Məhkəmə qərarları › İş №e-2(060)-4765/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4765/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4765/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir. İddia ərizəsidə iddiaçının yaşayış yeri kimi kimi Şabran rayonu, Gəndov kəndi qeyd edilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı da onun yaşayış yerinin Şabran rayonu, Gəndov ərazi dairəsi, Gəndov kəndi olması müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsidə cavabdehin qeydiyyat ünvanı kimi ünvan 1hin iddia ərizəsində göstərilən ünvanda qeydiyyatda olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı cavabdehin Sumqayıt şəhərində qeydiyyatda olmasına dair heç bir məlumat aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (36.9.). Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Məhkəmə hesab edir ki, iddiaçının yaşayış yeri Sumqayıt şəhəri olmadığından, cavabdehin qeydiyyat ünvanına dair hər hansı bir sənəd təqdim edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar