Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4099/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Abbasov Mübariz Telman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 14.09.2017-ci il tarixli nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı cavabdehlə 14.09.2017-ci il tarixdə Bakı şəhərində rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 28.12.2018-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları zamanı münasibətləri yaxşı olsa da, son zamanlar iddiaçı ilə cavabdeh arasında münasibətlər korlanmağa başlanmış və belə problemlər getdikcə daha da gərginləşmişdir. Tərəflər arasında münasibətlər get-gedə pisləşmiş, nəticədə iddiaçı son dövrlər bir ailə kimi yaşayış tərzi dözümsüz olduğundan qəti şəkildə boşanmaq qərarına gəlmişdir. Məhkəmə tərəfindən onlara vaxt verilməsinə baxmayaraq, tərəflər arasında barışıq olmamışdır. Bundan əlavə iddiaçı boşanmadan sonra 28.12.2018-ci il təvəllüdlü X2 anasının yanında qalmasına etiraz etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, o, əvvəllər boşanmağa razı olmadığı üçün məhkəmə 3 aylıq barışıq müddəti vermiş, lakin iddiaçı barışmamışdır. Ona görə o da boşanmağa razıdır. Lakin boşanmadan sonra o, birgə nikahdan olan 28.12.2018-ci il təvəllüdlü X2 onun yanında qalmasını və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iddiaçıdan onun xeyrinə qanuna uyğun olaraq alimentin tutulmasını istəyir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsində göstərilir ki, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, 14.09.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” X1 İddiaçı ilə Cavabdeh arasında akt qeydləri kitabında 3188 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan 28.12.2018-ci il təvəllüdlü X2 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmə tərəfindən tərəflərin barışması üçün 3 aylıq barışıq müddəti müəyyən edilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsindən görünür ki, tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə və məhkəmə tərəfindən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, tərəflər arasındakı nikah pozulur. Məhkəmə, tərəflərə verilmiş 3 aylıq müddət ərzində onların barışmamasını, həmçinin, iddiaçının nikahın pozulmasında təkid etməsini nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan onlar arasındakı nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1. və 22.2.2. maddələrinin tələbində göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və aliment məsələsini həll etməlidir. Məhkəmə, atanın razılığını və uşağın mənafeyi üçün əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan 28.12.2018-ci il təvəllüdlü X3 ananın (cavabdehin) yanında qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 1 uşağa görə-qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin cavabdehin xeyrinə tutulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən 28.12.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması, cavabdehin məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10.09.2021-ci il tarixdən başlayaraq tutulmalıdır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 14.09.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” X1 bağlanmış 3188 nömrəli akt qeydli nikah pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş 28.12.2018-ci il təvəllüdlü X3 ananın – Cavabdeh yanında qalsın. 28.12.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10.09.2021-ci il tarixdən başlayaraq hər ay İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(060)-4099/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4099/2021
10.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver