Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-627/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq onun Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ödəməli olduğu aliment üzrə yaranmış 2150 manat aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 Elxan Ağasəlim oğlu ilə xx.xx.2003-cü il tarixində nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin sonralar Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və hər iki uşaq onun himayəsində saxlanılmışdır. Daha sonra cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 20 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə qət olunmuşdur. O, hazırda ticarət obyektində satıcı işləyir. Məvacibi 343 manat təşkil edir. Hər ay borc xərc də olsa övladlarına aliment ödəyirdi. X2 onlar nikahda olan zaman özünə məxsus maşını uşaqları aparıb gətirmək üçün Elxana sürmək üçün Elxana etibarnamə ilə vermişdir. Elxan maşını anasına qaytarmaq istəməmiş və razılaşmışdır ki, maşını və anasının ona verdiyi pulu alimentlə əvəz etsin. Bu barədə hər ikisi notariat kontoruna gedib müqavilə bağlamışdır. Təxminən bir neçə aydan sonra verdiyi razılaşmanı pozaraq yenidən məhkəməyə və icra idarəsinə müraciət etmişdir ki, indi də aliment istəyir. Burada Elxanın məqsədi pulun yığılması və onu sıxışdıraraq mülki iddiasından imtina etdirmək olmuşdur. O da onun şərtləri ilə razılaşmamışdır. Bundan sonra sözügedən qətnaməni icraya yönəltmişdir. Hazırda xeyli miqdarda (icra idarəsindən deyilənə görə 2150 manat) aliment borcu yaranmışdır. BU yaranmış 2150 manat alimnet borcunun ödənilməməsi onun maddi imkanının yol verməməsi ilə əlaqədardır. O da məcburiyyət qarşısında məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin avtomobilin ona verilməsi ilə bağlı aliment tələbindən imtina etdiyini, buna görə iddiaçı tərəfindən aliment ödənişlərinin həyata keçirilmədiyini və bu səbəbdən aliment borcunun silinməsini istədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, aralarında barışıq əldə olunmamışdır. Son vaxtlar az miqdarda olsa da, aliment ödəməyə başlamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 oktyabr 2023-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı 2150 manat məbləğində alimenti ödəmək öhdəliyindən azad olunması tələbini onunla əsaslandırır ki, cavabdehlə aralarındakı razılaşmaya əsasən anasına məxsus avtomobili cavabdehin istifadəsinə vermişlər, cavabdeh də aliment tələbindən imtina etmnişdir. Məhkəmə qeyd edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun yaranmasının əsası kimi cavabdehlə aralarında bağlanmış razılaşmaya istinad edir və icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Məhkəmə hesab edir ki, iddiaçı borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2150 manat məbləğin silinməli olması ilə əsaslandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-627/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-627/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver