Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6875/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 09.02.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 3199,06 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in əmr icraatını tənzimləyən 23-cü fəslinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Göründüyü kimi Kreditor MMC kredit təşkilatı olduğuna görə hazırki iş üzrə ərizəyə əmr icraatı qaydasında baxıla bilməz. Belə ki, Kreditor MMC-nin borclu arasında bağlanmış 09.02.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən kreditor əsas borcu tam tələb edir və 07.07.2021-ci il tarixli arayışda həmin borca hesablanmış 111,03 AZN məbləğində cərimənin olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, ərizəyə əlavə edilən sənədlər düzgün tərtib olunmaqla, ərizəyə uyğun olmalıdır. Cərimə tələb olunmadığı təqdirdə, ərizəyə əlavə olunmuş sənədlərdə (maliyyə arayışında) yazılması, qanunvericiliyin tələbinə uyğun olmamaqla, ərizənin forma və məzmun tələblərinə ziddir. Belə olan halda, Kreditor MMC-nin borcluya qarşı tələbi sadə müqaviləyə əsaslanmayıb, müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri borclunun yerinə yetirməməsi, borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmayaraq tərəflərin çəkişmə prinsipi əsasında araşdırılmalı olduğu bir haldır. Bundan əlavə, Kreditor MMC 23.07.2021-ci il tarixində eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və 26.07.2021-ci il tarixində ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməməsi səbəbindən geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə» ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6875/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6875/2021
30.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver