Məhkəmə qərarları › İş №e-2(060)-6397/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6397/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6397/2023 26.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki övladı vardır. Cavabdeh ilə xasiyyətləri tutmadığından onunla ayrı yaşayırlar. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Övladlarımnn hər ikisi limfodenit xəstəliyindən əziyyət çəkir. Onların daim müalicəyə ehtiyacı vardır. Bu səbəbdən iddiaçı çətinlik çəkir. Heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh özü gündəlik fəhləliklə məşğuldur. Onun aylıq gəliri 500-600 manat təşkil edir. O gəlir əldə etsə də, uşaqların saxlanmalarına maddi köməklik göstərmir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsi təqdim edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki övladı vardır. Bir müddət cavabdeh ile yaxşı ailə münasibətləri olsa da, bu münasibətlər sonradan pisləşmişdir. Münasibətlərinin pisləşdiyi üçün artıq ayrılmaq qərarına gəlmişlər. Artıq uzun müddətdir birgə təsərrüfat idarə etmirlər, ailə münasibətləri yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etmədi. Nikahın pozulmasına razı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qismən qəbul edərək qarşılıqlı iddia tələbini müdafiə etdi. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan övladlarının analarının yanında qalmalarına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini qismən qəbul edərək qarşılıqlı iddia tələbini müdafiə etdi. İlkin iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia qisməntəmin ediməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızı arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 273 nömrəsi ilə qeydiyyat aparılmışdır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki övladı vardır. - xx.xx.2023-cü il tarixli, № MŞS/MT030/2023-02016 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci X5 tərəfindən ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hüseynli (Nəbiyeva) İddiaçı Səbuhi Rafiq oğlu ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki övladı vardır. Evliliklərinin ilk vaxtlarında münasibətləri yaxşı olsa da sonradan həmin münasibətlər pisləşmişdir, artıq tərəflər birgə təsərrüfat idarə etmirlər. Övladlarının saxlanılması üçün İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilkin iddianı qismən qəbul edir, aralarında olan nikahın pozulmasını xahiş edir, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan övladlarının analarının yanında saxlanılmalarına etiraz etmədiyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən - Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə hər ay üçün 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına ödənilməlidir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən - Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, hazırda cavabdeh tərəfindən ödəniləcək aliment məbləği aylıq 400 manat təşkil edəcəyindən bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan 10000 manatadək olduğu üçün (hazırki halda 400x12=4800) qanunvericiliyin tələbinə əsasən 68 manat dövlət rüsumu ödənilməlidir. İş materialları ilə müəyyən olunur ki, mediasiya xərci kimi İddiaçı tərəfindən 50 manat ödənilmişdir. Belə olan halda İlkin iddianın verilməsi üçün ödənilməli olan 18 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh ilə Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış, 273 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Məhkəmə atanın bu barədə razılığını, həmçinin uşaqların azyaşlı olmaları ilə əlaqədar ana qayğısına daha çox ehtiyacları olmasını nəzərə alaraq belə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anaları Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının yanında qalmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının Cavabdeh qarşı ilkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə hər ay üçün 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. İddiaçı Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının Cavabdeh qarşı ilkin iddia tələbi qalan hissədə rədd edilsin. İlkin iddianın verilməsi üçün ödənilməli olan 18 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddiaçı Cavabdeh Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına qarşı qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh ilə Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış, 273 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anaları Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının yanında qalsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar