Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-5783/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli, Məhəllə 1963 ünvanında yerləşən Kreditor Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, borcludan Kreditor MMC-nin xeyrinə 415 manat əsas borc, 65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 480 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu Borclu Məcid qızı Kreditor MMC arasında 05.12.2019-cu il tarixli, PRL-029-0282-19 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktında qeyd edilmiş malları borcluya satmağı, borclu isə həmin malların 2325 manat məbləğində olan dəyərini 18 ay müddətində ilk 17 ay 130 manat, sonuncu ay 115 manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüşdür. Kreditor malları borcluya təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyi yerinə yetirsə də, borclu öhdəliklərin icrasından yayınmışdır. Borculunun 05.12.2019-cu il tarixli, PRL-029-0282-19 saylı nisyə alqı-satqı müqaviləsi üzrə kreditora 415 manat əsas borc, 65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 480 manat manat borcu qalmışdır. Odur ki, borcludan 480 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 500 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş edilir. İş materiallarında olan 08.06.2021-ci il tarixli, 03-06 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh Borclu Kreditor MMC-ə 05.12.2019-cu il tarixli, PRL-029-0282-19 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 480.00 AZN borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ona görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 8 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 415 (dörd yüz on beş) manat əsas borc, 65 manat cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 500( beş yüz ) manat məbləğində pul tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(060)-5783/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-5783/2021
21.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver