Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4294/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və nümayəndəsi və vəkili, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 50000 ABŞ dolların yarısının milli manatla, həmçinin 50 manat mediasiya xərcinin və 168 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh onun xeyrinə 150000 manat pulun, həmçinin 50 manat mediasiya xərcinin və 390 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər öz aralarında barışıq sazişi bağlandığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh iddiaçının ona sonradan geri qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində pul verdiyini qəbul edir.
2. İddiaçı 150000 (yüz əlli min) manat məbləğində puldan cavabdeh tərəfindən 15000 (on beş min) ABŞ dollarının və 35000 (otuz beş min) manatın tibbi xidmətlərlə bağlı informasiya təminat proqramına, 5000 (beş min) manatın avtomobilin alınmasına, yerdə qalan pul məbləğinin isə ailənin təminat xərclərinə sərf olunduğunu qəbul edir.
3. Cavabdeh bu Sazişin təsdiq edilməsi və hal-hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 2 (iki) təqvim ayı müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən” çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, 99 saylı mənzilin tərəflərin birgə nikahından olan 16 oktyabr 2013-cü il təvəllüdlü X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməyi öz öhdəsinə götürür, üçüncü şəxs isə buna etiraz etmir.
4. Tərəflər 15 000 (on beş min) ABŞ dolları məbləğində borcun silinməsi; tibbi xidmətlər sahəsində informasiya təminatı proqramının tətbiqindən tərəflərə gələcək 20 (iyirmi) faiz gəlirin gələcəkdə həmişəlik olaraq 10 (on) faizinin iddiaçıya, 10 (on) faizinin cavabdehə çatacağı və cavabdehin iddiaçıya yekun olaraq cəmi 30 000 (otuz min) manat məbləğində borcunun olması barədə razılığa gəlirlər. Cavabdeh 30 000 (otuz min) manat məbləğində borcunu tibbi xidmətlər sahəsində informasiya təminatı proqramı tam və davamlı fəailiyyətə başladığı və gəlir əldə edildiyi gündən başlayaraq həmin təminat proqramının tətbiqindən cavabdehə çatacaq 10 (on) faiz məbləğində bütün pulun 30 000 (otuz min) manat məbləğində borc tam bağlananədək hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür, iddiaçı buna öz razılığını bildirir. 30000 (otuz min) manat məbləğində borc tam ödənildiyi gündən sonra cavabdeh tibbi xidmətlər sahəsində informasiya təminatı proqramının tətbiqindən gələcəkdə həmişəlik olaraq cavabdehə çatacağı 10 (on) faiz məbləğində pul tam olaraq özünə götürəcəkdir.
5. İddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddiasından imtina edir.
6. Tərəflər bu Saziş üzrə öz öhdəliklərinin vaxtında, tam və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyırlar.
7. Tərəflər qəbul edirlər ki, bu Saziş üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Bu Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.
8. Bu Sazışın icrası tələbi istisna olmaqla, bu Saziş üzrə mübahisə predmeti ilə bağlı tərəflər gələcəkdə bir-birinə qarşı hər hansı bir iddia və digər tələblər irəli sürə bilməzlər.
9. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri və yaradacağı hüquqi nəticələr tərəflərə və üçüncü şəxsə məlumdur.
11. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.
12. Bu Saziş 3 (üç) səhifədən ibarət olmaqla, 4 (dörd) nüsxədə tərtib olunmuşdur və hər bir səhifəsi imzalanır. 2 (iki) nüsxə bu Sazişi imzalayan tərəflərdə, 1 (bir) nüsxə üçüncü şəxsdə saxlanılır, 1 (bir) nüsxə isə təsdiq olunmaq üçün halhazırki mülki işə baxan Sumqayıt Şəhəri Məhkəməsinə təqdim edilir. AR MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 168 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Cavabdeh iddiaçının ona sonradan geri qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində pul verdiyini qəbul edir.
2. İddiaçı 150000 (yüz əlli min) manat məbləğində puldan cavabdeh tərəfindən 15000 (on beş min) ABŞ dollarının və 35000 (otuz beş min) manatın tibbi xidmətlərlə bağlı informasiya təminat proqramına, 5000 (beş min) manatın avtomobilin alınmasına, yerdə qalan pul məbləğinin isə ailənin təminat xərclərinə sərf olunduğunu qəbul edir.
3. Cavabdeh bu Sazişin təsdiq edilməsi və hal-hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 2 (iki) təqvim ayı müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən” çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, 99 saylı mənzilin tərəflərin birgə nikahından olan 16 oktyabr 2013-cü il təvəllüdlü X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməyi öz öhdəsinə götürür, üçüncü şəxs isə buna etiraz etmir.
4. Tərəflər 15 000 (on beş min) ABŞ dolları məbləğində borcun silinməsi; tibbi xidmətlər sahəsində informasiya təminatı proqramının tətbiqindən tərəflərə gələcək 20 (iyirmi) faiz gəlirin gələcəkdə həmişəlik olaraq 10 (on) faizinin iddiaçıya, 10 (on) faizinin cavabdehə çatacağı və cavabdehin iddiaçıya yekun olaraq cəmi 30 000 (otuz min) manat məbləğində borcunun olması barədə razılığa gəlirlər. Cavabdeh 30 000 (otuz min) manat məbləğində borcunu tibbi xidmətlər sahəsində informasiya təminatı proqramı tam və davamlı fəailiyyətə başladığı və gəlir əldə edildiyi gündən başlayaraq həmin təminat proqramının tətbiqindən cavabdehə çatacaq 10 (on) faiz məbləğində bütün pulun 30 000 (otuz min) manat məbləğində borc tam bağlananədək hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür, iddiaçı buna öz razılığını bildirir. 30000 (otuz min) manat məbləğində borc tam ödənildiyi gündən sonra cavabdeh tibbi xidmətlər sahəsində informasiya təminatı proqramının tətbiqindən gələcəkdə həmişəlik olaraq cavabdehə çatacağı 10 (on) faiz məbləğində pul tam olaraq özünə götürəcəkdir.
5. İddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddiasından imtina edir.
6. Tərəflər bu Saziş üzrə öz öhdəliklərinin vaxtında, tam və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyırlar.
7. Tərəflər qəbul edirlər ki, bu Saziş üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Bu Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.
8. Bu Sazışın icrası tələbi istisna olmaqla, bu Saziş üzrə mübahisə predmeti ilə bağlı tərəflər gələcəkdə bir-birinə qarşı hər hansı bir iddia və digər tələblər irəli sürə bilməzlər.
9. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri və yaradacağı hüquqi nəticələr tərəflərə və üçüncü şəxsə məlumdur.
11. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.
12. Bu Saziş 3 (üç) səhifədən ibarət olmaqla, 4 (dörd) nüsxədə tərtib olunmuşdur və hər bir səhifəsi imzalanır. 2 (iki) nüsxə bu Sazişi imzalayan tərəflərdə, 1 (bir) nüsxə üçüncü şəxsdə saxlanılır, 1 (bir) nüsxə isə təsdiq olunmaq üçün halhazırki mülki işə baxan Sumqayıt Şəhəri Məhkəməsinə təqdim edilir. xx.xx.2023-cü il tarixdə **********19 №-li qəbzlə ödənilmiş 168 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar.
Hakim Əfqan Ələkbərov