Məhkəmə qərarları › İş №e-2(060)-3841/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3841/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3841/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xələfov X21 Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 49.3 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzaların qismən toplanılaraq Cavabdeh qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı 10 ay 15 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və Cavabdeh məhkəmə zalında həbsdən azad edilməsi, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-nin Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı, **-BA-*** və “BMW 525İ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbslərin götürülməsi, “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X13, “BMW 525İ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə faktiki sahibi X14 qaytarılması, iş üzrə maddi sübut kimi DİN-in X27 İdarəsində saxlanılan 06 noyabr 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 1S-702605 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X11 adından Cavabdeh adına rəsmilədirilmiş etibarnamənin, 06 noyabr 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E24870 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X11 adından Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S-702605 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamənin və 07 noyabr 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24871 nömrə ilə ƏN-İ 684552 nömrəli blankda X12 adından Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S-702528 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamələrin cinayət işinə tikilməsi, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X9 və X5 təqsirləndirilən şəxs və mülki Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmasının izah edilməsi, mülki iddiaçı X11 mülki Cavabdeh qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X11 tələbdən imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 233 manat 52 qəpiyin təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, hökmün icrasının Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü ilə iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 90MA754 olan, “Mitsubishi Pajero” minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan X13 qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılarkən X19 məhkəmə iclaslarına gəlməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 1(105)314/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə işin müəyyən edilmiş halları: İddiaçı qarşı qaldırılmış hər hansı bir iddianın olmadığı, avtomobilin X15 mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsas olmadığına baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən əsassız olaraq X11 qeyd olunan avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinmiş və iş üzrə maddi sübut olan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 qaytarılmışdır. İlkin və apellyasiya instasiyası məhkəmələrinin mübahisə predmeti olan maşını həmin əşya üzərində heç bir hüquqi əməliyyat edilməmiş kimi Baxışov RasimYusif oğluna qaytarması qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 17 noyabr 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, X19 **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömərli "Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17.000 manata satmışdır. Mülki qanunvericiliyə əsasən həmin müqavilənin etibarsızlığına dair hər hansı bir mübahisə olarsa, həmin mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Lakin hazırki iş üzrə X19 ilə İddiaçı arasında bağlanmış alqı- satqı müqaviləsinin mübahisələndirilmədiyi aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və həmin müqavilənin predmeti olan avtomobil heç bir hüquqi əsas olmadan Rasim Baxışova qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı iş üzrə maddi sübut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Baxışov RasimYusif oğluna qaytarılması və cinayət işi üzrə müİki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Baxışov RasimYusif oğlunun mülki Cavabdeh qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Baxışov RasimYusif oğlunun mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, İş 1(105)-230/2020 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178..2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə “Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X13 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, İş1(105)- 230/2020 saylı qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-230/2020 saylı, 09 oktyabr 2021-ci il tarixli qərarı üzrə X10 maraqlarına toxunan şəxs hesab edilmiş, X10 tərəfindən verilmiş kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmış, X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə uyğun olaraq maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən təqdimatın verilməsi məsləsinin həll edilməsi üçün müraciət etmək hüququ izah edilmişdir. Lakin, hazırkı vaxtadək belə bir təqdimat verilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı bu günədək qüvvədədir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü hazırda qanuni qüvvədədir. İddiaçı cavabdehlər X13 və X7 qarşı 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 99TA891 olan “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər X19 və X10 arasında xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və 2007ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan dövlət qeydiyyat nişanı ** TA *** olan, “Mitsubishi Pajero” minik avtomobilinin tam saz (istifadəyə yararlı) və zədəsiz vəziyyətdə X3 alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik avtomobilinin alqısatqısı barədə X19 və X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, 2007-ci il buraxılışlı, ** TA *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik avtomobil X3 alınaraq İddiaçı verilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən iddianın təmin edilmədiyi hissədə iddiaçı, iddianın təmin edildiyi hissədə isə cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)- 3194/2022 saylı qətnaməsində göstərilmişdir ki, cavabdeh X10 avtomobili 24.000 manata alarkən avtomobilin mübahisəli olduğunu Rasim Baxışovun həmin avtomobili satmaq səlahiyyətinin olmadığını bilmədiyindən vicdanlı alıcıdır. Ona görə də alqı-satqı müqaviləsi ləğv edilə bilməz, lakin İddiaçı cavabdeh X13 qarşı iddia qaldırmaq hüququna malik olduğu izah edilmişdir. AR Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(102)-4544/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı vurulmuş zərərin ödənilməsini Cavabdeh tələb etmək hüququna malikdir. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh törətdiyi cinayət nəticəsində İddiaçı zərər dəymişdir. Cinayət işi üzrə hökm və məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, avtomobilin qiymət 22.000 manat olmuşdur. Lakin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə mülki icraat zamanı Bağırov Comərd bildirmişdir ki, həmin avtomobili hazırkı iş üzrə cavabdehdən 24.000 manata almışdır. Göstərilənlərə əsasən Cavabdeh 24.000 manat pulun və 162 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, sonuncu iclasla bağlı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh, onun vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, avtomobil satışı ilə məşğuldur. Mübahisələndirilən avtomobili aldı və müəyyən təmirlər edəndən sonra avtomobilin motorunda nazaslıq yarandı. Belə ki, motor yararsız vəziyyətdə idi. Avtomobilin xərcləri 5000 manatdan artıq oldu. Bu problemlər həll olunduqdan sonra bəlli oldu ki, avtomobil başqasına məxsus olmuşdur. 2017-ci ildən bu günə kimi avtomobilin problemləri ilə məşğul olmuşdur. 2019-cu ildə avtomobilin təxmini qiyməti 20.000 – 22.000 manat təşkil edirdi.

8. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmünün maddi sübuta aid hissədə dəyişdirilməsi, hökmdə “Mitsubhishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X13 qaytarılsın” ifadəsinin “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilməsi, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılması, maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, mülki iddiaçı X4 apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

9. Həmin qərardan görünür ki, 17 noyabr 2017-ci il tarixli Bakı şəhərində bağlanmış "nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən X19 **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli, “Mitsubishi Pajero” markalı avtomobili İddiaçı 17000 manata satmışdır.

10. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3194/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsi, X6 apellyasiya şikayəti təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı X13 və X7 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbinin təmin olunmaması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4544/2022 saylı qərarına əsasən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Həmin qərardan görünür ki, “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə X11 adına qeydiyyata alınmış, Cavabdeh saxtalaşdırdığı etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı satılmış, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünün icrası qaydasında xx.xx.2019-cu il tarixdə yenidən X11 adına qeydiyyata alınmış, X2 məhz Rasim Bağırovun mülkiyyətində olmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobilin X11 adına qeydiyyatda olmasına baxmayaraq, Cavabdeh saxtalaşdırdığı etibarnamə əsasında həmin avtomobili xx.xx.2017-ci il tarixdə İddiaçı 17.000 manat satmışdır. Sonradan Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünün icrası qaydasında xx.xx.2019-cu il tarixdə yenidən X11 adına qeydiyyata alınmış, sonradan X1. Hazırda iddiaçı ona vurulmuş zərərin əvəzini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

19. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

21. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

22. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.

23. İşdən də göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı ilə İddiaçı məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh, yaxud Rasim Baxışova (əgər, o da iddiaçıya zərər vurulmasında iştirak etmişdirsə və ya əsassız varlanmışdırsa) qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahib olduğu müəyyən edilmişdir.

24. Bundan əlavə, göründüyü kimi cavabdehin iddiaçıya qarşı dələduzluq etməklə, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.

25. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

28. Göründüyü kimi “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh saxtalaşdırdığı etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə 17.000 manata İddiaçı satılmışdır.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdehin ona 24.000 manat məbləğində ziyan vurulmasını bildirsə də, ziyanın məhz həmin məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

30. Digər tərəfdən, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şahidin iddiaçı ilə qohumluq münasibətində olmasına (həyat yoldaşı), həm də onun verdiyi ifadə işin araşdırılması zamanı digər sübutlarla öz təsdiqini tapmadığına görə iddianın təmin olunması üçün əsas hesab oluna bilməz.

31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

32. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

33. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

34. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

35. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

36. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

37. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

38. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pul, habelə ödənilmiş 162 (bir yüz almış iki) manat məbləğində dövlət rüsumunun 141 (bir yüz qırx bir) manatı alınaraq İddiaçı ödənilməli, ödənilmiş 162 (bir yüz almış iki) manat məbləğində dövlət rüsumunun qalan 21 (iyirmi bir) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pul, habelə ödənilmiş 162 (bir yüz almış iki) manat məbləğində dövlət rüsumunun 141 (bir yüz qırx bir) manatı alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 162 (bir yüz almış iki) manat məbləğində dövlət rüsumunun qalan 21 (iyirmi bir) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar