Məhkəmə qərarları › İş №e-2(060)-4101/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-4101/2021

19.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-4101/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – «Tələbkar" MMC-nin borclu – Borclu (ünvanı: ünvan 1 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 539 manat məbləğində borcun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Kreditor – «Tələbkar" MMC ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu 469 manat əsas borc, 50 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 539 manat məbləğində borcun məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, kreditor – «Tələbkar" MMC-nin direktoru X1 ilə Borclu arasında bağlanmış 06.11.2019-cu il tarixdə hissə-hissə şərti ilə, VVTCN-005987 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Borclu Tələbkar mağazasından ümumi nisyə dəyəri 519 (beş yüz on doqquz) manat olan Samsung A405 DS 64 (İMEİ **********90123) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu 06.12.2019-cu il tarixdən başlayaraq hər ayın 06dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 43 (qırx üç) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-469 (dörd yüz altmış doqquz) manatı mağazaya ödəməmişdir. Dəfələrlə Borclu borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsi qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 1.1 “Satıcı” Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq, şəxsi istehlak və istifadə üçün 12 (on iki) ay müddətinə 519 (beş yüz on doqquz) manat məbləğində əmtəəni (Samsung A405 DS 64 (R) İMEİ: **********90123 İMEİ 2:**********90121) nisyə alqı-satqı şərtlərinə əsasında verir. “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətinin müqaviləyə əlavə edilən (Ödəniş cədvəli” əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. 1.2 Əmtəə müqavilə bağlandıqdan sonra bir gün ərzində satıcı tərəfindən alıcının istifadəsinə və faktiki sahibliyinə verir 1.3 Əmtəə alıcıya təhvil verildiyi gündən etibarən hər ay müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən AR MM-nin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məçəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məçəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı kecirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Borclu (ünvanı: ünvan 1 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 539 manat məbləğində borcun kreditor Tələbkar" MMC -nin (ünvan: ünvan 3ündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar