Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6704/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – Kreditor borclu – Borclu (ünvanı: ünvan 1 ödənilmiş dövlət rüsumunun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Tələbkar – Kreditor ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu Kreditor MMC-nin xeyrinə 1045,58 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, tələbkarın ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 23.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya ümumi qiyməti 1382,78 (bir min üç yüz səksən iki manat yetmiş səkkiz qəpik) manat dəyərində olan Samsung Galaxy A51 SM-A515 128 GB Black markalı və Samsung Galaxy A31 SM-A315 64 GB Black markalı mobil telefonlarsatılmışdır. Borclu alqı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 1382,78 (bir min üç yüz səksən iki manat yetmiş səkkiz qəpik) manatdan 337,20 (üç yüz otuz yeddi manat iyirmi qəpik) manat ödəniş etmişdir. Borclu ilə aramızda bağlanmış alqı-satqı müqaviləsinin 3.4cü bəndinə əsasən alınmış malların dəyərini hissə-hissə 9 aya hər ay üçün 132,85 (bir yüz otuz iki manat səksən beş qəpik) manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin əsas məbləği olan 1045,58 (bir min qırx beş manat əlli səkkiz qəpik) manatdan borcundan bu günədək hər-hansı bir ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Borclu ilə aralarında müvafiq qaydada müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən borclu hər ay üçün müəyyən edilmiş məbləği ödəməklə aldığı malın dəyərini ödəməli idi. Lakin Borclu götürdüyü bu öhdəliyə əməl etməmişdir. Bu baxımdan hesab edirlər ki, mülki qanunvericiliyin göstərilən müddəaları əsasən kreditor ilə borclu arasında bağlanan müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik yaratmışdır. Belə olan halda kreditorun borcludan müqavilə öhdəliyinə əməl edilməsi kimi tələbinin yaranmasına əsas olmuşdur. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 8.1-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məçəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məçəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı kecirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş Borclu (ünvanı: ünvan 3ş dövlət rüsumunun tələbkar Kreditor (ünvan: Bakı şəh., Nəsimi rayonu, Azadlıq prospekti 72/49) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-6704/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6704/2021
26.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver