Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4871/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 4910 manat məbləğində sığorta ödənişi, 69,10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4979,10 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Koroğlu-Lermontov küçələrinin kəsişməsində "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan “QAZ 3110 minik”markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sumqayıt şəhəri DYPŞ-nin müvafiq inzibati xəta haqqında protokoluna əsasən “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1-cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Sığorta hadisəsi nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4910 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 4910 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4871/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, avtomobili bir il öncə etibarnamə ilə satmışdır. O, etibarnaməni Cavabdeh1 deyil, başqa şəxsə vermişdir. Həmin etibarnamə isə qüvvədən düşüb. Onun etibarnamə verdiyi şəxs də avtomobili başqa adama satıb. Onun qəzaya heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Dəymiş ziyan iddia ərizəsində tələb edilən məbləğdən azdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı və “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. 0214829 nömrəli inzibati xəta haqqında protokola əsasən “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 (nəqliyyyat vasitəsinin etibarnamə olmadan idarəedilməsinə görə), 327.1-cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, avtomobilin mülkiyyətçisi X2r. “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4910 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 4910 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X3 etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər vermişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X1 etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər vermişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. xx.xx.2022-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4910 manat məbləğində pulun 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə məhəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6236 saylı ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə “AutoColorS” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Honda Accord” markalı, **-ZT-*** dövlət qeydiyyat nişa avtomobilin 2020-ci ilin oktyabr ayına olan təmirbərpa xərci avtoehtiyat hissələri köhnəlmə faizi tətbiq edilməklə təxminən 4130 manat müəyyən edilir. İş materialına yol nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 69,10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən sığortalanmış avtomobil Cavabdeh1 təqsiri ucbatından sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilin sahibinə sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdehlər tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Cavabdeh tərəfindən idarə olunan “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Cavabdeh1 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Cavabdeh1 yol hərəkəti qaydalarını pozması nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Həmin ziyan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. “İcbarı sığortalar haqqında” Azərbaycan Respublıikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşdən göründüyü kimi Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı başqa bir şəxsə etibarnamə vermiş və avtomobili onun istifadəsinə vermişdir. Avtomobilin Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilməsi Cavabdeh2 iradəsində asılı olmayan səbəbdən baş vermişdir. Bu səbəbdən iddiaçının subroqasiya qaydasında pul tələbi Cavabdeh2 aid hissədə təmin edilə bilməz. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə “AutoColorS” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Honda Accord” markalı, **-ZT-*** dövlət qeydiyyat nişa avtomobilin 2020-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələri köhnəlmə faizi tətbiq edilməklə təxminən 4130 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 69,10 manat dövlət rüsumunun 40 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4130 (dörd min yüz otuz) manat məbləğində pul və 40 (qırx) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4871/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4871/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver