Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6281/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Kreditor X2 Borclu qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: Kreditor X3 Borclu qızına qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu kreditor X2 xeyrinə 2470( iki min dörd yüz yetmiş) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, kreditorun tələbi aşkar olduğundan, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından ərizə təmin edilməlidir. İş materiallarında olan kreditor X3 ilə Borclu arasında bağlanmış 11.02.2018-ci il tarixli 310493 №-li alqı-satqı müqaviləsindən görünür ki, Borclu kreditor X1 qiyməti 2900 manat olan Samsung UE55M6500 markalı televizor, qiyməti 990 manat olan Galanz W60B1A401Mln markalı qabyuyan maşını 18 aya hər ay üçün 206,11(iki yüz altı manat on bir) manat ödəmək şərti ilə hissə-hissə ödəmək şərti ilə almışdır. İş materiallarında olan 25.02.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Borclu 11.02.2018-ci il tarixli 310493 №-li alqı-satqı müqaviləsi üzrə aldığı Samsung UE55M6500AU markalı televizora və Galanz W60B1A401Mln markalı qabyuyan maşına görə 18 ay müddətində hər ay 206,11 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, Borclu kreditor X1 11.02.2018-ci il tarixli 310493 №-li alqı-satqı müqaviləsində nəzərdə tutulmuş Samsung UE55M6500AU markalı televizoru və Galanz W60B1A401Mln markalı qabyuyanı təhvil almışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı X3 tərəfindən Borclu 11.02.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, borcluya müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan kreditor X3 tərəfindən verilmiş arayışdan görünür ki, Borclu 11.02.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3710 manat əsas borcundan 1240 manat ödəniş etmiş, 2470 manat əsas borcu qalmışdır. Məhkəmə hesab edir ki, iş materiallarından olan sənədlərdən görünür ki, sənədlərin hər biri qaydasındadır və icraata alınmaması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci və 276.2.2-ci maddələrinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə əmri verilməsi üçün kreditor tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Borclu kreditor X2 xeyrinə 2470 (iki min dörd yüz yetmiş) manat əsas borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6281/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6281/2021
08.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver