Məhkəmə qərarları › İş №e-2(060)-5042/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5042/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5042/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6.500 manat məbləğində sığorta ödənişinin, ödənilmiş 85.40 manat dövlət rüsumu olmaqla, cəmi 6585.40 manat pulun müştərək qaydada tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddianın qiyməti 5000 manatdan çox olduğundan verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildir. AR MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Mülki iş materiallarından görünür ki, ərizəyə 85 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə AR MPM-nin 284-4.1.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən AR MPM-nin 284-4-cü maddəsinin tələbi pozulduğundan, kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizənin qəbulundan imtina edilməli, həmin iddiaya görə xx.xx.2022-ci il tarixdə “Asan ödəniş” sistemi vasitəsilə ödənilmiş 85 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdə “Asan ödəniş” sistemi vasitəsilə ********* nömrəli qəbzlə ödəmiş olduğu 85 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar