Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6658/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nigah dövründə olduqları müddətdə anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ərizəsini məhkəməyə təqdim edərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Onların nikahda olduqları müddət ərzində xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Cavabdeh ilə yola getmədiyindən münasibətləri pisləşmişdir. Hazırda Cavabdeh ilə xeyli müddətdir ki, ayrı yaşayır, birgə təsərrüfat idarə etmirlər və sonuncu uşağın saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərmir. Cavabdeh fərdi işlə məşğul olaraq hər ay ***-**** manat məbləğində gəlir əldə etsə də, övladının saxlanmasına maddi köməklik göstərmir. Özünün də hər hansı gəliri olmadığından uşağın təlabatlarını ödəməkdə çətinlik çəkir. Halbuki, ata uşağın saxlanılması üçün maddi yardım göstərmək, aliment ödəməyə borcudur. Ona görə də cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 220 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək nikahın pozulmasına və hər ay 220 manat məbləğində aliment verməyə razı olduğunu bildirərək iddia tələblərini qəbul etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - Sumqayıt “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızı ilə Cavabdeh arasında nikah xx.xx.2017-ci tarixdə bağlanmış, 1708 nömrəsi ilə qeydə alınmışdır. - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir oğlan övladı vardır. - MŞS/MT030/2023-02042 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2018-ci il təvəllüdlü X3 bir oğlan övladı var. İddiaçının cavabdehlə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək onunla Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il il tarixli nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızı ilə Cavabdeh arasında Sumqayıt “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2017-ci tarixdə bağlanmış, 1708 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə uşağın azyaşlı olmasını, azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını, cavabdehin razılığını və digər diqqətəlayiq olan digər halları nəzərə alıb, uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızının yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcürbəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minumum dolanacaq xərclərində az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlmaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən azad olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızı ilə Cavabdeh arasında Sumqayıt “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2017-ci tarixdə bağlanmış, 1708 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızının yanında qalmalı, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızına ödənilməlidir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən - Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızı ilə Cavabdeh arasında Sumqayıt “ASAN” Xidmət Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci tarixdə bağlanmış, 1708 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızının yanında qalsın. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Ağazadə (Zəkizadə) Elvina Eyvaz qızına ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6658/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6658/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver