Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-500/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 iyul 2014-cü il tarixində, nikahın bağlanması haqqında akt qeydləri kitabının 1341 №-li qeydi ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Lakin, 2002-ci ildən faktiki ailə münasibətləri vardır. Övladları 14 oktyabr 2003-cü il təvəllüdlü X5 və 06 avqust 2006-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hər iki övladı üçün atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh atalığı müəyyən edilmişdir. Hal-hazırda münasibətləri pozulmuşdur. Nikahları formal xarakter daşıyır, ailələri dağılmış və bərpası mümkün deyildir. Hazırda cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan 06 avqust 2006-ci il təvəllüdlü övladı X3 maddi köməklik göstərilmir. Övladının maddi tələbatları onun tərəfindən ödənilir. Hal-hazırda uşağın saxlanılması üçün tələb olunan maddi vəsaitin ödənilməsində çətinliklər yaranır. Bu səbəbdən onun əvvəlki təminatlarının səviyyəsinin təmin edilməsi məqsədi ilə Cavabdeh övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etməyə məcburdur. Tərəfindən 29.10.2021-ci il tarixdə Cavabdeh bu tələblər ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif məktubu şəklində göndərilmiş, lakin şəxsin qeydiyyatda olduğu ünvana sürətli poçtun əməkdaşı yaxınlaşsa da, ərazi nömrələnmədiyi üçün ünvanı müəyyən edə bilməmişdir. Beləliklə, mediasiya prosesinin tətbiqi barədə müraciət tərəfə çatdırıla bilməmiş, buna görə də tərəflə qarşılıqlı razılıq əldə olunmamış və məcburi mediasiya sessiyasının keçirilməsi məqsədilə Mediasiya Şurasına müraciət edilmişdir. X1 tərəfindən tərəflərə ilkin mediasiya sessiyasında iştirak edilməsinə dair dəvət məktubu göndərilmişdir. Beləliklə, X1 vasitəsilə 22 noyabr 2021-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış qəbul edilmişdir. Buna görə də, məhkəməyə müraciət edilməsi qərarına gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh arasında 22 iyul 2014-cü il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabının 1341 №-li qeydi ilə bağlanmış nikahın pozulması, övladları 06 avqust 2006-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsi, 06 avqust 2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəmə tərəfindən verilmiş 3 ay müddət ərzində tərəflərin barışmadıqlarını, əldə etdikləri məlumata görə Cavabdeh nikahın pozulması və uşağın ananın himayəsində qalmasına razı olduğunu bildirdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Həmid-D Firmasında direktor vəzifəsində işləyir, qazancı barədə isə məlumatları yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 22.11.2021-ci il tarixdə saat 11:00- 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı (nümayəndəsi vasitəsilə) ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 22.07.2014-cü il tarixində akt qeydləri kitabında 1341 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 515842 saylı və AZ-İ seriyalı 141356 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 14.10.2003-cü il, X4 isə 06.08.2006-cı il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları isə İddiaçıdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 14.10.2003-cü il, X4 isə 06.08.2006-cı il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə yaşamaları və ailənin saxlanılması qeyri-mümkündür. Tərəflər uzun müddətdir ki, bir yerdə yaşamır, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Məhkəmə, göstərilənləri, işin məhkəmə iclasında araşdırılan hallarını, eyni zamanda tərəflərin məhkəmə tərəfindən verilmiş vaxt ərzində barışmadıqlarını nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 22.07.2014-cü il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1341 №-ilə qeyd edilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Uşağın mənafeyini, onun ana qayğısına daha çox ehtiyacı olmasını və faktiki olaraq ananın himayəsində olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 06.08.2006-cı il təvəllüdlü X4 İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, 06.08.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 noyabr 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 22.07.2014-cü il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1341 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahınlarından olan 06.08.2006-cı il təvəllüdlü X4 İddiaçı yanında qalsın. Cavabdeh 25.11.2021-ci il tarixdən etibarən 06.08.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-500/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-500/2022
15.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver