Məhkəmə qərarları › İş №e-2(060)-6529/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6529/2021

17.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6529/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Kreditor "xxxx" MMC-nin Borclu qarşı pul məbləğinin ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini nəzərdə keçirib, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu 17.11.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 1170,2 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in əmr icraatını tənzimləyən 23-cü fəslinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Belə ki, kreditor "xxxx" MMC-nin borclu arasında bağlanmış müqavilənin müddətinin 17.05.2020-ci il tarixdə bitməsinə baxmayaraq kreditor əsas borcu tam tələb edir və 23.06.2021-ci il tarixli arayışda həmin borca hesablanmış 114759,65 AZN məbləğində cərimənin olduğunu qeyd edir. Belə olan halda kreditor "xxxx" MMC-nin borcluya qarşı tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kreditor "xxxx" MMC-nin Borclu qarşı pul məbləğinin ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor "xxxx" MMC-nin Borclu qarşı pul məbləğinin ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar