Məhkəmə qərarları › İş №e-2(060)-6290/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6290/2021

07.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6290/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Abdullayev Emin Ağamusa oğlu, kreditor X1 (ünvan: - Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi,ev 2, mənzil 7) xx.xx.1972-ci ildə Masallı rayonu, Boradigah kəndində doğulmuş Borclu (ünvan: - Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 37, mənzil 4, tel: ***-***-**-**) “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor X2 4419 manat əsas borc və 20 manat dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər (276.1.). Tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər (276.2.2.). Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, kreditor və borclu arasında bağlanmış 15.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya 15 ay müddətinə ümumi qiyməti 6157 manat dəyərində olan “Versal” modelli yataq dəsti, “Tulpan” modelli qonaq mebel dəsti və “Amor” künc divanı satmışdır. Lakin borclu öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə kreditora borcu qalmışdır. İş materiallarında olan 23.06.2021-ci il tarixli maliyyə arayışına əsasən borclunun əsas borc üzrə 4419 manat ,cərimə olaraq isə 150 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya 4419 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). MPM-in 119.1 və 281.1.7-ci maddələrinə əsasən, kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul da borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 4419 (dörd min dörd yüz on doqquz) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu kreditor X1 xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar