Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6263/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – “Kreditor" MMC-nin borclu – Borclu (ünvanı: ünvan 1ərimə borclu olmaqla, cəmi 544,12 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Kreditor – “Kreditor" MMC ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu 418,56 manat əsas borc, 125,56 manat cərimə borcu olmaqla, cəmi 544,12 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, kreditor – iddiaçı Kreditor MMC ilə cavabdeh Borclu arasında bağlanmış 14.05.2017-ci il tarixli ST25899 N-li Nisyə satış müqaviləsinə əsasən cavabdehə 785,56 manat məbləğində məişət məhsulunu kreditlə nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, cavabdeh kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 59 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 1.1 “Satıcı” Alıcı”ya siyahısı Təhvil-Təslim aktında göstərilən (Mal)ları satır. “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcı”ya ödəyir. 1.2 “Satıcı” bu müqaviləyə əsasən 785,56 manat olan avadanlığı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə 80 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. 3.1 ödəniş müddəti bitənə qədər nisyə satılmış mal Kreditor MMC-nin girovu hesab olunur. Borc bitənə qədər nisyə satmış mal Kreditor MMC-nin girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlanıla bilməz. Ödəniş gecikdirildiyi halda, “Satıcı” istənilən vaxt 2.4.2 bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Borclu (ünvanı: ünvan 1ərimə və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 564,12 manat məbləğində borcun kreditor “Kreditor" MMC -nin (ünvan: Bakı şəh., Nəsimi ray, N.Yusifbəyli, 42C) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-6263/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6263/2021
09.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver