Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4848/2025 13.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) alimentin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən hazırki tarixədək İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında iddiaçıdan Cavabdeh xeyrinə tutulmuş alimentin cavabden tutularaq İddiaçı geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin ləğv edilməsi və iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixindən alimentdən imtina etdiyini və alimentlə bağlı gələcəkdə hər hansı iddia qaldırmayacağına razılaşıb bu barədə öhdəlik götürsə də, alimentdən imtina etməsi barədə icra şöbəsində ərizə yazmaqdan imtina edir, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmaqda davam edir. Ona görə də, yuxarıda qeyd edilənlərə əsasən, hazırda iddia tələbinin dəyişdirilərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən Cavabdeh alimentdən imtina etdiyindən, xx.xx.2024-cü il tarixdən hazırki tarixədək İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında Cavabdeh xeyrinə tutulmuş alimentin cavabden tutularaq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MŞS/MT030/2023/0227 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Hacıyeva X3 Elşən Nazim oğlu ilə birgə nikah dövründə anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 bioloji atasının İddiaçı olmadığını təsdiq etmiş və İddiaçı gələcəkdə atalığın müəyyən edilməsi barədə hər hansı iddia qaldırmayacağı öhdəlik götürmüş, mediasiya prosesində İddiaçı uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixinədək aliment ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də Cavabdeh xx.xx.2024-cü il tarixindən alimentdən imtina etdiyini və alimentlə bağlı gələcəkdə hər hansı iddia qaldırmayacağına razılaşmış və öhdəlik götürmüşdür, mediasiya prosesində İddiaçı Cavabdeh Saziş imzalandığı an 6200 manatı nağd şəkildə ödəməyi və əlavə olaraq 1500 ( min beş yüz) manat məbləğində pulu isə 6 ( altı ) ay müddətinə, xx.xx.2023-cü il tarixdən - xx.xx.2024 cü il tarixədək ödəyəcəyinə dair öhdəlik götürmüş, İddiaçı gələcəkdə Cavabdeh qarşı X1 üçün ödədiyi alimentin geri qaytarılması ilə bağlı heç bir iddia qaldırmayacağına dair öhdəlik götürmüşdür. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6332/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı 778 saylı nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçı Cavabdeh Mayis qızının himayəsində saxlanılması, nikah pozulduqdan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1384/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş X2 atası olmamasının müəyyən edilməsi, X2 doğum haqqında akt qeydləri kitabında 16 iyul 2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatlar silinməklə X2 doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatların ləğv edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6332/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. MŞS/MT030/2023/0227 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə Hacıyeva X3 Elşən Nazim oğlu ilə birgə nikah dövründə anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 bioloji atasının İddiaçı olmadığını təsdiq etmiş və İddiaçı gələcəkdə atalığın müəyyən edilməsi barədə hər hansı iddia qaldırmayacağı öhdəlik götürmüş, mediasiya prosesində İddiaçı uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixinədək aliment ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də Cavabdeh xx.xx.2024-cü il tarixindən alimentdən imtina etdiyini və alimentlə bağlı gələcəkdə hər hansı iddia qaldırmayacağına razılaşmış və öhdəlik götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1384/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş X2 atası olmamasının müəyyən edilməsi, X2 doğum haqqında akt qeydləri kitabında 16 iyul 2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatlar silinməklə X2 doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatların ləğv edilməsi qət edilmişdir. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X2 bioloji atası olmadığından xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan aliment ləğv edilməli, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan aliment ləğv edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4848/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4848/2025
13.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver