Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-682/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq "xxxx" ASC tərəfindən ödənilmiş 4155 manat sığorta ödənişinin məbləği və ödənilmiş 61,55 manat dövlət rüsumu olmaqla, cəmi 4216,55 manat pulun Cavabdeh tutularaq Cəmiyyətə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, “Ford Transit” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS**********-1 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində həmin avtomobili Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ərazisində idarə edərkən “Mercedes Benz” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı, Saipa 132 markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı və zaz, sens TF698P 66 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Bakı şəhər Yasamal RPİ DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Yasamal rayon DYPŞ Axtarış üzrə inspekor polis leytenantı X3 ******* saylı İnzibati xəta haqqında protokolundan və xx.xx.2022-ci il tarixli, ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, 2022-ci ilin 21 yanvar tarixində saat 10:47 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mercedes Benz C200” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli Qüsur aktına əsasən qiymətləndirilərək 2405 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli İ-241/22 sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli 14022022-9300-444 saylı ödəniş tapşırığına əsasən 2405 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Zədələnmiş SAİPA 132 markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli Qüsur aktına əsasən qiymətləndirilərək 250 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli İ-243/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli 2102022-9300-235 saylı ödəniş tapşırığına əsasən 250 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Zədələnmiş ZAZ, SENS TF698P 66 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli Qüsur aktına əsasən qiymətləndirilərək 1500 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli İ-242/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli 08022022-9300-135 saylı ödəniş tapşırığına əsasən 1500 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxslərə ödənilmiş 4155 manat məbləği cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/401 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobillə hadisə yerindən yayındığı üçün üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ əsasında tələb etmək hüququ yaranmışdır.
Tərəflərin mövqeləri:
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Salatın Allakhveranova ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında bildirdi ki, cavabdehin idarə etdiyi avtomobil təşkilatda icbari sığorta edilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdeh təqsirli bilinmiş və bununla bağlı 100 manat məbləğində cərimə ödəmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Cavabdehin hətta xx.xx.2022-ci il tarixli izahatı da vardır. Hadisə yerinə polis və sığorta şirkətinin əməkdaşı çağırılmamış, lakin cavabdehin izahatı alınmışdır. Belə olduğu halda subroqsiya hüququnun məqsədi nədir? Subroqasiya hüququnun ilk şərtinə görə sürücünün sərxoş olub-olmaması müəyyən olunmalıdır. Lakin arayışdan da görünür ki, cavabdeh ayıq vəziyyətdə olmuşdur. Belə ki, cavabdehin həm sürücülük hüququ olmuş, həm də o, ayıq vəziyyətdə olmuşdur. Sığorta haqqında qanuna görə şəxsin içkili vəziyyətdə olubolmamasını müəyyən etmək lazımdır. Sığorta şirkətinin baş vermiş yol-nəqliyyat hadisəsinin səbəblərini, hadisə nəticəsində dəymiş ziyanın kim tərəfindən vurulması və s. hallar üzrə araşdırılmasına maneə törədən zaman onun bu hüququ yaranır. Hesab edir ki, cavabdeh yol-nəqliyyat hadisəsi törədən zaman onun sürücülük hüququnun olması, sərxoş vəziyyətdə olmaması səbəbindən iddia tələbi təmin edilməməlidir. Həmçinin “Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb edilən maddi ziyanın məbləği ilə bağlı razı deyildir. Avtomobillərə tələb edilən məbləğdə ziyan dəyməmişdir.
Tədqiq olunan sübutlar:
5. İnzibati tənbeh vermə haqqında 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 10:47-də M.Həsənov küçəsi 49 Alatava ərazisində “Ford Transit yük” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur.
6. Dəymiş zərərin hesablanmasına dair "xxxx" ASC tərəfindən tərtib edilmiş yekun aktdan görünür ki, “Mercedes Benz C200» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2405 manat məbləğində qiymətləndirilmişdir.
7. Dəymiş zərərin hesablanmasına dair "xxxx" ASC tərəfindən tərtib edilmiş yekun aktdan görünür ki, “Saipa 132» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 250 manat məbləğində qiymətləndirilmişdir.
8. Dəymiş zərərin hesablanmasına dair "xxxx" ASC tərəfindən tərtib edilmiş yekun aktdan görünür ki, “ZAZ Sens» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1500 manat məbləğində qiymətləndirilmişdir.
9. "xxxx" ASC tərəfindən tərtib edilmiş İ-241/22 nömrəli sığorta ödəniş aktından görünür ki, “Mercedes Benz C180» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2 2405 manat məbləğində pul vəsaiti ödənilmişdir.
10. "xxxx" ASC tərəfindən tərtib edilmiş İ-243/22 nömrəli sığorta ödəniş aktından görünür ki, “Saıpa 132» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X4 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş İ-242/22 nömrəli sığorta ödəniş aktından görünür ki, “ZAZ Sens» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X1 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir.
12. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən ödənilmiş 4155 manat sığorta ödənişinin 7 iş günü ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə 4155 manat sığorta ödənişinin, eləcə də məhkəmə xərclərinin tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
13. "xxxx" MMC-nin 11 iyul 2025-ci il tarixli, AE 07-012/25 saylı ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-CA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtomobilə 3450 manat, **-GU-*** dövlət qeydiyyat nişanlı, “Saipa 132” markalı avtomobilə 530 manat maddi ziyan dəymişdir.
Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:
- 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. -63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
«Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. -8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Ford Transıt” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı, “Saipa 132” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı və ZAZ Sens TF698P 66 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və bunun nəticəsində adıçəkilən avtomobillərə ziyan dəymişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq sığorta ödənişini həyata keçirmişdir.
19. “Ford Transıt” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur.
20. "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək sığorta ödənişinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
21. “İcbari sığortalar haqqında” Qanunun tələbinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
22. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh idarə etdiyi “Ford Transıt” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığına görə iddiaçı "xxxx" ASC-nin sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
23. Dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində, “Mercedes Benz C200” markalı, 77CA859 dövlət qeydiyyat nişanlı avtomobilə 3450 manat, **-GU-*** dövlət qeydiyyat nişanlı, “Saipa 132” markalı avtomobilə 530 manat maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulmaması səbəbindən ZAZ sens TF698P 66 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilməmişdir. Həmin rəy əsasında “Mercedes Benz C200” markalı və “Saipa 132” markalı avtomobilə dəymiş ziyanın "xxxx" ASC-nin həmin avtomobillərə görə ödədiyi və hazırda subroqasiya qaydasında tələb etdiyi məbləğdən çox olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbinin həcmi və iddiaçı tərəfindən dəymiş zərər qismində tələb edilən miqdarda pul vəsaitinin ödənildiyi nəzərə alınaraq həmin avtomobillərə münasibətdə ödənilmiş sığorta ödənişinin geri qaytarılması hissəsində iddia təmin edilməlidir.
24. ZAZ sens TF698P 66 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş sığorta ödənişinin geri qaytarılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş yekun aktda avtomobilin əvəz olunmalı ehtiyyat hissələri, onların dəyəri və təmir prosesində işçi personalına ödənilməli olan dəyər müəyyən edilmişdir. Həmin yekun aktda ayrı-ayrılıqa məbləğləri hesabladıqda həmin avtomobilə 1490 manat məbləğinə ziyan dəydiyi müəyyən olunur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, həmin avtomobilə dəymiş zərərin məbləği 1490 manat məbləğində nəzərə alınmalıdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4145 (dörd min yüz qır beş) manat məbləğində sığorta ödənişi və 61 (altmış bir) manat, 45 (qırx beş) qəpik dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
26. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, AECS MMC-nin ekspertiza xərclərinə dair bildirişində aparılmış tədqiqatın dəyəri 600 manat məbləğində məüyyənləşdirilmişdir. Məhkəmə iki avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə görə aparılmış tədqiqatın dəyəri olaraq hesablanmış 600 (altı yüz) manat məbləği ağlabatan hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, "xxxx" MMC-nin (VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, "xxxx" ASC Mərkəzi filialı, Kod 200026, SWİFT AİİBAZ2XXXX) hesabına köçürülməlidir. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4145 (dörd min yüz qırx beş) manat məbləğində sığorta ödənişi və 61 (altmış bir) manat, 45 (qırx beş) qəpik dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, "xxxx" MMC-nin (VÖEN **********, hesab: AZ74AİİB400600F**********112, "xxxx" ASC Mərkəzi filialı, Müxbir hesab: AZ37NABZ********************, Kod 200026, SWİFT AİİBAZ2XXXX) hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva