Məhkəmə qərarları › İş №e-2(060)-559/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-559/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-559/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X3 vəxx.xx.2010-cu il təvəllüdlü X1 iddiaçının yanında qalması və cavabdehdən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra onun yanında saxlanılması, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3165 ünvanında yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarışa əsasən arvadı İddiaçı adına qeydə alınmış 0,0845 ha torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş ümumi birgə mülkiyyət hesab edilməsi və üzərində 1/2 hissədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 1/2 hissədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda ilkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin qarşılıqlı iddiaçı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddiaçı və qarşılıqlı iddiaçı ərizəsinin və sənədlərinin qaytarılmasını xahiş etdiyindən ilkin və qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilkin İddiaçı geri qaytarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qarşılıqlı iddia tələblərinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar