Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5112/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin azaldılaraq hər ay iddiaçının qazancı və digər gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2018-ci ildə nikaha daxil olmuş və onların xx.xx.2020-ci il təvəllüdlü X9 adlı bir övladı var. Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4485/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı ilə X2 26 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci il aprel ayının 26-günündə 406 №-ilə qeyd edilmişdir. Onların xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı 2 övladları vardır. İddiaçı bildirir ki, o Çinarə Quliyeva ilə hələ də rəsmi nikahdadır və eyni ünvanda yaşayırlar. Ç.M.Quliyeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 onun himayəsinə verilməsi və cavabdehdən hər ay cavabdehin əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3045/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi ilə məhkəmə tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılmaqla cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) bir hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub X1 verilməsini qət etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı üç uşağa görə aliment ödəyir. Qət edilmiş məbləğ isə iddiaçını maddi cəhətdən sıxıntıya salır. Həmçinin nəzərə də almaq lazımdır ki, iddiaçı hazırda ailəlidir və saxlamalı olduğu bir aliləsi var. Nəinki uşaqlar, evinin də maddi ehtiyaclarını ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq yalnız məhkəmə hazırlıq iclasında iştirak etmiş, sonrakı iclaslara gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 atası İddiaçı, anası Cavabdeh hesab edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 atası İddiaçı, anası Cavabdehdır. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4485/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı qazancı və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3045/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılmaqla cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) bir hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub X1 verilməsi qət edilmişdir. - xx.xx.2024-ci il tarixli, №-MŞS/MT030/2024/01312 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı iştirak etmiş, və bununla bağlı 60 manat mediasiyaya dair xərc onun tərəfindən ödənmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X9 adlı bir övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4485/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin İddiaçı 26 aprel 2005-ci il tarixdən nikahda olduğu X2 ilə xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı 2 övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3045/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılmaqla cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) bir hissəsi miqdarında alimentin xx.xx.2024cü il tarixdən başlayaraq tutulub X1 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “İcra Haqqında” Azərbaycan respublikası Qanununun 65.3-ci maddəsinə əsasən Alimentlərin tutulması əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etməmidir. İddiasının əsası kimi xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladlarına Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3045/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) bir hissəsi miqdarında alimentin tutulmasını qeyd edir. Məhkəmə iddiaçının bu əsaslanmasına tənqidi yanaşır, belə ki, qətnamədən göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmışdır və belə olan halda iddiaçının məhz Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3045/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin azaldılmasına dair Məhkəməyə müraciət etməsi daha məqsədə müvafiq olardı. İddiaçının gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4485/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin azaldılaraq hər ay iddiaçının qazancı və digər gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5112/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5112/2024
12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver