Məhkəmə qərarları › İş №e-2(060)-4298/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4298/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4298/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın onun yanında qalması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında olan nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlunun onun yanında və himayəsində saxlanılması və cavabdehdən hər ay xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlunun saxlanılmasına görə 193 manat sabit pul məbləği şəklində alimentin, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcindən 25 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər AR MPM-nin 152.1.3-cü maddəsinə geri qaytarılmış, həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, iddia ərizəsinin geri qaytarılmasına dair məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, tərəflər arasında olan nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlunun iddiaçının yanında və himayəsində saxlanılması və cavabdehdən hər ay xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlunun saxlanılmasına görə 193 manat sabit pul məbləği şəklində alimentin, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcindən 25 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan bir övladı - xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlu vardır. Nikahın pozulması barədə müraciətinin səbəbi cavabdehin ona xəyanət etməsidir. Bundan sonra barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Uşaqlar hal-hazırda onunla yaşayır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh boşanmağa razı olduğunu, uşaqların iddiaçının yanında qalmasına etirazı olmadığını bildirdi. Məhkəmə, tərəflərin və iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiyaya dair 50 manat xərci ödəmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 125 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əşrəfova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətndən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlu adlı övladları vardır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 21-ci mikrorayon üzrə 2 saylı Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli, 382 №-li arayışından görünür ki, Əşrəfzadə Elnur Mansur oğlu Sumqayıt şəhəri, 21 mkr., ev 2-də qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Şəhər Təhsil Şöbəsi 2 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 151 №-li arayışından görünür ki, Əşrəfzadə Elnur Mansur oğlu həmin məktəbin 5 a sinfində oxuyur. - Müayinə aktından görünür ki, İddiaçı və onun ailə üzvlərinin davranışlarında uşağın onların himayəsinə verilməsinə zidd ola biləcək əks hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlu adlı övladları vardır. İddiaçının cavabdehlə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Tərəflər nikahın pozulmasına, uşağın atanın himayəsinə verilməsinə razıdırlar. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 263 №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, komissiya mövcud vəziyyəti, uşağın yaşını və fikirlərini, həmçinin onun faktiki olaraq himayəsində yaşadığı atasının mənzil-məişət şəraitini nəzərə alaraq xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlunun hazırda atası İddiaçı himayəsində saxlanılmasına etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına razı olduqları üçün iddia bu hissədə təmin olunmalı, iddiaçı və cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 125 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Məhkəmə, ananın razılığını, qəyyumluq və himayəçilik komissiyasının rəyini, diqqətəlayiq olan digər halları nəzərə alıb uşağın inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə, habelə uşağın üstün mənafeyini əsas götürməklə hesab edir ki, iddia uşağın himayəyə verilməsi hissəsində də təmin olunmalı, xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlu yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə razılıq olduğu üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış, 125 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlu yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalmalı və xx.xx.2022-ci il tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış, 125 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlu yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalsın. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2011-ci il təvəllüdlü Əşrəfzadə Elnur Mansur oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat miqdarında aliment Cavabdehn tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar