Məhkəmə qərarları › İş №e-2(060)-6459/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6459/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6459/2020 28.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı “Beynəlxalq İnformasiya” redaksiyasının baş redaktoru Kamran Ələkbərlinin ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı “Beynəlxalq İnformasiya” redaksiyasının baş redaktoru Kamran Ələkbərli ərizə ilə məhkəməyə müraciət edərək, biədəb söyüşlərə, qəsdən pulu mənimsədiyinə və aidiyyəti orqanlara yalan məlumat verdiyinə görə Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPMnin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Lakin, iddiaçı ərizəsində cavabdehin adını (adı, soyadı və ata adı) və poçt ünvanını qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, iddiaçı “Beynəlxalq İnformasiya” redaksiyasının baş redaktoru Kamran Ələkbərli hazırki ərizəsində Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə qərar qəbul edilməsini xahiş etsə də, həmin qərarın hansı məzmunda qəbul olunmasını xahiş etdiyini bildirməmişdir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi aydın olmamaqla yanaşı, konkret deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının məhkəməyə təqdim edilmiş elektron iddia ərizəsində ümumiyyətlə iddiaçının adı qeyd edilməmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC isə cavabdeh qismində qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Beynəlxalq İnformasiya” redaksiyasının baş redaktoru Kamran Ələkbərlinin ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin152.4-cüəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Beynəlxalq İnformasiya” redaksiyasının baş redaktoru Kamran Ələkbərlinin ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar