Məhkəmə qərarları › İş №e-2(060)-3917/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3917/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3917/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli və 2(060)-12039 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın (başqa gəlirlərin) 1/8 hissədə təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli və 2(060)-12039 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi təyin edilmişdir. Hal-hazırda İddiaçı ikinci nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 adında 3 uşağı doğulmuşdur. Ailə Məcələsinin 76.1.3 maddəsinə əsasən 3 və daha cox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı tutulmalıdır. Nəzərə alınsa ki, İddiaçı ümumilikdə 4 övladı var və Ailə Məcələsinin 76.1.3-cü maddəsinin tələblərinə əsasən qazancın və (və ya) başqa gəlirlərinin ½ hissəsi tutulmalıdır. Bu zaman hər uşağa (1/2 : 4=1/8) 1/8 hissədə aliment məbləği müəyyən edilib, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/8 hissəsi aliment məbləği tutularaq Cavabdeh ödənilməlidir. Aliment məbləğinin dəyişdirilməsi tələbinə dair müraciət ilə Mediasiya Şurasına etdiyi müraciət isə nəticəsiz qalmış, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-ci il tarixli arayışı əsasında ilkin mediasiya sessiyasında aparılması mümkün olmamışdır. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını onun iştirakı ilə keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək etiraz ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-12039 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırki iddia ilə İddiaçı Fərəcalı oğlu məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli və 2(060)-12039 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın (başqa gəlirlərin) 1/8 hissədə təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi əsassız olduğundan məhkəmə tərəfindən rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Bildirir ki, ödənilən aliment məbləği uşağın saxlanması üçün, maddi ehtiyaclarını ödəmək üçün güclə kifayət edir. Cavabdeh onsuz da uşağının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Buna baxmayaraq, iddiaçı qət olunan məbləğin azaldılmasını istəyir. Hesab edir ki, uşağın böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün təyin olunmuş aliment məbləği dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə maddi və ailə vəziyyəti nəzərə alınmalıdır ki, qeyd etdiyi kimi cavabdehin himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Cavabdehə təyin olunmuş alimenti ödəyərək X5 maddi imkanı daxilində kömək edir. Cavabdehin isə, əksinə, tələb olunan məbləğdə verəcəyi aliment himayəsində olan digər övladlarının maddi vəziyyətinə nəzərə çarpacaq dərəcədə mənfi təsir göstərəcəkdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 369705 saylı, xx.xx.2009-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X14 adlı bir övladları olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 075 №-li Hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, baş gizir İddiaçı gəlir vergisi və digər tutulmalar (sosial və tibbi sığorta) tutulduqdan sonra, aylıq pul təminatı 2940 (iki min doqquz yüz qırx) manat 45 (qırx beş) qəpik məbləğindədir. İşə əlavə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, X8 əmək haqqından icra sənədi üzrə hər ay əmək haqqının 4/1 hissəsi miqdarında aliment pulu tutulub tələbkar Cavabdeh hesabına köçürülür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli “İcra vərəqəsi”nin surətindən görünür ki, iddia tələbi təmin edilərək, 26 iyul 2016-cı il tarixdən etibarən, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X9 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəlllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndələri Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2024-cü il tarixində saat 12:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. X10 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan bir uşağın uşağın saxlanılması üçün İddiaçı aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdehin xeyrinə aliment tutulmasından sonra iddiaçının maddi vəziyyəti dəyişmişdir. Belə ki, iddiaçı yenidən digər şəxslə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan olan üç uşağı doğulmuşdur. Məhkəmə prosesi zamanı və iş materialları ilə müəyyən edilir ki, İddiaçı gəlir vergisi və digər tutulmalar (sosial və tibbi sığorta) tutulduqdan sonra, aylıq pul təminatı 2940 (iki min doqquz yüz qırx) manat 45 (qırx beş) qəpik məbləğindədir. Həmin qazancdan cavabdehin bir uşağın saxlanlması üçün hər ay 735 manat aliment tutulur. Məhkəmə qeyd edir ki, iddiaçının ailə vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşağın mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Hazırkı halda cavabdehdən 4 uşağa görə cəmi əmək haqqısı və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutula bilər. Cavabdehin iddiaçı ilə birgə nikahdan bir uşağı olduğundan, alimentin miqdarı cavabdehin aylıq qazancından dörd uşağa görə tutula biləcək ümumi aliment məbləğinin ½ hissəsi miqdarında, yəni əmək haqqısının ¼ (½ /2 = 1/4) hissəsi məbləğində müəyyən edilməlidir. Bu zaman hər uşağa 1/8 (1/2:4=1/8) hissədə aliment məbləği müəyyən edilir. Məhkəmə uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdehin bir uşağa aliment ödəməsini və qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay İddiaçı əmək haqqısının (başqa gəlirlərinin) 1/8 hissəsi məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hazırki qətnamə ilə təyin edilmiş aliment miqdarı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş məbləğdən artıq məbləğ təçkil edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12039 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının (başqa gəlirlərinin) 1/8 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddiaçı 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar