Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6504/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və bu günə qədər ödənmiş borcun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və bu günə qədər ödənmiş borcun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixində xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ilə aralarında bağlanmış nikahın ləğvi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə aldıqları kreditin bundan sonra ödənilməsi ilə bağlı olaraq cavabdehdən bundan sonra hər ayın 28-dək xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 154.84 manat pulun alınaraq ona ödənilməsinin təmin edilməsi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə aldıqları kreditin bundan sonra ödənilməsi ilə bağlı olaraq cavabdehdən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 156.47 manat pulun alınaraq ona ödənilməsinin təmin edilməsi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə aldıqları kreditin xx.xx.2022-ci ildən sonra onun tərəfindən ödənilən 630 manatın yarısının, yəni ümumi 315 manatın və AL/34635/74/11 nömrəli 29 oktyabr 2021-ci il tarixli kredit sazişi ilə "xxxx"-da birgə nikah dövründə açdıqları Bolkart Ailə kartı ilə nikah dövrümüzdə ailə xərclərinin ödənilməsi üçün xərclədikləri 1236.44 manat borcun yarısının, yəni 618.22 manat pulun, ümumi olaraq 933.22 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən etdi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmiş, Mediyasiya mərhələsində mübahisənin mahiyyəti barədə hansı mübahisə ilə bağlı müraciət olunduğunu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və bu günə qədər ödənmiş borcun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsində forma və məzmuna əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.7-ci maddəsinin tələbinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, 152.1.6-1-ci maddəsinin tələbinə əsasən isə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3-cü maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən ərizənin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt Şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24-26, 32,151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və bu günə qədər ödənmiş borcun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6504/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6504/2022
23.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver