8352/2019 saylı. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə "icraata xitam verilməsi" haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bundan bir müddət sonra 2022-ci ilin sonlarında İddiaçı cavabdehə qarşı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı. 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun bu tələbinə baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli. 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehə qarşı alimentin artırılması tələbinə dair hazırkı mülki iş üzrə icraatı, tələbkar İddiaçı Şəki rayon İcra və probasiya şöbəsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 nömrləli. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından şikayət ərizəsinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Yuxarıda sadalanan tələbdən göründüyü kimi, İddiaçı tərəfindən hal-hazır ki tələbin eynisi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin rədd edilmiş qətnamədən də iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayəti üzrə icraat isə başqa bir iş üzrə icraat başa çatanadək dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 659/2023 nömrəli. xx.xx.2023-cü il tarixli qərardadından göründüyü kimi, dayandırılmaya səbəb olan hal aradan qaldıqdan sonra icraat təzələnərək mahiyyəti üzrə iddiaçının apellyasiya şikayətinə baxılacaqdır. Əgər iddiaçının apelyasiya şikayəti təmin edilmiş olarsa və hal-hazırki iddia tələbi üzrə də iddiaçının xeyrinə yekun məhkəmə qətnaməsi çıxmış olarsa o zaman iki oxşar icra sənədi izrə cavabdeh borclu olacaqdır. Yəni İcra şöbəsində iki fərqli aliment barədə icra vərəqəsi mövcud olmuş olacaqdır. Buda yolverilməz bir haldır. Məhz buna görə də hesab edir ki. İddiaçı apellyasiya şikayətindən imtina edərək bu tələbi irəli sürə, yada ki apellyasiya şikayətinə Sumqayıt apellyasiya məhkəməsində baxılıb yekun qətnaməsi qanuni qüvvəsini alandan sonra bu tələbini irəli sürməlidir. Bundan başqa mağazada əmək müqaviləsi ilə işləyirəm və rəsmi olaraq əmək haqqı 350 manat təşkil edir. Bundan başqa, uşaqlara baxmaq hər iki valideyinin vəzifəsidir və bu vəzifəni yerinə yetirilməsində tərəflər bərabərdir. Bu gün uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Cavabdehin üzərinə həmin məbləğin yarısı verilərsə 110 manat edər. Lakin buna baxmayaraq iddiaçı hər ay bir uşaq üçün 300 manat tələb edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər biri üçün hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə və Cavabdeh iddiaçıya qarşı alimentin azaldılması barədə qarşılıqlı iddia tələbinə əsasən onun iddiası qismən təmin olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6747/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 6747/2022 saylı qətnaməsi ilə qeyd edilən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-659/2023 saylı, 04.074.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlnun iddia tələbindən imtinası qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. MŞS/MT030/2023-00791 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2007-ci il, X6 isə xx.xx.2010-cu il tarixində doğulmuşlar. Ataları Cavabdeh, anaları X4r. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər biri üçün hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə və Cavabdeh iddiaçıya qarşı alimentin azaldılması barədə qarşılıqlı iddia tələbinə əsasən onun iddiası qismən təmin olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6747/2022 saylı qətnaməsi ilə qeyd edilən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-659/2023 saylı, 04.074.2023-cü il tarixli qərardadından görünür ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 659/2023 saylı, 04.074.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlnun iddia tələbindən imtinası qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İcra sənədi üzrə icraata xitam verildiyindən, həmin icra sənədinin yenidən icra edilməsi qeyri-mümkün olduğundan iddiaçı yenidən aliment tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh yazılı etirazı ilə iddia tələbini qəbul etmədiyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi hər ay üçün 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan 10000 manatadək olduğu üçün qanunvericiliyin tələbinə əsasən 63,2 manat dövlət rüsumu təşkil edir, həmin məbləğin 50 manatı mediasiya xərci kimi cavabdehdən tutulduğu üçün, qalan 13,2 manat cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi hər ay üçün 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə ödənilməli olan 13,2 manat dövlət rüsumu cavabdeh X1 tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar