Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-537/2023 27.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının hamiləliyi dövründə və uşağın doğulduğu gündən uşağın üç yaşı tamam olana kimi hər ay 100 manat məbləğində aliment ( maddi yardım ) və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın tanışlarının vasitəçiliyi ilə qısa tanışlıqdan sonra 06 fevral 2022-ci il tarixdə ailə qurmuşdur. İki tərəfdən qohumlar, dostlar və tanışlar bu münasibətlə təşkil olunmuş yığıncaqda iştirak etmişdir. Bu evlilik hər ikisinin ikinci evliliyidir. Həmin gün cavabdeh iddiaçını Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ona müqavilə əsasında verdiyi Sumqayıt şəhəri, 12-ci mkr, X4 1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə köçürmüşdür. Valideynləri tərəfindən verilmiş cehiz və məişət əşyaları həmin mənzilin iki otağında yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Bundan sonra tərəflər arasındakı münasibətlər pozulmuş, cavabdeh iddiaçını hamilə vəziyyətdə evdən qovmuşdur. Bu yaxınlarda uşaq doğulmalıdır. İddiaçının dəfələrlə müayinə və müailicəyə ehtiyacı olmuşdur. Lənkaran şəhərində tikintidə işləyib 1200 manat və ondan da artıq əmək haqqı almasına baxmayaraq, bir dəfə də olsun iddiaçını həkimə aparmamış və maddi cəhətdən kömək göstərməmişdir. Hər dəfə dava dərman pul lazım olduğunu bildirəndə narazılıq etmişdir. Analizlərin və dava-dərmanların alınması üçün qohumlardan və tanışlardan 2200 manat borc pul almışdır. Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli ASM xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixdən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində “17-18” həftəlik düşük təhlükəsi” diaqnozu ilə qeydyyata durmuş, hal-hazırda “34-35 həftə hamiləlik” diaqnozu ilə nəzarətdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdehin hər ikisinin ikinci evliliyidir və onlar cəmi 3 ay mehriban yaşamışdır. Cavabdeh dəfələrlə iddiaçıdan ona pul verməsini istəmiş, iddiaçı da atasından pul alaraq, bankdan kredit götürərək cavabdehə pul vermişdir. Lakin iddiaçı cavabdehə pul verməməyə başlayandan sonra tərəflər arasındakı münasibət gərginləşmişdir. Cavabdeh digər nikahda olarkən doğulan uşağı üçün daha az məbləğdə aliment verməsi üçün öz faktiki gəlirini gizlədir, tərəflərin birgə yaşadıqları dövrdə cavabdehin əmək haqqısı 1200 manat və daha artıq olmuş, buna baxmayaraq, cavabdeh iddiaçının hamiləliyi dövründə iddiaçıya maddi cəhətdən kömək etməmişdir. Hətta cavabdeh iddiaçının cehiz əmlaklarını evdən çıxardaraq harasa qoymuşdur, hansı ki hazırda cehiz əmlaklarını hara qoyduğunu bilmirlər. İddiaçının cavabdehdən xx.xx.2022-ci il tarixində X2 adlı uşağı doğulmuşdur. İddiaçı işləmir, uşağa baxır, kirayədə qalır, habelə 2023-cü il üçün uşaqların yaşayış minimumu 220 manat təşkil edir, odur ki, qeyd etdikləri nəzərə alınmaqla iddiaçının hamiləliyi dövründə və uşağın doğulduğu gündən uşağın 3 yaşı tamam olana kimi hər ay 100 manat maddi yardımın və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 27 sentyabr 2022-ci il tarixində nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin nikah 127 nömrəsi ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixində doğulan X1 atası Cavabdeh, İddiaçıdır. - MŞB-5-03672 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilə telefon əlaqəsi zamanı mediasiya prosesində iştirak etməkdən imtina etdiyini bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli ASM xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixdən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində “17-18” həftəlik düşük təhlükəsi” diaqnozu ilə qeydiyyata durmuş, hal-hazırda “34-35 həftə hamiləlik” diaqnozu ilə nəzarətdədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində nikahdan kənar, xx.xx.2022-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Evliliklərinin ilk 3 ayı müddətində münasibətləri normal olsa da sonradan münasibətlər pislərmişdir. İddiaçının hamiləliyi müddətində cavabdeh tərəfindən ona maddi köməklik olunmamışdır. Məhkəmə icraatı gedişatında xx.xx.2022-ci il tarixində X2 adlı övladları doğulmuşdur. İddiaçı iddia tələbini müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1.-ci 84.2.2.-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci və 84.2.2-ci maddələrinə əsasən maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Normanı əsas tutaraq Məhkəmə hesab edir ki, iddiaçının hamiləliyi dövründə və uşağın doğulduğu gündən uşağın üç yaşı tamam olana kimi olan aliment Məhkəməyə mütacit edilən gündən, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan aliment isə uşaq doğulan gündən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Arzuman qızına ödənilməli, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X1 3 (üç) yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Arzuman qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, hazırda cavabdeh tərəfindən ödəniləcək aliment məcmusu aylıq 270 manat təşkil etdiyindən, bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan 10000 manatadək həcmdə olduğu üçün (hazırki halda 270x12=3240) qanunvericiliyin tələbinə əsasən 52,4 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Arzuman qızına ödənilsin. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X1 3 (üç) yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Arzuman qızına ödənilsin. Ödənilməli olan 52,4 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-537/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-537/2023
27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver