Məhkəmə qərarları › İş №e-2(060)-4439/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4439/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4439/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının və Cavabdeh iştirakları ilə İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəl-bıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar. Həmçinin iddiaçıya məxsus olan qızıl-zinət əşyaları: 1. Qızıl komplekt (sırğa, qolbağ, üzük, boyunbağı); nişan üzüyü; 2 ədəd boyunbağı; 3 ədəd qolbağ; 1 ədəd gümüş saat; 2 ədəd üzük; 1 ədəd üzük və sırğa dəsti. Göstərilən əşyaların Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək iddia ərizəsində qeyd edilən nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası, kardinal-585 əyyar rus qızılı, 1 ədəd qızıl üzük-585 əyyar türk qızılı, sep-585 əyyar türk qızılı, qolbağ-585 əyyar rus qızılı, klon-585 əyyar türk qızılı, gümüş saat-925 əyyar, gümüş üzük-925 əyyar, klon gül formalı-585 əyyar türk qızılı, komplekt türk qızılı-585 əyyardan ibarətdir. Məhkəmədə iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2014-cü ildə dövlət qeydiyyatı ilə rəsmiləşən nikahla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2015-ci il X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 adında iki uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda ər-arvad münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Buna görə də, tərəfindən iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5420/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 276 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilmiş, xx.xx.2015-ci il X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 onun himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, siyahıda adları və qiymətləri göstərilmiş cehiz, qızıl-zinət əşyaları, şəxsi geyim və istifadə əşyaları ona məxsusdur və cavabdeh tərəfindən ona qaytarılmalıdır: yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəlbıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası, kardinal-585 əyyar rus qızılı, 1 ədəd qızıl üzük-585 əyyar türk qızılı, sep-585 əyyar türk qızılı, qolbağ-585 əyyar rus qızılı, klon-585 əyyar türk qızılı, gümüş saat-925 əyyar, gümüş üzük-925 əyyar, klon gül formalı-585 əyyar türk qızılı, komplekt türk qızılı- 585 əyyar. Göstərilənləri nəzərə alaraq, yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəl-bıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası, kardinal-585 əyyar rus qızılı, 1 ədəd qızıl üzük-585 əyyar türk qızılı, sep-585 əyyar türk qızılı, qolbağ-585 əyyar rus qızılı, klon-585 əyyar türk qızılı, gümüş saat-925 əyyar, gümüş üzük-925 əyyar, klon gül formalı-585 əyyar türk qızılı, komplekt türk qızılı-585 əyyar. Göstərilən əşyaların Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, tələb olunan və ərizədə qeyd edilən cehiz əmlakları onun mənzilindədir və həmin cehiz əşyaların qaytarılmasına etiraz etmir. Lakin qızıl-zinət əşyalarından yalnız onda olan iddiaçının onun üçün aldığı nişan üzüyüdür ki, həmin üzüyü qaytara bilər. Lakin o, iddiaçı üçün aldığı üzüyü qaytarmır. Belə ki, həmin üzük onun vəsaiti hesabına alınıbdır. Bu səbəbdən həmin üzüyü qaytarmayacaqdır. Bundan əlavə, iddiaçının ondan tələb etdiyi komplekti birgə nikah dövründə satıb iddiaçının dişlərin müalicə etdirmiş və bundan iddiaçının özüdə məlumatlıdır. Digər qızıl və gümüş əyşalar onda deylildir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 415191 saylı, xx.xx.2022-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iş materialında göstərilən 750 əyar 34 (33-35) qram kütləyə malik zərgərlik məmulatının (komplekt) orta bazar qiyməti nəzəri qaydada təxminən 3400 manat kimi müəyyən edilir. Həmin zərgərlik məmulatı tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı Abdullayeva (Baxşıyeva) Sevil Azağa qızı Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X9 tərəfindən xx.xx.2022-ci il tarixində, 15:00-15:30 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X10 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf Abdullayeva (Baxşıyeva) Sevil Azağa qızı tərəfindən ödənilmişdir. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qanunvericililiyin bu normasından çıxış edərək belə hesab edir ki, cehiz əşyaları iddiaçıya hədiyyə şəklində verildiyi üçün iddiaçının ayrıca mülkiyyətindədir. Belə olan halda iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının öz əmlakını cavabdehdən tələb etmək hüququ vardır. Çünki Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daşqaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə görə ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimi istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi qızıl zinyət əşyalarının cavabdehlə aralarında olan toy və nişan mərasimlərində ona hədiyyə olunması iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillər də təsdiq olunur. Göstərilənlərə əsasən, məhkəmə iddia ərizəsində sadalanan qızıl-zinyət əşyalarının tərəflər arasında olan toy-nişan ərəfəsində iddiaçıya hədiyyə olunmaqla, ona məxsus işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. “İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, iddiaçıya hədiyyə kimi verilmiş zinət əşyaları sonuncunun mülkiyyəti olmaqla, o həmin əmlakın üzərində mülkiyyət hüququnun realizəsini hər hansı yaradılan maneəni digər şəxslər tələb etməklə, həmin əmlak əgər digər şəxsin onun iradəsinə zidd sahibliyindədirsə əmlakını geri tələb etməklə həmin əmlak üzərində mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. İşin mübahisə yaradan halları cehiz əmlakının qalan hissəsi, həmçinin qızıl-zinət əşyaları ilə bağlıdır. Cehiz əmlakının digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh cehiz əmlaklarla bağlı hissədə iddiaya münasibətdə səmimi izahat vermiş, siyahıda göstərilən cehiz əmlakının evdə olduğunu bildirmiş və qaytarmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirmişdir. Məhkəmə daxili inamına əsaslanaraq (cavabdehin cehiz əmlakla bağlı verdiyi izahat zamanı davranışı, səs tonu, bundan başqa, siyahının əksər hissəsində olan əmlakları etiraf etməsi, bəzi əmlakların sayının dəqiqləşdirilməsi, məsələn işlənib sıradan çıxa bilən dəsmalların sayını dəqiqləşdirməsi) hesab edir ki, cavabdehin öncələr iddiaçı ilə yaşadığı evdə cavabdehin etiraf etdiyi cehiz əmlakdan başqa, digər cehiz əmlak mövcud deyil və bu hissədə iddia qismən təmin edilməklə, cavabdehin etiraf etdiyi cehiz əmlak alınaraq iddiaçıya qaytarılmalıdır. Cehiz əmlaka dair qalan hissədə iddia təmin edilə bilməz. Qızıl-zinət əşyalarına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarından yalnız nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası olan hissədə təmin edir. Digər zinət əşyalarının cavabdehdə olması barədə iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 50 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəl-bıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası-dəyəri 3400 manat olan qızıl-zinət və cehiz əşyalarının alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına verilməli, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına verilməli və iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Ailə Məçəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Aşağıda adları sadalanan cehiz və qızıl-zinət əşyaları Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına verilsin: yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəl-bıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası-dəyəri 3400 manat olan qızıl-zinət və cehiz əşyaları. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına ödənilsin. Ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar