Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4877/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 1235,00 (bir min iki yüz otuz beş) manat məbləğində sığorta ödənişinin, 32,35 (otuz iki manat, 35 qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 1267,35 (bir min iki yüz altmış yeddi manat,35 qəpik) manat məbləğində pulun Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Ziya Bünyadov prospektində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Chevrolet Aveo minik” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X1 idarə etdiyi “Mercedes Benz E220 minik” markalı, 99 EM187 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. AR DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokola, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, “Chevrolet Aveo minik” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Daha sonra Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100,00 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Chevrolet Aveo minik” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx"ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair akta əsasən hadisə nəticəsində “Mercedes Benz E220 minik”markalı, 99 EM187 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1235,00 (bir min iki yüz otuz beş manat) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, 584/22 saylı sığorta aktına və xx.xx.2022-ci il tarixli, №AZ0012368 saylı ödəniş tapşırığına əsasən 1235,00 (bir min iki yüz otuz beş) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Mercedes Benz E220 minik” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 "xxxx" ASC-də olanAZ11NABZ******************** saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/1251 saylı məktubdan görünür ki, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsində iştirak etmək üçün cavabdehə məktub göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/1251 saylı məktubdan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1235 (bir min iki yüz otuz beş) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdeh tərəfindən geri ödənilməsi tələb edilmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvan düzgün olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş “İcbari Sığorta Müqaviləsinə Dair Məlumat”ın surətindən müəyyən edilir ki, X2 özünə məxsus “Chevrolet Aveo” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığorta etdirmişdir. İş materiallarında olan PBA-413/22 nömrəli “Sığorta aktı”nın surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığoratlanmış xx.xx.2022-ci il tarixdə, saat 17:05-də Ziya Bünyadov prospektində sığortalanmış “Chevrolet Aveo” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E220” markalı ** FM *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan Əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair aktın surətindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər: arxa sol stop-320 manat, qabaq sol fara-300 manat, üzlük-100 manat, kapotun plasmas dili-5 manat, dəmirçi-160 manat, rəngsaz-280 manat, armaturçu-40 manat, plasmas ustası-30 manat, yekun məbləğ-1235 manat təşkil edir. İş materiallarında olan “İnzibati Tənbeh vermə haqqında” TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:20-də idarə etdiyi “Chevrolet Aveo minik” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə haqqında tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məssuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1235 (bir min iki yüz otuz beş) manat məbləğində sığorta ödənişinin və 32 (otuz iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumu, cəmi 1267 (bir min iki yüz altmış yeddi) manat 35 (otuz beş) qəpik iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1235 (bir min iki yüz otuz beş) manat məbləğində sığorta ödənişinin və 32 (otuz iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumu, cəmi 1267 (bir min iki yüz altmış yeddi) manat 35 (otuz beş) qəpik iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-4877/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4877/2022
05.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver