Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6639/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı16, İddiaçı10, İddiaçı12, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı2, X1, İddiaçı15, İddiaçı9, İddiaçı6, İddiaçı14, İddiaçı1, İddiaçı18, İddiaçı5, İddiaçı3, İddiaçı13 cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayt Melioservis İdarəsinə qarşı boşdayanma vaxtı üçün əmək haqqının və işdənçıxarma müavinətinin ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı16, İddiaçı10, İddiaçı12, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı2, X2, İddiaçı15, İddiaçı9, İddiaçı6, İddiaçı14, İddiaçı1, İddiaçı18, İddiaçı5, İddiaçı3, İddiaçı13 (bundan sonra - iddiaçılar) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayt Melioservis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıların xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının və işdənçıxarma müavinətlərinin qanunvericiliyin tələbinə uyğun iddiaçıların hər birinə münasibətdə hesablanıb müəyyən pul məbləğinin cavabdehdən alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər (26.1.4). Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. (28.1.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6-1.). MPM-ə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir (149.2.2. və 149.2.3.). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.) Məhkəmə hesab edir ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olduğu üçün tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq mediasiya qurumuna müraciət etməli idilər. İş materiallarından görünür ki, iddiaçılardan İddiaçı16 və İddiaçı9 ilkin mediasiya sessiyasında iştirak etmələri barədə iş materiallarına hər hansı bir sənəd əlavə etməmişlər. Eyni zamanda iddiaçılar iddia ərizəsinin xahiş hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının və işdənçıxarma müavinətlərinin qanunvericiliyin tələbinə uyğun iddiaçıların hər birinə münasibətdə hesablanıb müəyyən pul məbləğinin cavabdehdən alınıb verilməsini xahiş etmişlər. Lakin onlar tələb etdikləri əmək haqqının və işdənçıxarma müavinətlərinin məbləğini iddia ərizəsində qeyd etməmiş, qeyri-müəyyən bir tələb irəli sürmüşlər. Qeyd edilənlərə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı16, İddiaçı10, İddiaçı12, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı2, X1, İddiaçı15, İddiaçı9, İddiaçı6, İddiaçı14, İddiaçı1, İddiaçı18, İddiaçı5, İddiaçı3, İddiaçı13 cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayt Melioservis İdarəsinə qarşı boşdayanma vaxtı üçün əmək haqqının və işdənçıxarma müavinətinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6639/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6639/2022
29.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver