Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5785/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 09.08.2018-ci il tarixli, №SQK03703 saylı nisyə satış müqaviləsi üzrə əsas borc 1999 manat, 599,7 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in əmr icraatını tənzimləyən 23-cü fəslinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Göründüyü kimi Kreditor MMC kredit təşkilatı olaraq tələb etdiyi borc məbləği ilə bərabər borclunun mübahisə də biləcəyi məbləğdə cərimə tələb etdiyindən hazırki iş üzrə ərizəyə əmr icraatı qaydasında baxıla bilməz. Belə ki, Kreditor MMC-nin borclu arasında bağlanmış müqavilənin müddətinin 09.08.2019-cu il tarixdə bitməsinə baxmayaraq kreditor 1999 AZN əsas borcu və ona hesablanmış 599,7 AZN məbləğində cəriməni tələb edir. Belə olan halda, Kreditor MMC-nin borcluya qarşı tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5785/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5785/2021
22.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver