Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-470/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Namik Tokdemirin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Namik Tokdemirin Cavabdehnə qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Namik Tokdemir Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 40000 ABŞ dolları və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 24000 ABŞ dolları (avqust və sentyabr 2024-cü il dövrü üçün) ödənc, cəmi 64000 (altmış dörd min) ABŞ dollarının, ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 25500 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 15300 manat (avqust və sentyabr 2024-cü il dövrü üçün) ödənc,cəmi 40800 (qırx min səkkiz yüz) manat pulun tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı Namik Tokdemir iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Tokdemir Namik ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü ii tarixli əmək müqaviləsinə əsasən iddiaçı istehsal proseslərinin optimallaşdırılması üzrə ekspert vəzifəsinə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.36-cı bəndinə əsasən, hər rübün sonunda müəssisənin verdiyi səmərəliliyə görə işçiyə 10% bonus (mükafat) verilməli idi. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli "İşçinin mükafatlandırılması haqqında” Əmrinə əsasən, iddiaçı Tokdemir Namikə 2024-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında hər ay 20000 (iyirmi min) ABŞ dolları olmaqla, cəmi 100000 (yüz min) ABŞ dolları məbləğində mükafat ödənilməli idi. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü ii tarixli "İşçinin əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən, iddiaçı Tokdemir Namikin əmək müqaviləsinə xx.xx.2024-cü ildən xitam verilmiş, Cavabdeh "xxxx" MMC iddiaçı Tokdemir Namikə 7984 (yeddi min doqquz yüz səksən dörd) manat və 25500 (iyirmi beş min beş yüz) manat mükafat ödəməli idi. Lakin Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Tokdemir Namikə xx.xx.2024-cü ii tarixli və xx.xx.2024-cü ii tarixli əmrinə əsasən ödənilməli olan 40000 ABŞ dollarını və 25500 manatı ödəməmişdir. AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Gecikdirilmiş günlər üçün 25500 manat üçün ödənc 15300 manat (avqust və sentyabr 202 4 dövrü üçün), 40000 ABŞ dolları üçün ödənc 24000 ABŞ dolları (avqust və sentyabr 2024 dövrü üçün) təşkil edir. 3.Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 330-İR/Ü saylı xx.xx.2024-cü il tarixli, 332- İR/x saylı xx.xx.2024-cü il tarixli və 036-İR/x saylı xx.xx.2024-cü tarixli əmrlərin ləğv edilməsi, iddiaçı Tokdemir Namikin xx.xx.2023-cü ilə qədər cavabdeh "xxxx" MMC-yə verdiyi səmərəlilik üçün hesablanmış 151700 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış ödənc 682650 manat, cəmi 834350 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 100000 ABŞ dolları və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 60000 ABŞ dolları ödənc, cəmi 160000 ABŞ dollarının ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 25500 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 45900 manat ödənc, cəmi 71400 manatın tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tokdemir Namik Sumqayıt şəhər məhkəməsinə iddia verərək cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 40000 ABŞ dolları və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 24000 ABŞ dolları (avqust və sentyabr 2024-cü il dövrü üçün) ödənc, cəmi 64000 (altmış dörd min) ABŞ dollarının, xx.xx.2024-cü il tarixli əmrə əsasən 25500 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 15300 manat (avqust və sentyabr 2024-cü il dövrü üçün) ödənc, cəmi 40800 (qırx min səkkiz yüz) manatın tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsini xahiş etmişdir. İddianı müdafiə edirlər. Həmçinin iddiaya əlavə olaraq bildirirlər ki, əslində iddiaçı Tokdemir Namik "xxxx" MMCdə xx.xx.2023-ci ildən işləməyə başlamışdır və 3500 ABŞ dolları məbləğində əmək haqqı müəyyən edilmişdir. Bunu iddiaçı Tokdemir Namik ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin saziş də təsdiq edir. Bundan başqa, cavabdeh "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi əmək haqqı ödənişləri barədə arayışdan da görünür ki, cavabdeh xx.xx.2023-cü ildə iddiaçıya 14343 manat əmək haqqı ödəmişdir, hansı ki, bu məbləğ xx.xx.2023-cü il tarixli ilkin sazişlə müəyyən edilmiş aylıq məbləğin 3 ay üçün hesablanmış miqdarına uyğun gəlir. Bundan başqa, işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində cavabdehin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki: 1. Cavabdeh "xxxx" MMC-nin 330- İR/Ü saylı xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı Tokdemir Namikin mükafatlandırılması haqqında 322-İR/Ü saylı xx.xx.2024-cü il tarixli əmr ləğv edilmişdir. 2. Cavabdeh "xxxx" MMC-nin 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı Tokdemir Namikin işdən azad olunması haqqında 031-İR/x saylı xx.xx.2024-cü il tarixli əmr ləğv edilmişdir. 3. Cavabdeh "xxxx" MMC-nin 036-İR/x saylı xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı Tokdemir Namik işdən azad olunmuşdur. İddiaçı Tokdemir Namikin Cavabdeh "xxxx" MMC-nin 330-İR/Ü saylı xx.xx.2024-cü il tarixli, 332-İR/x saylı xx.xx.2024-cü il tarixli, 036-İR/x saylı xx.xx.2024-cü tarixli əmrlərindən xəbəri olmamışdır, həmin əmrlərin nüsxəsi ona verilməmiş, cavabdeh tərəfindən bu əmrlər barədə məlumatlandırılmamışdır, əvvəlki əmrlərin ləğv edilməsinə razılıq verməmişdir. Cavabdeh "xxxx" MMC-nin 330-İR/Ü saylı xx.xx.2024-cü il tarixli, 332-İR/x saylı xx.xx.2024-cü il tarixli, 036-İR/x saylı xx.xx.2024-cü tarixli əmrləri tamamilə qanunsuzdur, belə ki, həmin əmrlər qəbul edilmiş tarixlərdə eyni məsələlər üzrə imzalanmış digər əmrlər qüvvədə olmuşdur və bu əmrlərin ləğv ediməsi üçün heç bir hüquqi əsas olmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.36.-cı bəndi dəyişdirilmiş və hər rübün sonunda bir əmək haqqı miqdarında bonus verilməsi müəyyən edilmişdir. İddiaçı Tokdemir Namikin xx.xx.2023-cü ilə qədər cavabdeh "xxxx" MMC-yə verdiyi səmərəlilik nəticəsində ******* manat vəsaitə qənaət edilmişdir. Həmin məbləğin 10% miqdarı 151700 manat təşkil edir. Bu həmin dövrdə cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri olmuş kabel zavodunun direktoru Bəhruz Nadirov, İnsan Resursları Departamentinin rəhbəri Aygül Qurbanova, Nəqliyyat departamentinin rəhbəri Emin Şükürov tərəfindən də imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçı Tokdemir Namikin Cavabdeh "xxxx" MMC-də işlədiyi dövrdə külli miqdarda səmərə verdiyini cavabdehə məxsus stp.az saytında, X2 və Kommunikasiya Mərkəzinə məxsus https: //ereforms.gov.az/az/axtaris?q=stp və fed.az saytından çıxarışlar da sübut edir. Səmərəlilik nəticəsində ******* manat vəsaitə qənaət edilmişdir. Həmin məbləğin 10% miqdarı 151700 manat təşkil edir. AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı Tokdemir Namikin xx.xx.2023-cü ilə qədər cavabdeh "xxxx" MMC-yə verdiyi səmərəlilik üçün hesablanmış 151700 manat gecikdirildiyi üçün hesablanmış ödənc 682650 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “İşçinin mükafatlandırılmasına haqqında” Əmrinə əsasən, iddiaçı Tokdemir Namikə 2024-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında hər ay 20000 (iyirmi min) ABŞ dolları olmaqla, cəmi 100000 (yüz min) ABŞ dolları məbləğində mükafat ödənilməli idi. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “İşçinin əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən, iddiaçı Tokdemir Namikin əmək müqaviləsinə xx.xx.2024-cü ildən xitam verilmiş, cavabdeh "xxxx" MMC iddiaçı Tokdemir Namikə 7984 (yeddi min doqquz yüz səksən dörd) manat və 25500 (iyirmi beş min beş yüz) manat mükafat ödəməli idi. Lakin Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Tokdemir Namikə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlərə əsasən ödənilməli olan 100000 ABŞ dollarını və 25500 manatı ödəməmişdir. AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Gecikdirilmiş günlər üçün 25500 manat üçün ödənc 45900 manat, 100000 ABŞ dolları üçün ödənc 60000 ABŞ dolları təşkil edir. 5.Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, e-2(060)-6977/2024 nömrəli iş üzrə iddiaçının iddia tələbləri aşağıda qeyd edilənləri də nəzərə alaraq hüquqi və maddi cəhətdən tam əsassızdır və rədd edilməlidir: 1. xx.xx.2024-cü il tarixli ikinci hazırlıq iclasında iddiaçının nümayəndəsinə təqdim edilmiş mükafat əmrlərinin əsasında nə dayandığını soruşduqda, qeyd etmişdir ki, Əmək Müqaviləsi üzrə razılaşdırılmış 10% mükafat əsasında əmrin verildiyini hesab etdiklərini bildirmişdir. Lakin, sonradan iddia ərizəsinə dəqiqləşmə verərək, özləri özlərini təkzib etmiş və mükafat ilə bağlı ödənişləri ayrı, əmrlə bağlı ödənişi ayrı ayrılıqda tələb etmişlər. 2. Sözügedən 834 350 AZN - 10% mükafat tələbi ilə bağlı qeyd edirlər ki, 2.1. İddiaçı xx.xx.2023 – xx.xx.2023 tarixlərindəki fəaliyyəti ilə işəgötürənə hər hansı səmərəlik verdiyini, iddia olunan səmərəliyin tam olaraq nədən ibarət olması, onun vəzifəsi və gördüyü iş ilə birbaşa səbəbli əlaqəsini, o işi həqiqətən də onun təkbaşına görmüş olmasını sübut edən hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. İş materiallarına “sübut” qismində əlavə edilmiş sənədlərə ayrılıqda rəy vermək lazım gəldikə isə: 2.1.1. 1517 rəqəmi qeyd edilmiş, dövlət dilinə tərcümə edilməmiş, kimin nəyə, nə üçün imza atdığı bilinməyən bir səhifədə bir cədvəl iş materiallarına əlavə edilmişdir. Əmək Müqaviləsindəki imzası ilə tutuşdurduqda görünür ki, imzalardan biri elə işçinin öz imzasıdır. İddia olunur ki, bu qondarma sənəd 1 517 000 AZN məbləğində külli miqdarda bir işi sübut edir. 2.1.2. Şirkətin ixracatının və satışının artması ilə bağlı bəzi xəbərləri əlavə ediblər. Əvvələ onlar başa düşə bilməmişlər ki, satışın və ixracatın istehsalat üzrə çalışan işçiyə ümumiyyətlə nə aidiyyəti var. Bu məsələ ilə satış departamenti məşğul olur ki, iddiaçının həmin departamentə heç bir aidiyyəti olmamışdır. Görünür ki, iddiaçı şirkətin komandasının bəzi uğurlarına tam şəkildə təkcə öz adına yazmağa cəhd edir. İddia tərəfinin özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli ilkin razılaşmanın “Vəzifə öhdəlikləri” adlı bölməsindən də görünür ki, işçinin satış və ya ixracat ilə bağlı hər hansı vəzifəsi olmamışdır. 2.1.3. Şirkətin digər əməkdaşları ilə bəzi yazışmaların şəkilləri əlavə edilmişdir hansı ki, əvvəla onlarda hər hansı səmərəlilik rəqəminin təsdiq edilməsi ilə bağlı heç bir şey yoxdur. Həmçinin İşəgötürən ilə işçi arasında razılaşmalar, yalnız işəgötürən tərəfindən təsdiq edilə bilər. Hər hansı digər əməkdaşların İşəgötürən adından çıxış etmək səlahiyyəti yoxdur. Əmək Məcəlləsində də işəgötürənin dəqiq anlayışı verilmişdir. 3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. 2.1.4. İddia tərəfinin özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli ilkin razılaşmanın “İmtiyazlar” adlı bölməsinin 7-ci bəndində açıq şəkildə qarşılıqlı qaydada razılaşdırılıb ki, 10% səmərəlik bonusunun məbləği Maliyyə Direktoru tərəfindən təsdiq edilməlidir. Açıq şəkildə tərəflər də daha öncədən razılığa gəlmişlər ki, bu rəqəmi təsdiq edə biləcək yeganə şəxs Maliyyə direktorudur. Həqiqətən də şirkətin bütün göstəricilərinə çıxışı olan Maliyyə təhsilli və müvafiq təcrübəli şəxsdən başqa heç bir şəxsin (İnsan resursları əməkdaşı, istehsalat rəhbəri, nəqliyyat mütəxəssis, vəkil və s) bunu müəyyən etməyə təhsil, təcrübəsi və imkanları kifayət etməz. Maliyyə direktorunun təsdiqi də iş materiallarına əlavə edilməmişdir. Çünki belə bir təsdiq heç bir zaman olmayıb. Şirkətin Maliyyə Direktoru da bunu təsdiq edə bilər. 2.1.5. xx.xx.2023-cü il tarixli əlavə razılaşma ilə işçi özü imzası ilə təsdiq etmişdir ki, ona verilməli olan rüblük mükafatın həcmi 10% mücərrəd rəqəm olaraq ləğv edilir və rüblük 7984 AZN sabit rəqəm olaraq təsdiq edilir. Bununla işçi özü də həmin rüblük 10% mücərrəd ifadəyə rəqəm qarşılığı olaraq rüblük 7 984 AZN olmasını təsdiq etmiş və razılıq vermişdir. Buradan da ilk iki rüb üçün tələb edilən 151 700 AZN, yəni rüblük 75 850 AZN məbləğin əsassız və şişirdilmiş məbləğ olduğu aydın görsənir. Əks təqdirdə işçi özü niyə 10 dəfə daha az rəqəmə özü razılıq versin? 2.1.6. İşəgötürən Şirkətin sahibi olmadığına görə, onun Təsisçilər qarşısında vicdanlı davranmaq, onların maddi mənafeyini qorumaq öhdəliyi vardır. Belə ki, tutarlı əsas, indiki vəziyyətdə maliyyə direktorunun təsdiqi olmadan, işçiyə hər hansı mükafat verilə bilməzdi. Bu işəgötürənin təsisçilər qarşısında öhdəliyini pozması kimi qiymətləndirilərdi. Buna yol verməmək üçün, lakin əmin olmaq naminə işəgötürən hətta kənar Maliyyəçi, müvafiq təhsil təcrübəsi və lisenziyası olan auditoru bu işə cəlb etmişdir. İş materiallarına əlavə edilmiş həmən rəydə, auditor da təsdiq etmişdir ki, işçinin mükafat almasına əsas verəcək heç bir fakt aşkarlanmamışdır. Məlum məsələdir ki, həm şirkətin maliyyə direktoru, həm də kənar auditor bu mövqeyi bildirəndən sonra İşəgötürən işçiyə hər hansı mükafatın xüsusilə də 151 700 manatın verilməsini təmin edə bilməzdi. Əks təqdirdə bu birbaşa Mülki Məcəlləyə zidd olardı və qanunvericiliyə zidd olan tələblərə icazə verilmir. Mülki Məcəllə Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 2.1.7. Onların təqdim etdikləri kənar audit rəyini ekspert rəyi kimi qəbul etməyə bilərlər. Lakin, həmin audit rəyini üstələyəcək yeganə rəy və maddi sübut yalnız məhkəmə ekspertizasının rəyi, yəni bu sahədə təcrübəli və bilikli olan və məsələ ilə bağlı bütün məlumatlara çıxışı olan digər maliyyəçinin rəyi ola bilərdi, hansı ki, iddiaçı tərəfindən təmin edilməyib. 2.1.8. Onu da qeyd edirlər ki, təqdim edilmiş ödəniş cədvəlindən də göründüyü kimi işçiyə 20000 AZN məbləğində birdəfəlik ödəniş edilmişdir. Həmin ödəniş işçinin ilk iki rüb ərzindəki fəaliyyətinə görə olan mükafat gözləntisini qarşılamaq, onu həvəsdən salmamaq üçün ödənilmişdir. Hansı ki, işçinin özünün də sonradan razılıq verdiyi rüblük 7 984 AZN məbləğdən də artıqdır. Ümumiyyətlə təqdim edilmiş ödənişlər nəzərə alınmamış və hər hansı hesablama açıqlaması təqdim edilməmişdir. 2.1.9. Əmək Müqaviləsinin 3.4-cü bəndinə əsasən işçi öhdəlik götürmüşdür ki, özünün səmərələşdirici təklifləri barədə İşəgötürənə məlumat verməlidir. Lakin nəinki səmərələşdirici təkliflər barədə işəgötürənə məlumat verilməsi sübut edilməmişdir, heç ümumiyyətlə səmərələşdirici təklif olmuşmudur, olmuşdursa açıqlaması nədir bilinmir. X10 3.4. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir. 2.1.10. Ümumiyyətlə, 2023-cü ilin iyun və sentyabr aylarında ortaya çıxan 10% mükafat tələbinə görə bir illik iddia müddəti ötürülmüşdür. İddia məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. İşçi işlədiyi müddətdə də bu iddianı qaldıra bilərdi. Lakin, o uzun müddət qarşılıqlı razılaşdırılmış sabit 7 984 AZN məbləğində mükafatını almış və etiraz etməmişdir. Aydın görünür ki, işdən ayrılmasa idi, etiraz etməyəcəkdi də. Onu da Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı ilkin iddia ərizəsində bu məsələni qaldırmamışdı ümumiyyətlə. Bu ideya onlarda sonradan yarandı. Görünür 834 350 AZN məbləğində hissəni “unutmuşdular”. Əmək Məcəlləsi Maddə 296əsasən fərdi əmək mübahisələrinin həllində iddia müddətləri - Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddət şamil edilmir. 2-ci bənddə qeyd edilmiş bu mövzu ilə bağlı yekun olaraq qeyd edir ki, sözügedən bu qeyri-ciddi iş materialları əsasında və heç bir açıqlaması olmayan hesablama əsasında 151 700 AZN + 682 650 AZN = 834 350 AZN tələb edirlər. Hansını ki, tam əsassız və absurd hesab edirlər. 3. İddia tərəfi mükafat ödənilməsi ilə bağlı xx.xx.2024 və xx.xx.2024 tarixli əmrlərin surətlərini iş materiallarına əlavə etmiş və həmin mükafatların ödənilməsini tələb etmişdir. Bu məsələ ilə bağlı: 3.1. Mükafatlar barədə ilkin əmrlər verildikdən dərhal sonra xx.xx.2024 tarixində İşçi öz xahişi ilə işdən azad olunması barədə ərizə vermişdir. 3.2. Bundan sonra, işdən ayrılan işçiyə mükafat verilməsi Şirkət maraqlarına uyğun olmadığına görə bir tərəfli qaydada İşəgötürən tərəfindən öz mülahizəsinə əsasən verilmiş əvvəlki əmrlər, digər bütün aktlar kimi qəbul edildiyi qaydada yəni, birtərəfli qaydada İşəgötürənin öz mülahizəsinə əsasən ləğv edilmişdir. Ləğv barədə xx.xx.2024 və xx.xx.2024 tarixli əmrlər və həmin əmrlərin işçiyə təqdim edilməsi barədə aktlar məhkəməyə təqdim edilmişdir. Mülki Məcəllə Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 3.3. Əmək Məcəlləsi İşəgötürənə imkan verir ki, nəinki imzalanmış, hətta ödənilmiş ödənişlər əgər yanlışlıqla, əsassız olaraq ödənilmişdirsə bir ay ərzində onu geri tələb edə bilsin. Əmək Məcəlləsi Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası- İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. 3.4. Əmək Məcəlləsinə əsasən işçiyə son ödəniş o işdən çıxan gün ödənilməlidir. İşçi işdən çıxandan sonra ona hər hansı mükafatlar və ya digər ödənişlər edilə bilməz, bu İşəgötürəndən tələb edilə bilinməz. Əmək Məcəlləsi Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası- Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 3.5. Ümumiyyətlə Əmək Məcəlləsinə əsasən bütün ödənişlər əmək haqqı, mükafatlar və digərləri yalnız Əmək Müqaviləsi ilə razılaşdırılır. Əmək Müqaviləsində qeyd edilməmiş ödənişlər tələb edilə bilməz. Əmək Məcəlləsi Maddə 158. Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları - Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilat arasında razılaşmalarla müəyyən edilir. 3-cü bənddə qeyd edilmiş məsələ ilə bağlı yekun olaraq deyə bilərlər ki, iddiaçının ləğv edilmiş əmrlər əsasında, işdən ayrıldıqdan sonra, Əmək Müqaviləsi ilə razılaşdırılmamış, xüsusilə də 100 000 USD + 25 500 AZN + 45 900 AZN + 60 000 USD = 343 400 AZN kimi absurd məbləğdə mükafat tələbini əsassız hesab edirlər. Onu da qeyd edirlər ki, bu rəqəmlərin hansı hesablama nəticəsində ortaya çıxdığı ilə bağlı elementar açıqlama da yoxdur. Ümumiyyətlə iddia ərizəsində işçiyə ödənilmiş ödənişlər göz ardı edilmiş və diqqətə alınmamışdır. 6.Cavabdeh eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, e-2(060)-6977/2024 nömrəli iş üzrə iddiaçı X11 Müqaviləsi üzrə 2023-cü il İyun ayı tarixində və 2023-cü il Sentyabr tarixində hesablanması nəzərdə tutulmuş mükafat məbləğləri ilə bağlı iddia qaldırmışdır. Yəni İddiaçının iddiasına əsasən 2023-cü ilin İyun ayında və Sentyabr ayında ona mükafat ödənilməli idi, lakin, ödənilməmişdir. Yəni 2023-cü ilin iyun ayında və sentyabr ayında İddiaçı ona mükafatların ödənilmədiyini artıq bilirdi. Həmçinin, 2023-cü ilin 01 Oktyabr tarixində X8 Razılaşma imzalayaraq qarşılıqlı razılıqla razılaşdırılmışdır ki, 10% mükafat məsələsi ümumiyyətlə ləğv olunsun və işçi rüblük (3 ayda bir dəfə) yalnız 7984 AZN sabit mükafatını alsın. Bu da bir daha təsdiq edir ki, işçi artıq xx.xx.2023 tarixində 10% mükafatın ona ödənilməli olmadığını və ödənilməyəcəyini qəbul etmişdi. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü bəndi üzrə işçilərin pul tələblərinə 1 illik iddia müddəti tətbiq edilir və maddənin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməlidir. Yəni 1 il ərzində iş artıq məhkəməyə daxil olmalıdır. Əmək Məcəlləsi Maddə 296- Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri -. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Buradan da aydın görünür ki, 2023-cü il İyun ayı tarixində hesablanması nəzərdə tutulmuş birinci rüblük 10% mükafat üzrə mübahisə barədə 2024-cü ilin iyun ayı tarixində iş məhkəməyə daxil olmalı idi. 2023-cü il Sentyabr ayı tarixində hesablanması nəzərdə tutulmuş ikinci rüblük 10% mükafat üzrə mübahisə barədə isə 2024-cü ilin Sentyabr ayı tarixində iş məhkəməyə daxil olmalı idi. Lakin, hər iki rüb üzrə iddia Məhkəməyə xx.xx.2024 tarixində, yəni 1 illik iddia müddəti ötürüləndən sonra daxil olmuşdur. Mülki Məcəllə Maddə 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən cavabdeh İddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında iştirak edən iddiaçı Namik Tokdemirin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh STP GLOBAL CABLE MMC-nin nümayəndəsi izahatında iddiaya etirazını AF AUDİT MMC-nin keçirdiyi audit yoxlaması və bu yoxlama nəticəsində verilmiş rəy ilə əsaslandırmışdır. Hesab edir ki, AF AUDİT MMC-nin həmin rəydə "Namik Tokdemirə səmərəliliyə görə bonus verilə bilməməsi" barədə gəldiyi nəticə tamamilə əsassızdır. İlk növbədə, rəydə AF AUDİT MMC tərəfindən cavabdeh MMC-nin fəaliyyətinin hansı dövrlərinin yoxlanıldığı, hansı uçot sənədlərinə, hansı maliyyə, statistika, vergi, daxili və müstəqil audit hesabatlarının, istehsalat plan və göstəricilərinə baxış keçirildiyi və ya araşdırıldığı qeyd edilməmişdir. Bundan başqa, rəydə qeyd edilmişdir ki, yoxlama xx.xx.2024-cü il tarixdə başlamış, xx.xx.2024-cü ildə başa çatmışdır, yəni yoxlama cəmi 1 gün vaxt aparmışdır. Belə yoxlamanın milyonlarla dövriyyəsi olan "xxxx" MMC kimi şirkətdə 1 gün ərzində aparılması real deyil, bu qeyri-mümkündür. Bundan başqa, bütün audit yoxlamaları AR Auditorlar Palatasının reyestrində qeydiyyata alınmalıdır, həmin reyestr AR Auditorlar Palatasının rəsmi internet saytında dərc olunur. Lakin AR Auditorlar Palatasının rəsmi internet saytından "xxxx" MMC-də keçirilmiş audit yoxlamaları barədə çıxarışa əsasən, AF AUDİT MMC tərəfindən "xxxx" MMC-də keçirilmiş yoxlama həmin reyestrdə qeydiyyata alınmamışdır. Bütün bunlar AF AUDİT MMC-nin verdiyi rəyin əsassız, qeyriobyektiv olduğunu sübut edir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasında əmək münasibətləri barədə ilkin əmr olmuş və daha sonra digər əmrlər verilmişdir. Cavabdeh MMC həmin audit şirkətinin xx.xx.2024-cü ildə verdiyi rəy əsasında mükafat əmrlərini ləğv etmişdir. Lakin həmin əmrlər iddiaçıya təqdim olunmamışdır. Əslində onun tərəfinə 2023cü ilin yayında ödəniş edilmişdir. Tərəfinə 20000 manat səmərəliliyə görə ödəniş edilib. Əgər səmərəlilik olmasa idi, belə bir mükafat ödənilməzdi. Bununla bağlı əmr də tərtib edilmişdir. Cavabdeh tərəfindən qalan ödənişin də sonra ödəniləcəyi bildirilib. Eyni zamanda qeyd edir ki, məhkəməyə təqdim edilən audit rəyi saxta sənədlər əsasında tərtib edilib. Məhkəmə həmin rəyin verilməsinə əsas olmuş sənədləri sorğu verməklə istəsə də, məhkəməyə başqa sənədlər təqdim edilmişdir. Bundan başqa qeyd edir ki, iddia müddəti ötürülməmişdir. Belə ki, müddətin son günü mediasiyaya müraciətdir, məhkəməyə müraciət deyildir. Həmçinin, iddia müddəti son haqq hesab olunduqdan sonra 1 il ərzində hesablanır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıya 3 aydan bir mükafat verilməsi nəzərdə tutulmuşdu. Sonradan isə iddiaçıya sabit məbləğdə aylıq pul verilməsi təklif edildi və iddiaçı da bunu qəbul etdi. Bundan başqa iddiaçı tərəfindən 1 illik iddia müddəti ötürülmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən şəxsin 1 il ərzində hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Onu da qeyd edir ki, məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmiş cədvəl sadəcə onun hesablamasıdır. Cədvəldə x işarəsi qoyulmuş yerlər məchul mənasında qeyd edilib. Səmərəliliklə bağlı Namikə ödəniş edilməsi ilə bağlı məlumatı yoxdur. İddiaçı onunla müəyyən danışıqların olduğunu və vədlər verildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən görülən işlərin siyahısı məhkəməyə verilmədi. Təqdim edilən sənəd isə adi bir kağızdır. Orada sadəcə olaraq 1517 yazılıb. Bunun nə demək olduğu ümumiyyətlə aydın deyil. Səmərəlilik maliyyə direktoru tərəfindən təsdiqlənməli idi. Belə bir təsdiqlənmə isə olmayıb. Bundan başqa bildirir ki, işçiyə mükafat ödənilməsi işəgötürənin hüququdur. Bu halı onun özünə qarşı istifadə etmək düzgün deyil. İşçi həvəsdən düşməsin deyə belə bir ödəniş edilmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, STP HR direktoru işləyəndə Namik müəllimi işə dəvət edib. İşdə olan səmərəliliyə görə Namik müəllimə 10% bonus verilməli idi. Tamerlan bəy rəhbər gəldiyi vaxt Şirkətin verəcəkləri olduğu üçün bu məsələ uzandı. Bildirir ki, Namik müəllim işdən çıxanda o, artıq MMC-də işləmirdi. Şirkətdə işçi sayı optimallaşdırılmalı idi. Namik müəllim müəyyən azaltmalar təklif etdi və onlar da həmin təklif üzrə işə başladılar. Namik müəllim bu işi özü tək etdi. Namik müəllim bonuslar üçün əsasların olması məqsədi ilə təsdiqləyici sübutlar toplayırdı. Əmək müqaviləsində maliyyə direktorunun təsdiqi məcburi deyil. Əslində təsdiqləyici sənədləri Tamerlan bəyə təzyiq etmək üçün toplayırdı. Namik müəllim işə düzələn vaxt Namik bəylə Tamerlan bəyin arasında olan söhbətlərdə o, tərcüməçi kimi iştirak edirdi. Tamerlan bəy 2023-cü il üzrə 150000 manat ödəniş olacağını deyirdi. İşə başlayanda Namik bəy 6000 ABŞ dolları həcmində maaş istəyirdi. Şirkət tərəfindən Namik bəyə verilən maaş çox olmadığına görə də ona bonus verilməsi təklif edilmişdi. Şirkət belə bir səmərəlilik olacağını gözləmirdi. İşdən çıxarılanların şirkətə qaytarılmasından xəbəri yoxdur.
10. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan iddiaçı Tokdemir Namik ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü ii tarixli əmək müqaviləsindən görünür ki, Tokdemir Namik "xxxx" MMC-də istehsal proseslərinin optimallaşdırılması üzrə ekspert vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanmışdır. Həmin müqaviləsinin 4.36-cı bəndinə əsasən, hər rübün sonunda müəssisənin verdiyi səmərəliliyə görə işçiyə 10% bonus (mükafat) verilməlidir. 12.İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı Tokdemir Namik ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü ii tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. 13.İşdə olan Azərbaycan Respublikası Auditorlar Palatasının AT/229 nömrəli, xx.xx.2021 tarixli Lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru və SA/171 nömrəli, xx.xx.2021 tarixli Lisenziyalı X1 xx.xx.2025-ci il cavab məktubundan görünür ki, İddiaçı Namık Tokdemirin iddia tələbləri üzrə onun özü ilə də danışılmış və ondan alınmış məlumatları da nəzərə alaraq, "xxxx" MMC-nin müvafiq sistemlərə əsasən (e-taxes, EMAS, İC və digər) təqdim etdiyi arayışlar və məlumatlar əsasında, işçilərdən alınmış izahatlar əsasında Namık Tokdemirin iddia etdiyi effektivlik tədbirlərinin maliyyə auditi aparılmışdır. Nəticədə Namik Tokdemirin "xxxx" MMC-dəki vəzifə fəaliyyəti ilə birbaşa səbəb nəticə əlaqəsi ilə bağlı olan hər hansı effektivlik (səmərəlilik) aşkar edilməmişdir. 14.İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 12 may 2022-ci il tarixli 01 saylı, 16 iyun 2022-ci il tarixli EBBY 334196 saylı, 18 oktyabr 2022-ci il tarixli EBCH 357686 saylı, 21 dekabr 2022-ci il tarixli EE 564425 və EBCL 562737 saylı, 07 iyun 2023-cü il tarixLi EBDH 373967 saylı və 08 iyun 2023-cü il tarixli EBDH 42819 saylı itmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə aktlara əsasən Cəmiyyətin anbarında 1,239,020.28 manat dəyərində mal silinərək emala verilmiş, emal nəticəsində 909,093.72 manat dəyərində mis və aluminium tullantı alınmışdır. Nəticədə Cəmiyyət 329,926.56 manat zərərlə qarşılaşmışdır. 15.İşdə olan xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, Namık Tokdemir ilə xx.xx.2023-cü il tarixdə məsləhət xidmətlərinin müqaviləsinə əlavə olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Kurkiev Tamerlan arasında müqavilə tərtib olunaraq imzalanmışdır. Namik Tokdemirə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfındən Seriya İİ N ******* xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən İş İcazəsi verilmişdir. Namik Tokdemirə Seriya MYİ N ******* xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Bundan sonra Namik Tokdemirə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Seriya İİ N ******* xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən İş İcazəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Kurkiyev Tamerlan ilə Namık Tokdemir arasında kontrakt bağlanmış və imzalanmışdır. 1 nüsxəsi isə Kurkiyev Tamerlana verilmişdir. Təkrarən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Kurkiyev Tamerlan ilə Namik Tokdemir arasında kontrakt bağlanmış və imzalanmışdır. 1 nüsxəsi isə Kurkiyev Tamerlana verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Kurkiev Tamerlan ilə Namık Tokdemir arasında Tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş əmək müqaviləsində tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər şərtlərə 4.36-cı bənd əlavə olunmuşdur. 4.36-cı bənddə göstərilmişdir: - Hər rübün sonunda müəssisəyə verdiyi səmərəliliyə görə 10 % bonus veriləcək. Ancaq araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin müqavilədə qeyd olunmamışdır ki, bonus hansı səmərəli təkliflərə görə verilməlidir, hansı hallarda təkliflər hesablanmalı və həmin hesablamalara görə təhvil-təslim aktları tərtib olunmalıdır, zavodda həmin səmərəli təkliflər kimlər tərəfindən hesablanmalı və müvafiq rəqəmlər tərtib olunmalıdır, həmin səmərəli təkliflər hansı qaydada və hansı istehsal sahələrinə təqdim olunmalıdır, müəssisənin hansı istehsal sahəsinə təklif verilmişdir və s. Hansı ki, bu hallar bonus verilməsinə əsas sayılır. Bu hallar icra olunsa idi, bonus verilməsinə baxıla bilərdi. Ancaq bütün qeyd olunanlar tərtib olunmuş və müqavilədə öz əksini tapmamışdır. Ancaq Namik Tokdemir tərəfindən iddia olunan bonus rəqəmləri hesablanması üçün əsas sayıla bilməz. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli X8 Razılaşma N1 tərtib olunmuşdur. Həmin razılaşma müqaviləsinə əsasən aşağıdakı dəyişikliklər əlavə edilmişdir: 4.1. İşçiyə hər ay 7984 (yeddi min doqquz yüz səksən dörd) manat məbləğində əmək haqqı ödənilir. 4.36. Hər rübün sonunda bir əmək haqqı miqdarında bonus veriləcək. Araşdırma zamam məlum olmuşdur ki, X7 Hüseynova yolladığı maildə göstərilir ki, hal-hazırda olan vəziyyətə görə ümumi durum belə olacaqdır 1. Stokda ümumi dəyəri 831 000 AZN olan kabellər və yarım fabrikatlar təkrar emal sahəsinə göndəriləcəkdir. Onlardan 61 ton mis və 43.5 ton aliminium əldə olunacaqdır ki, onun da ümumi dəyəri 1 086 000 AZN olacaqdır. Bəzi kabellər soyulmaq üçün başqa şirkətə göndəriləcəkdir. 2. İlkin mərhələdə satılması tövsiyə olunan mallar siyahısı əlavədə verilir (EAZ və KZ). Ümumi dəyəri təxminən 4 000 000 AZN. 3. Təxminən 700 000 AZN dəyərində mallar isə digər layihələrə istifadə olunacaqdır. Bu zaman maya dəyəri qismən qalxacaqdır, lakin hər bir halda bu onlara satacaqları versiyada daha avantajlı olacaqdır. Lakin mail də göstərilənlər heç bir sənədlə öz əksini tapmamış və faktların düzgünlüyünü göstərmək mümkün deyildir. Həmçinin həmin mail də yarımfabrikatların təkrar emalı barəsində heç bir məlumat göstərilməmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, Cavabdeh MMC-nin maliyyə direktorunun təqdim etdiyi arayışdan məlum olmuşdur ki, Namik Tokdemirin səmərəlilik hesabatı kimi təqdim etdiklərindən biri xammalları stok miqdarında azalma kimi təqdim etdiyi 288 000 AZN səmərə raporunda səmərəni təsdiq edəcək sənəd təqdim etməyib və bu azalma istehsal həcminin azalması ilə bağlıdır. 288 000 AZN-in səmərəyə aidiyyatı yoxdur. Təqdim etdiyi digər hesabatda yarımfabrikatlardan sağlanan mis və aliminiumdan 130 000 AZN səmərə göstərilmişdir. Lakin əridilmiş hazır məhsul və yarımfabrikatların dəyəri əldə edilmiş mis və aliminium dəyərindən daha yüksəkdir. Bu əməliyyatda müəssisəyə zərər dəymişdir. Hesabatlarda yarımfabrikatların dəyəri göstərilməmişdir. Növbəti təqdim edilmiş işçilərin optimizasiyası ilə bağlı səmərəlilik hesabatının təhlili göstərir ki, işçi sayında azalma üst rəhbər vəzifələrdə olan dəyişiklər, həmçinin aidiyyatı olmayan funksiyalarda baş vermiş işçi saylarının dəyişikliyini əhatə edir. Zavoda istehsalın səmərəliliyinə aidiyyatı olmayan işçi saylarında azalmadır. Faktiki olaraq səmərəliliyi təsdiq edən sənəd təqdim olunmamışdır. İstehsal prosesində öz əksini tapmamışdır. Yoxlama zamam Namik Tokdemir tərəfindən 2023-cü il yanvar və sentyabr ayları üzrə malların hərəkət planı təqdim olunmuşdur. Cədvəldən görünür ki, həmin cədvəl 4 nəfər tərəfindən imzalanmışdır. 3 hərəkət planı imzalanmamışdır. 4 hərəkət planı isə o cümlədən, 2023-cü il yanvar ayında xammalların stok miqdarında azalma 288 000 AZN, 2023-cü il fevral ayında yarımfabrikatlardan sağlanan mis və aliminium 130 000 AZN, 2023-cü il avqust ayında yarımfabrikatlardan sağlanan mis və aliminium 37 000 AZN və 2023-cü il sentyabr ayında kevler iplərin toplanması 34 000 AZN göstərilmişdir. Faktla əlaqədar olaraq Cavabdeh MMC-nin kabel zavodun istehsalat direktoru Nadirov B.Z. tərəfindən izahat alınmışdır. O, izahatında göstərir ki, cədvəldə olan punktlar barədə bilsə də, rəqəmlərdən məlumatı yoxdur. Çünki həmin rəqəmlərin hesabatı haqqında məlumatı yoxdur. O, yalnız görülən işlərə imza atıb. Həmin cədvəli ona Namik Tokdemir təqdim etmişdir. Cəmiyyətin baş mühasibi Zaur Əhmədpaşayev tərəfindən Namik Tokdemirə göndərmiş olduğu maildən göstərir ki, rəqəmlər əsasında bir hesablama etmisiniz və bir yanaşma qoymusuz. Bu hesablamaların uyğun olub-olmaması onun verə biləcəyi qərar deyil. Digər göndərilən maillərdə isə səmərəliliyi təsdiq edən heç bir sənəd əlavə olunmamışdır. Yoxlama zamam məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Kurkiev Tamerlan tərəfindən N 322-İR/Ü saylı işçinin mükafatlandırılması haqqında əmr imzalamışdır. Lakin xx.xx.2024-cü il tarixdə N 330- İR7Ü saylı əmr ilə - N 322-İR/Ü saylı əmr ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Kurkiev Tamerlan tərəfındən Namık Tokdemirin əmək müqaviləsinə xitam verilməsi haqqında N 031-İR/X saylı əmr imzalamışdır. Lakin xx.xx.2024-cü il tarixdə N 032-İR/X saylı əmr ilə N 031-İR/X saylı xitam əmri ləğv edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Namik Tokdemirin Cəmiyyətdə işlədiyi dövr ərzində Cəmiyyətin heç bir strukturuna səmərəliyini artırmaq məqsədilə heç bir rəsmi təklif irəli sürməmişdir. Beləliklə, aparılmış ekspert yoxlaması nəticəsində yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh MMC-də əməliyyatlarən idarə olunması departamentinin direktoru Namık Tokdemirə səmərəliliyə bonus verilə bilməz. 16.İşdə olan xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Cavabdeh MMC-nin əməliyyatların idarə olunması Departamentinin direktoru Namik Tokdemirin 100000 ABŞ dolları məbləğində (vergilər və məcburi dövlət sosial sığorta tutquları xaric) mükafatlandırılması əmr edilmişdir. 17.İşdə olan İşçinin mükafatlandırılması haqqında əmrin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 330-İR/Ü saylı əmrdən görünür ki, həmin əmrlə Əməliyyatların idarə olunması departamentinin direktoru Namik Tokdemirin mükafatlandırılması haqqında verilmiş 322-İR/Ü saylı xx.xx.2024-cü il tarixli əmr ləğv edilmiş, İnsan resursları departamentinin bu əmrdən irəli gələn məsələləri həll etməsi, əmrin icrasına nəzarətin İnsan resursları departamentinə həvalə edilməsi əmr edilmişdir. 18.İşdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, həmin əmrlə Əməliyyatların idarə olunması departamentinin direktoru ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respubiikası Əmək Məcəiləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, 31 iyul 2024-cü il tarixdən xitam verilməsi, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə edilməmiş 6 (altı) təqvim günü və 2024/2025-ci illərin əmək məzuniyyətinin istifadə ediiməmiş 10 (on) təqvim günü əmək məzuniyyəti əvəzinə kompensasiya ödənilməsi, xx.xx.2023-cü il tarixli 1 saylı X8 Razılaşmaya əsasən 7984 manat (vergilər və məcburi dövlət sosial sığorta tutquları daxil) məbləğində mükafatlandırılması, "xxxx" MMC-də işiədiyi müddət ərzində şirkətin fəaliyyətinə qatdığı töhfələrinə görə təşəkkür əlaməti olaraq əlavə 25500 AZN (vergilər və məcburi dövlət sosiai sığorta tutuquları xaric) məbləğdə mükafatlandırılması əmr edilmişdir. Əsas işçinin dərkənar ilə şəxsi ərizəsidir. 19.İşdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, həmin əmrlə Əməliyyatların idarə olunması departamentinin direktoru ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəiləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, 31 iyul 2024-cü il tarixdən xitam verilməsi, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə edilməmiş 6 (altı) təqvim günü və 2024/2025-ci illərin əmək məzuniyyətinin istifadə edilməmiş 10 (on) təqvim günü əmək məzuniyyəti əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir. Əsas işçinin dərkənar ilə şəxsi ərizəsidir. 20.İşdə olan işçinin mükafatlandırılması haqqında əmrin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 330-İR/Ü saylı əmrdən görünür ki, həmin əmrlə Əməliyyatların idarə olunması departamentinin direktoru Namik Tokdemirin işdən azad ərizəsi əsasında verilmiş, 0-31-İR/x saylı xx.xx.2024-cü il tarixli əmr ləğv edilmiş, İnsan resursları departamentinin bu əmrdən irəli gələn məsələləri həll etməsi, əmrin icrasına nəzarətin İnsan resursları departamentinə həvalə edilməsi əmr edilmişdir. 21.İşdə olan "05" aprel 2023-cü il tarixli X8 Razılaşmadan (1 nömrəli, xx.xx.2023-cü il tarixli) görünür ki, Tokdemir Namik ilə "xxxx" MMC aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə aşağıda göstərilən dəyişiklikiərin edilməsi haqqında razılığa gəldilər: 1. Əmək Müqaviləsinin maddələri dəyişdirilərək, aşağıdakı redaksiyada verilsin. "1.2. İşçi "xxxx" MMC-nin Əməliyyatların idarə olunması departamentinin direktoru vəzifəsinə keçirilir." 2. Əmək Müqaviləsinin 4.1.-ci maddəsi dəyişdirilərək, aşağıdakı redaksiyada verilsin. "4.1. İşçiyə hər ay 7984 (yeddi min doqquz yüz səksən dörd) manat məbləğində əmək haqqı ödənilir." 3. "4.36. Hər rübün sonunda bir əmək haqqı miqdarında bonus veriləcək." 4. Əmək müqaviləsinin X12 ilə toxunulmayan bütün digər müddəaları qüvvədə qalır. 5. X12 "05" aprel 2023-cü il tarixli Əmək Müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi ona əlavə edilir və tərəflərdən hər birinə bir nüsxə verilməklə, eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilir.
22. İşdə olan xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, həmin əmrlə Cavabdeh MMC-nin əməliyyatların idarə olunması Departamentinin direktoru Namik Tokdemir 20000 manat məbləğində (vergilər və məcburi dövlət sosial sığorta tutquları xaric) mükafatlandırılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Namik Tokdemir ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı istehsal proseslərinin optimallaşdırılması üzrə ekspert vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.36-cı bəndinə əsasən, hər rübün sonunda müəssisənin verdiyi səmərəliliyə görə işçiyə 10% bonus (mükafat) verilməli idi. Tərəflər arasında bağlanmış əlavə razılaşmaya əsasən həmin müqaviləyə müvafiq dəyişikliklər edilmiş, o cümlədən bonusların ödənilmə qaydası dəyişdirilmişdir. İddiaçının ərizəsi əsasında MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən, 31 iyul 2024-cü il tarixdən xitam verilmişdir. Bundan sonra cavabdeh MMC tərəfindən müxtəlif məzmunlu daha bir neçə əmr verilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş mükafatın ödənilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi əmək mübahisəsi üzrə pul tələbidir və dörd hissədən ibarətdir: a) cavabdeh "xxxx" MMC-nin 330-İR/Ü saylı xx.xx.2024-cü il tarixli, 332-İR/x saylı xx.xx.2024-cü il tarixli və 036-İR/x saylı xx.xx.2024-cü tarixli əmrlərinin ləğv edilməsi; b) iddiaçı Tokdemir Namikin xx.xx.2023-cü ilə qədər cavabdeh "xxxx" MMC-yə verdiyi səmərəlilik üçün hesablanmış 151700 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış ödənc 682650 manat, cəmi 834350 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi; c) cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 100000 ABŞ dolları və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 60000 ABŞ dolları ödənc, cəmi 160000 ABŞ dollarının ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi və ç) cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 25500 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 45900 manat ödənc, cəmi 71400 manatın tutularaq iddiaçı Tokdemir Namikə ödənilməsi.
25. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız cavabdeh "xxxx" MMC-nin 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 25500 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 45900 manat ödəncin tutularaq iddiaçı Namik Tokdemirə ödənilməsi hissəsində əsaslıdır.
26. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
31. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
32. Həmin maddənin Qeydinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
33. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
34. İş materiallarından görünür ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 31 iyul 2024-cü il tarixdən xitam verilmiş, istifadə edilməmiş əmək məzuniyyəti əvəzinə kompensasiya ödənilməsi, xx.xx.2023-cü il tarixli 1 saylı X8 Razılaşmaya əsasən 7984 manat (vergilər və məcburi dövlət sosial sığorta tutquları daxil) məbləğində mükafatlandırılması, o cümlədən "xxxx" MMC-də işlədiyi müddət ərzində şirkətin fəaliyyətinə qatdığı töhfələrinə görə təşəkkür əlaməti olaraq əlavə 25500 AZN (vergilər və məcburi dövlət sosiai sığorta tutquları xaric) məbləğində mükafatlandırılması barədə əmr verilmişdir.
35. İddiaçı sözügedən əmrdə qeyd edilən 25500 manat mükafatın ona ödənilmədiyini iddia edərək, həm həmin məbləğin, həm də onun gecikdirilməsinə görə ödəncin cavabdehdən tutulmasını xahiş edir.
36. Cavabdeh tərəf həmin məbləğin iddiaçıya ödənilmədiyini etiraf edir və bunu sözügedən əmrin "xxxx" MMC-nin 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmri ilə ləğv edilməsi ilə əsaslandırır.
37. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmri əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir.
38. Belə ki, iddiaçının ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə daha əvvəlki tarixli əmrlə iddiaçıya "xxxx" MMC-də işlədiyi müddət ərzində şirkətin fəaliyyətinə qatdığı töhfələrinə görə təşəkkür əlaməti olaraq əlavə 25500 manat mükafatın ödənilməsi nəzərdə tutulduğu halda, heç bir əsas olmadan həmin əmrin ləğv edilməsi barədə əmr verilməsi iddiaçının işçi kimi əmək hüquqlarını pozmaqla qanuni və əsaslı hesab edilə bilməz.
39. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin "xxxx" yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir.
40. X3 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir.
41. Azərbaycan Respublikasında qüvvədə olan əmək qanunvericiliyinə görə əmək haqqı —işəgötürən tərəfindən işçiyə ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
42. İşçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
44. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaya etiraz ərizəsində işçiyə mükafat ödənilməsi barədə əmrin ləğv edilməsi barədə növbəti - 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmrin verilməsini sadəcə birtərəfli qaydada işəgötürənin öz mülahizəsinə əsasən edildiyini bildirmişdir.
45. Halbuki heç bir qanuni əsas və ya səbəb olmadan işçiyə mükafat ödənilməsi barədə əmrin yeni bir əmr qəbul edilməklə işəgötürənin mülahizəsinə əsasən ləğv edilməsi qanuni sayıla bilməz.
46. Belə ki, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və sair kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).
47. Məhkəmə 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmrin qanunsuz olması qənaətinə gələrkən iddiaçı ilə bağlanmış əmək müqaviləsində və həmin X8 razılaşmada bu və ya digər qaydada işçiyə mükafat ödənilməsinin əks olunduğunu da nəzərə alır.
48. Belə ki, iddiaçı N.Tokdemir ilə bağlanmış ilkin əmək müqaviləsində mükafatın işçinin müəssisəyə verdiyi səmərəliliyə görə 10% bonus (mükafat) şəklində, X8 razılaşmada isə səmərəlilikdən asılı olmayaraq hər rübün sonunda konkret məbləğdə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.
49. Beləliklə işəgötürən tərəfindən işçiyə əmək haqqından əlavə müvafiq məbləğlərdə mükafat ödənilməsi tərəflər arasında olan əmək münasibətlərinin xarakterik xüsusiyyətlərindən biri olmuşdur.
50. İddiaçı tərəf iddiaçının cavabdeh müəssisədə işlədiyi dövrdə "xxxx" MMC-nin fəaliyyətində səmərəliliyin olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə hesab etmişdir ki, həmin vəsatətin təmin edilməsinə zərurət yoxdur.
51. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixli əmrdə iddiaçının işlədiyi müddət ərzində şirkətin fəaliyyətinə töhfə qatdığını etiraf etmiş, bununla bağlı onu 25500 manat məbləğində mükafatlandırmışdır.
52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Namik Tokdemirə 25500 manat mükafat ödənilməsi hissəsində təmin edilməlidir.
53. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir.
54. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.
55. Qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir.
56. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya ödənilməli olan mükafatın vaxtında ödənilməməsi işəgötürənin təqsiri üzündən baş vermişdir. Bu səbəbdən iddia ərizəsi irəli sürülən tələb həddində - həmin mükafatın ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1 faizdən hesablanmış 45900 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir.
57. Lakin məhkəmə hesab edir ki, digər hissələrdə iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
58. Belə ki, iddiaçının digər tələblərindən biri iddiaçı Namik Tokdemirin xx.xx.2023cü ilə qədər cavabdeh "xxxx" MMC-yə verdiyi səmərəlilik üçün hesablanmış 151700 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış ödənc 682650 manat, cəmi 834350 manatın cavabdeh "xxxx" MMCdən tutularaq iddiaçı N.Tokdemirə ödənilməsi barədədir.
59. Məhkəmə hesab edir ki, həmin hissədə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
60. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlərdə (20000 manat, 7984 manat və s.) mükafatlar ödənilmişdir.
61. Hazırda iddiaçı ona 151700 manat məbləğində mükafat ödənilməli olduğunu bildirsə də, bunu hansı qaydada hesabladığını, işçinin işlədiyi müddətdə ona verilən mükafatların həmin məbləğdə nəzərə alınıb-alınmadığını əsaslandıra bilməmişdir.
62. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini əsaslandırmaq üçün məhkəməyə iddiaçının özü tərəfindən sadə əlyazma ilə yazılmış və müəssisənin müxtəlif işçiləri tərəfindən imzalanmış vərəqlər təqdim etsə də, məhkəmə hesab edir ki, həmin sənədlər müəssisədə yalnız iddiaçının fəaliyyəti nəticəsində 1.517.000 manat məbləğində səmərəlilik olması nəticəsinə gəlməyə imkan verən əsaslı şübhədənkənar mötəbər sübut kimi qəbul edilə bilməz.
63. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
65. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
67. İddiaçı N.Tokdemirin daha bir tələbi cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 100000 ABŞ dolları və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 60000 ABŞ dolları ödənc, cəmi 160000 ABŞ dollarının ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq ona ödənilməsi barədədir.
68. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi əsaslı deyil. Belə ki, iş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Cavabdeh MMC-nin əməliyyatların idarə olunması Departamentinin direktoru Namik Tokdemirin 100000 ABŞ dolları məbləğində (vergilər və məcburi dövlət sosial sığorta tutquları xaric) mükafatlandırılması əmr edilmişdir. Bundan 3 gün sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı N.Tokdemir işdən azad olunması barədə ərizə ilə cavabdeh müəssisəyə müraciət etmiş, elə həmin tarixli əmr ilə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, o cümlədən onun mükafatlandırılması barədə xx.xx.2024-cü il tarixli əmr ləğv edilmişdir.
69. İddiaçı tərəf iddia edir ki, N.Tokdemirin mükafatlandırılması barədə xx.xx.2024cü il tarixli əmrin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli əmr qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli əmrdə nəzərdə tutulan mükafat iddiaçının cavabdeh müəssisədə işlədiyi əvvəlki dövrlərdə müəssisəyə verdiyi səmərəliliyə görə ödənilməli olan mükafat olmuşdur.
70. Məhkəmə bu hissədə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla razılaşmır. Belə ki, məhkəmə ilk növbədə hesab edir ki, əmək münasibətlərində işçi işəgötürənə nisbətən zəif tərəf olsa da, bu münasibətlərdə işçinin əmək hüquqlarının təmin edilməsi ilə işəgötürənin mənafeyinin qorunması ədalətli şəkildə balanslaşdırılmalıdır.
71. Bu mövqedən çıxış edən məhkəmə hesab edir ki, işdən çıxmış işçiyə mükafat ödənilməsinin davam etdirilməsi işəgötürənin mənafeyinə ziyan vurmaqla əmək qanunvericiliyinin tələblərinə də uyğun hesab edilə bilməz.
72. Bundan başqa N.Tokdemirin mükafatlandırılması barədə xx.xx.2024-cü il tarixli əmrin məzmununda həmin mükafatın əvvəlki dövrlərə görə ödənilməsi barədə hər hansı şərt yoxdur. Əksinə mükafatın gələcəkdə mərhələli şəkildə ödəniləcəyi qeyd edilmişdir.
73. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh "xxxx" MMC-nin 330-İR/Ü saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli əmrə əsasən 100000 ABŞ dolları və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 60000 ABŞ dolları ödənc, cəmi 160000 ABŞ dollarının ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq iddiaçı N.Tokdemirə ödənilməsi hissəsində təmin edilməməlidir.
74. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində 036-İR/x saylı xx.xx.2024cü tarixli əmrin ləğv edilməsini də xahiş etsə də, məhkəmə hesab edir ki, həmin əmr qəbul edildiyi vaxtdan əhəmiyyətsiz olduğundan həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qanunsuz hesab edildiyindən, xitam verilmiş əmək müqaviləsinə yenidən xitam verilməsi barədə əmr etibarlı hesab edilə bilməz.
75. Məhkəmə onu da qeyd edir ki, cavabdeh MMC məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
76. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndi üzrə işçilərin pul tələblərinə 1 illik iddia müddəti tətbiq edilir və maddənin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməlidir.
77. Həmin maddənin 7-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
78. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
79. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, arayışın təqdim edildiyi gündən iddia müddətinin axımı bərpa olunur.
80. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə iddia müddəti keçməmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli əmrlə ona ödənilməli olan pul məbləğinin ödənilməsi barədə hazırki iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə vermiş, bu barədə mediasiya təklifini isə qarşı tərəfə xx.xx.2024-cü il tarixdə ünvanlamışdır.
81. Məhkəmə hesab edir ki, digər hissələrdə iddia tələbi əsassız olduğundan həmin hissələrə iddia müddətinin tətbiqi məsələsinin müzakirə edilməsinə zərurət yoxdur.
82. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı Namik Tokdemirin xeyrinə 25500 manat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 45900 manat ödənc, cəmi 71400 manat tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
83. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin 332-İR/x saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı Namik Tokdemirin xeyrinə 25500 (iyirmi beş min beş yüz) manat mükafat və həmin məbləğə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesablanmış 45900 (qırx beş min doqquz yüz) manat ödənc, cəmi 71400 (yetmiş bir min dörd yüz) manat tutulsun. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva