Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5456/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı Cavabdeh ilə 18 may 2015-ci ildə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulması, uşaqların yaşayış yerinin iddiaçının yanında müəyyən olunması və xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa ayda 193 manat olmaqla ümumilikdə 386 manat alimentin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikahdan kənar ailə qurmuşdur. Nikahlarını 18 may 2015-ci ildə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Onların xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. Nikahın pozulması barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, nikah dövründə aralarındakı münasibətlər daha da kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinn bərpa olunması mümkün deyildir. Artıq neçə vaxtdır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Məhkəməyə müraciət etməzdən öncə mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2022-ci il tarixdə təşkil etdiyi lkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehlə həmin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatının mediatoru X8 tərəfindən MŞB/-5- 02218, xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış“ verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Bildirdi ki, məhkəmə tərəfindən barışmaqları üçün vaxt verilməsinə baxmayaraq aralarında barışıq əldə edilməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə etdi. Bildirdi ki, ailənin bərpası mümkün deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulmasına razı olmadığını bildirmişdir. Məhkəmə iclasında dinlənilən azyaşlı xx.xx.2009-cu il təvəllüdlü X7 məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirdi ki, orta məktəbin 7-ci sinif şagirdidir, dərslərini normal oxuyur, anası və qardaşı ilə birlikdə qalır. Qardaşı ilə birlikdə məktəbə gedirlər, anası ilə birlikdə qalmaq istədiyini bildirdi. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - Sumqayıt “ASAN Xidmət” X4 verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1133 nömrəsi ilə qeydiyyat aparılmışdır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü Qiyasov Çi ngiz Vüsal oğlu, xx.xx.2015-ci il təvəllüdlü X9 adlı iki övladları vardır. - xx.xx.2022-ci il tarixli, №-MŞB-5-02218 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2015-ci il tarixində Sumqayıt “ASAN Xidmət” X5 qeydiyyata alınmışdır. Onların xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladları vardır. İddiaçı iddia tələbini müdafiə edir. Tərəflərə məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq aralarında barışıq əldə edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” X5 xx.xx.2015-ci il tarixdə bağlanmış, 1133 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə nikahdan olan uşaqların azyaşlı olmasını, azyaşlı uşağın ana qayğısına daha çox ehtiyacı olmasını, azyaşlı uşağın fikirlərini, uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcürbəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minumum dolanacaq xərclərində az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlmaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən azad olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” X5 xx.xx.2015-ci il tarixdə bağlanmış, 1133 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalmalı, xx.xx.2009cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən - Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” X5 xx.xx.2015-ci il tarixdə bağlanmış, 1133 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalsınlar. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5456/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5456/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver