Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6526/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular xx xxxxxx 1992-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 1151.80 (bir min bir yüz əlli bir manat səksən qəpik) manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, 24.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya 12 ay müddətinə ümumi qiyməti 1260 ( bir min iki yüz altmış) manat dəyərində olan “HİSENSE 49N21004” markalı televizor satılmışdır. 24.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasan ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 1260 manat borcundan 108.20 manat ödəniş etmişdir. Borclu ilə Kreditor MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini hissə-hissə 12 aya hər ay üçün 105 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərini Kreditor MMC qarşısında tam icra etməyən Borclu 1151.80 (bir min bir yüz əlli bir manat səksən qəpik) manat məbləğində borcu qalmaqdadır Borcluya dəfələrlə müraciət edilməyinə baxmayaraq, borcun ödənilməsi üçün tədbir görməmiş, alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Borclu arasında bağlanmış 24.05.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Borclu "xxxx" MMC-dən dəyəri 1260 manat olan Hisense markalı televizor almışdır. İşdə olan 24.05.2018-ci il tarixli, ******* nömərli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, "xxxx" MMC dəyəri dəyəri 1260 manat olan Hisense markalı televizorı Borclu təhvil vermişdir. İş materiallarında olan 23.06.2021-ci il tarixli arayışdan görünür ki, Borclu 24.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1260 manat əsas borcundan bugünədək 108,20 manat ödəniş etmiş, 1151,80 manat əsas borcu qalmışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Borclu yazılı bildiriş ünvanlanmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx xxxxxx 1992-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 1151,80 (bir min yüz əlli bir manat səksən qəpik) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6526/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6526/2021
17.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver