Məhkəmə qərarları › İş №e-2(060)-5141/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5141/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5141/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3965,6 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 60,06 manat, ümumilikdə, 4016,66 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Lincoln Navigator” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta təminatı almış "xxxx" Firmasına məxsus, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küç.,24A ünvanında yerləşən qeyri- yaşayış obyektinə (YDM) və “Opel Astra H” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Sumqayıt şəhər DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Firmasına məxsus, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dəymiş 10000 manat məbləğində maddi zərərə görə 2500 manat azadolma məbləği çıxılmaqla, 7500 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Sığorta ödənişinin 3534,4 manat məbləğində hissəsi zərərvuran “Lincoln Navigator” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortasını sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməklərinin üzrlü hesab edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küç.,24A ünvanında yerləşən qeyri- yaşayış obyekti (YDM) "xxxx" Firmasının tam mülkiyyətindədir. - RAZ********** saylı Sığorta aktının sürətindən görünür ki, "xxxx" Firmasına məxsus, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küç.,24A ünvanında yerləşən qeyriyaşayış obyekti (YDM) xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də “Daşınmaz əmlakın icbari sığortası” ilə sığortalanmışdır. - xx.xx.2024-cü il tarixli qəbzin sürətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 7500 manat vəsait köçürülmüşdür. - Sumqayıt şəhər DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. - dəymiş zərərin ilkin hesabatı barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, almış "xxxx" Firmasına məxsus, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küç.,24A ünvanında yerləşən qeyri- yaşayış obyektinə (YDM) 10000 manat maddi zərər hesablanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Lincoln Navigator” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta təminatı almış "xxxx" Firmasına məxsus, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küç.,24A ünvanında yerləşən qeyri- yaşayış obyektinə (YDM) və “Opel Astra H” minik markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Sumqayıt şəhər DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Firmasına məxsus, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dəymiş 10000 manat məbləğində maddi zərərə görə 2500 manat azadolma məbləği çıxılmaqla, 7500 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli iddia tələbi 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3965,6 manat olduğundan cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 60,06 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh "xxxx" Firmasına məxsus, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küç.,24A ünvanında yerləşən qeyri- yaşayış obyektinə (YDM) dəymiş ziyana görə ödənilmiş 3965,6 manatın və ödənilmiş 60,06 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərər olaraq 3965,6 manat və ödənilmiş 60,06 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar